Tatami Yapon Zirehi - Wikipedia
Tatami (畳胴具足?) və ya tatami gusoku (畳む, "Tatami" - "qatlamaq", "gusoku" - "zireh"?) — feodal Yaponiya dövründə samuray zümrəsinə daxil olan şəxslərin və onların əsgərləri olan aşiqarular tərəfindən istifadə olunmuş yüngül büküləbilən zireh.[1] Tatami do (bükülən zireh) və ya tatami katabira (zirehli jaket) tatami zirehi komplektinin əsas komponentləri idi.[2]
Quruluşu
redaktəTatami gusoku (bükülən zirehin tam komplekti) tatami do və ya tatami katabiradan (jaket), tatami kabuto (kask), çoçin kabuto, tatami zukin (başlıq) və ya başqa növ baş qoruyucularından və yapon zirehlərinə xas olan digər hissələrdən ibarətdir.[3] Söküləbilən haçi gane kimi qoruyucu başlıq və ənənəvi kabuto da tatami gusokunun hissələridir.[4]
Tatami zirehi yüngül, portativ, daşınma üçün rahatdır, aşiqarular üçün hazırlanması ucuz başa gəlir.[5] Tatami zirehi ən aşağı sinfə mənsub olan samuraylardan tutmuş ən yüksək sinfə mənsub olan samuraylara qədər bütün samuraylar tərəfindən geyinilmişdir. Lakin yüksək sinfə mənsub samuraylar bu zirehin daha inkişaf etdirilmiş versiyasını geyindikləri halda, aşağı sinfə mənsub olan samuraylar və xidmətçilər daha sadə versiyasından istifadə etmişdirlər.[6]
"Samurayın silahı və zirehi: Qədim Yaponiyada silahların tarixi" kitabında İan Bottomley karuta tatami do və karuta tatami kabuto (88-ci səhifə) haqqında məlumat vermiş,[7] kitabın 91-ci səhifəsində tatami do karuta gane do və kikko gane donun növlərini müzakirə etmişdir. Corc Kameron "Konstruksiya, dekorasiya lüğəti və silah ilə zirehin istifadəsi" adlı kitabının 606-cı səhifəsində kikko tatami zirehini göstərmişdir.[4]
Növləri
redaktə- [[Karuta (yapon zirehi)|Karuta]][8] kiçik dördbucaqlı və kvadrat dəmir (bəzən dəri) lövhəciklərdir və arxadan parçaya tikilir.[9]
-
Edo dövrünə aid büküləbilən tatami gusoku zirehi (karuta tatami do və çoçin kabuto).
-
Karuta tatami do və karuta zukin (başlıq).
-
Edo dövrünə aid karuta tatami do hara-ate stilində.
-
Karuta katabira.
- [[Kikko (yapon zirehi)|Kikko]] kiçik altıbucaqlı dəmir və ya dəri lövhəciklərdir və arxadan parçaya tikilir.[1] Adətən kusari ilə bir-birinə birləşir.[2]
-
Edo dövrünə aid tetsu kikko tatami do. Altıbucaqlı yüngül, kiçik metal lövhəciklərdən (kikko) hazırlanmışdır.
-
Edo dövrünə aid kikko tatami do. Zireh altıbucaqlı kikko lövhəciklərindən ibarətdir. Kikkolar bir-biri ilə əlaqəlidir.
-
Edo dövrünə aid kikko tatami do bükülmüş vəziyyətdə.
-
Kikko katabira.
- [[Kusari (yapon zirehi)|Kusari]] zəncirli zirehdir, adətən geyimin arxasındakı parçaya və dəriyə tikilir.[10][11]
-
Kusari tatami gusoku.
-
Kusari tatami gusoku.
İstinadlar
redaktə- ↑ 1 2 The samurai: warriors of medieval Japan, 940-1600, Anthony J. Bryant, Angus McBride, Osprey Publishing p.63[ölü keçid]
- ↑ 1 2 "Arms and armor of the samurai: the history of weaponry in ancient Japan, Ian Bottomley, Anthony Hopson, Crescent Books, 1993 p.88,91,92". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-02.
- ↑ Samurai: The Code of the Warrior, Thomas Louis, Tommy Ito, Sterling Publishing Company, Inc., 2008 p.98
- ↑ 1 2 A glossary of the construction, decoration, and use of arms and armor by George Cameron, p.606
- ↑ Samurai 1550–1600 by Anthony J. Bryant, Angus McBride, p.59[ölü keçid]
- ↑ The samurai: warriors of medieval Japan, 940–1600, Anthony J. Bryant, Angus McBride, Osprey Publishing p.63[ölü keçid]
- ↑ Ian Bottomley & A.P. Hopson. Arms and Armor of the Samurai: The History of Weaponry in Ancient Japan pp.88 & 91
- ↑ Samurai 1550-1600 by Anthony J. Bryant, Angus McBride, p.59[ölü keçid]
- ↑ Warriors of Medieval Japan, Stephen Turnbull, Osprey Publishing, 2007 p.138[ölü keçid]
- ↑ The Encyclopedia Americana: a library of universal knowledge, Volume 15, Encyclopedia Americana Corp., 1919 p.742-744
- ↑ Helmets and body armor in modern warfare, Bashford Dean, Metropolitan Museum of Art (New York, N.Y.), Yale University Press, 1920 p172
Xarici keçidlər
redaktə{{Yapon silah, zireh və alətləri}}
ləri]] [[Kateqoriya:Samuray zireh