Tbilisi Marriott Hotel - Wikipedia
Tbilisi Marriott Hotel (gürc. თბილისი მარიოტი) – Tbilisi şəhərində yerləşən Marriot otelidi. Otel, Rustaveli prospekti 13 ünvanında yerləşir. Otelin hazırda yerləşdiyi bina, 1911–1915-ci ildə zəngin erməni taciri Mikael Aramyantsın sifarişi ilə lüks otel kimi inşa edilmişdir.
Tbilisi Marriott Hotel | |
---|---|
gürc. თბილისი მარიოტი | |
41°41′56″ şm. e. 44°47′53″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Rustaveli prospekti 13 |
Aidiyyatı | Marriott International |
Memar |
Aleksandr Ozerov Qavriil Ter-Mikelov |
Tikilmə tarixi | 1911-1915 |
Üslubu |
intibah barokko |
Vəziyyəti | otel kimi fəaliyyət göstərir |
Rəsmi sayt | marriott.com/hotels/trav… |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBina, 1911-ci ildə Rusiya tərəfindən idarə olunan Gürcüstan paytaxtında o cümlədən bütövlükdə Qafqazda ən böyük otel kimi Aleksandr Ozerov tərəfindən layihələndirilmiş, daha sonra isə Mikael Aramyantsın dostu Qavriil Ter-Mikelov tərəfindən yenidən modelləndirilmişdir. Binanın tikintisi 1915-ci ildə tamamlanmış və açılış zamanı o, "Hôtel Majestic" adlandırılmışdır.[1] Birinci Dünya müharibəsi dövründə 1915–1917-ci illərdə bina hərbi hospital kimi istifadə edilmişdir.[1][2]
1921-ci ildə Gürcüstanın SSRİ tərkibinə qatılmasından sonra binada Həmkarlar İttifaqı fəaliyyət göstərməyə başlamışdır. Binanın zirzəmisində müxtəlif tipli obyektlər fəaliyyətə başlamış, otel binası tipoqrafiya, mağazalar və kinoteatra ev sahibliyi etmişdir. 1939-cu ildə bina əsaslı bərpa edilərək ilkin təyinatı üzrə fəaliyyətə başlamış və Hotel Tbilisi adlandırılmışdır. 1991-ci ildə Gürcüstan vətəndaş müharibəsi zamanı binada yanğın baş vermiş və abidə ciddi zədələnərək yararsız hala gəlmişdir. 1995–2002-ci ildə gürcü memarlar G. Metreveli və V. Kurtişvilinin rəhbərliyi altında binada yenidənqurma işləri aparılmış, 2002-ci ilin sentyabrında isə bina Tbilisi Mariott Oteli kimi faəliyyətə başlamışdır.[1]
Memarlıq xüsusiyyətləri
redaktəYeddi mərtəbəli otel binasının iki mərtəbəsi yerin altındadır. Binanın zəngin fasadları rustika, massiv yarımdairəvi Korinf orderli pilyastrlar və üçbucaq və yarımdairəvi frontonlar və daş kronşteynlərlə bəzədilmişdir. Binanın Rustaveli prospektinə açılan əsas girişi iki böyük sütunla qeyd edilmişdir. Əsas fasadda həmçinin iri antablement, ballüstradalarla bəzədilmiş parapet çardaq yerləşdirilmişdir.[1]
Binada 110 otaq, 17 syut (iki prezident və vitse-prezident syutları), 8 konfrans zalı, lobbi bar, restoranlar, patio, sağlamlıq mərkəzi vardır.[1][3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "თბილისი მარიოტი" [Tbilisi Marriott]. georgianencyclopedia.ge (Georgian). National Academy of Sciences of Georgia. 2 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2019.
- ↑ Liddell, Robert Scotland. Actions and reactions in Russia. London: Chapman & Hall. 1917. səh. 51.
- ↑ "Tbilisi Marriott Hotel". Marriott International. 19 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2019.