Tayyibe Gulek - Wikipedia
Tayyibə Gülek Domac (1968, Adana) — türk siyasətçisi, Türkiyə siyasi tarixinin önəmli adlarından biri olan Qasım Güləyin qızı.[1][2][3]
Tayyibə Gülək | |
---|---|
Kipr və Xaricdə Yaşayan Vətəndaşlar üzrə Dövlət naziri | |
12 iyul 2002 – 18 noyabr 2002 | |
Baş nazir | Bülənd Ecevit |
Seçki dairəsi | Adana |
Türkiyə Böyük Millət Məclisinin XXI çağırış millət vəkili | |
2 may 1999 – 6 iyul 2002 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1968 |
Doğum yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Partiya | Demokratik Sol Partiya |
Təhsili | |
İxtisası | iqtisadçı |
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Atası | Qasım Gülək |
Həyatı və təhsili
redaktəTayyibə Gülək 1991-ci ildə Harvard Universitetinin, İqtisadiyyat fakültəsini (ABŞ) fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə London Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (İngiltərə) magistratura pilləsini bitirmişdir. 1996-cı ildə Brüggedəki College d'Europe (Belçika)-un Avropa İttifaqı kursunu bitirmişdir.[4]
Siyasi karyerası
redaktəTayyibə Gülək 1994-cü ildə Baş Nazirlikdə məsləhətçi kimi fəaliyyətə başlayıb. 1999-cu ilə qədər işlədiyi müddətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, iqtisadiyyatın koordinasiyası, Avropa İttifaqının koordinasiyası, Cənub-Şərqi Anadolu layihəsi və hökumətdə ümumi keyfiyyət menecmentinin həyata keçirilməsi sahələrində çalışıb. 18 aprel 1999-cu il seçkilərində Demokratik Sol Partiyası siyahısından ən gənc qadın deputat kimi Türkiyə Böyük Millət Məclisinin XXI çağırış millət vəkili olaraq seçildi. O, Rəhşan Amnistiyasını (Rahşan Amnistiyası və ya Şərti Azad və Təxirə salınma Qanunu Rahşan Ecevitin təklifi ilə 22 dekabr 2000-ci ildə qüvvəyə minmiş bir amnistiya qanunudur) dəstəklədi və 21 dekabr 2000-ci ildə parlamentdə keçirilən səsvermədə lehinə səs verdi.[5] 12 iyul 2002-ci ildə Baş nazir Bülənd Ecevit tərəfindən Kipr və Xaricdə Yaşayan Vətəndaşlar üzrə Dövlət naziri vəzifəsinə təyin edilmişdir.
Məclisdəki fəaliyyəti dövründə Avropa Şurası Parlament Assambleyasında Türkiyə Nümayəndəliyinin və Qərbi Avropa İttifaqının Türkiyə Nümayəndəliyinin üzvü olan Gülək Hüquq və İnsan Hüquqları Komissiyasının sədr müavini olmaqla yanaşı, Gender Bərabərliyi Komissiyasının da üzvü olub. 2002-ci ildə Dünya İqtisadi Forumu (Davos) tərəfindən gələcəyin gənc liderlərindən biri seçilib. Ayşə Kulinin real həyat hekayəsi əsasında yazdığı, "adı Aylin" kitabının qəhrəmanı Aylin Devriməl Radomisli Tayyibə Güləkinin bibisidir.
Ailəsi
redaktə1997-ci ildə aparıcı Murad Birsəllə ailə həyatı quran Tayyibə Gülək 1 il sonra Murad bəydən boşandı. Tayyibə xanım 2002-ci ildə İlkər Domac ilə ailə həyatı qurub.[6]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". gazetearsivi.milliyet.com.tr. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "Türkiye'nin en karanlık ailelerinden Gülekler yine sahnede mi?". www.akkalemler.com. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "Fethullah Gülen'in hayranı olduğu CHP'linin bilinmeyen sırları". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "Arşivlenmiş kopya". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "20 Aralık 2000, TBMM" (PDF). 2023-02-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
- ↑ https://www.hurriyet.com.tr/amp/gundem/damat-dunya-bankasi-ndan-92149