Tavr Daglari - Wikipedia
Tavr_dağları - Haqqında Məlumat
Tavr dağları (türk. Toros dağları, yun. Ταύρος) — Cənubi Türkiyədə yerləşən dağ silsiləsi. Türkiyənən Aralıq dənizinin sahillərində Təkə yarımadasından Suriya və İraq sərhədlərinə qədər uzanan dağ sistemidir. Ən yüksək zirvəsi Qızılqaya zirvəsidir (3767 m)
Tavr dağları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3767 m |
Uzunluğu |
|
Hündür nöqtəsi | Qızılqaya dağı |
Əsas silsiləsi | Qərbi Tavr dağları, Orta Tavr dağları, Cənub-Şərqi Tavr dağları |
Süxurları | Çökmə süxurlar |
Yerləşməsi | |
36°59′47″ şm. e. 33°00′07″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hissələri
redaktəTavr dağları 3 hissəyə bölünür.
- Qərbi Tavr dağları və ya Antalya Tavr dağları adlanır. Təkə yarımadasından başlayır Antalya körfəzinə qədər davam edir. Şərqdə Daşəli platosu və Göksu çayın ilə Orta Tavr dağlarından ayrılır. Qərbi Tavr dağlarına Ağ dağları, Bey dağları, Katrancık dağı, Geyik dağları daxildir.
- Orta Tavr dağları Mersin və Antalya sərhədindən başlayır və şimal-şərqə doğru Binboğa dağlarına qədər davam edir.Orta Tavr dağlarına Ağçalı dağları, Bolqar dağları, Aladağları, Taxtalı dağları daxildir.
- Cənub-Şərqi Tavr dağları Cənub-Şərqi Anadolu regionunu və Şimali Mesopotamiyanın şimal hissəsini əhatə edir. Dəclə çayı mənbəyini bu dağlardan alır. Cənub-Şərqi Tavr dağlarına Nurhaq dağları, Malatya dağları, Maden dağları, Gənc dağları, Bitlis dağları daxildir.
Cənub-Şərqi Tavr dağlarında Qaradağ, Sat dağı, Buzul dağları, Sünbül dağı, Samur dağı, Qızıl dağı, Serdolusu dağı, Tanintanin dağları paralel şəkildə düzülmüşdür.[1]
İstinadlar
redaktə- ↑ Reşat İzbırak, 1996, Türkiye I-II, MEB Yayınları, Öğretmen Kitapları Dizisi: 196, Cilt I, İstanbul, sf. 39.
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Dağ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |