Tatli Agstafa - Wikipedia
Tatlı_(Ağstafa) - Haqqında Məlumat
Tatlı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Tatlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Kənd | |
Tatlı | |
---|---|
41°01′33″ şm. e. 45°26′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağstafa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 514 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0532[1] |
Tarixi
redaktəErmənistanla sərhədə yaxın yerləşən Tatlı kəndinə Ermənistan silahlı qüvvələri bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.
- 10 may 1991-ci ildə Ağstafa rayonunun Tatlı kəndində xidmət aparan hərbi naryad (31747 saylı hərbi hissə) Ermənistanın Şəmşəddin rayonunun Pravakar kəndi istiqamətindən erməni silahlı qüvvələri tərəfindən qumbaraatan və avtomat silahlardan atəşə tutulmuş, nəticədə mayor V.Saqaydak və 8 əsgər ağır yaralanmış, 2 ədəd “ZİL-131” markalı avtomaşın yanmışdır
- 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır
- 29 dekabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Tatlı kəndi atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 2 əsgəri yaralanmışdır.
- 5 yanvar 1993-cü ildə Ermənistanın Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Böyük Qışlaq və Tatlı kəndləri “Qrad” qurğularından atəşə tutulmuş, nəticədə Milli Ordunun 2 əsgəri həlak olmuş, 3 əsgəri yaralanmışdır.
- 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Tatlı kəndi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır.[3]
İqtisadiyyatı
redaktəKəndin əsas iqtisadiyyatı kənd təsərrüfatı və das karxanalarıdır. Kənddə maldarlıq və əkincilik geniş yayılmışdır. Bununla yanaşı həmçinin kənddə olan tikinti daşı ehtiyatları əsasında daş karxanaları fəaliyyət gostərir.[4]
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Dağlıq Qarabağ: hadisələrin xronikası[ölü keçid]
- ↑ Daşı ilə məşhur olan Azərbaycan kəndi[ölü keçid]
Ağstafa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |