Taqanroq Korfezi - Wikipedia
Taqanroq körfəzi — Azov dənizinin şimal-şərqində yerləşən və ən iri nisbətən təcrid olunmuş kördəzi. Taqanroq körfəzi dənizdən Dolqaya və Belosaray dilləri ilə ayrılır. Körfəzin uzunluğu 140 km, çıxacaqda eni isə 31 km təşkil edir. Taqanroq körfəzi dayazlıq baxımından hətta Azov dənizinin göstəricilərini belə keçir. Körfəzin dibi düzən relyefə malikdir. Onun orta dərinliyi 4,9 m, su tutumu isə 25 km³-dir. Taqanroq körfəzinin sahəsi 5600 km²-dir. Körfəz dekabr ayından mart ayına qədər tamamən donur. Bəzi mülayim qış ayları demək olar heç donmur. Kiçik axınlara sahibdir. Belə ki, gündüzlər axıblar çay istiqamətində, gecələr isə dənizə doğru olur. Bu axınlar zamanı suyun səviyyəsi 50–80 sm qalxır. Güçlü küləklər zamanı belə bunu müşahidə etmək olur.
Taqanroq körfəzi | |
---|---|
rus. Таганрогский залив | |
Ümumi məlumatlar | |
Ada | Çerepaxa adası |
Sahəsi | 5600 km² |
Həcmi | 25 km³ |
Orta dərinliyi | 4,9 m |
Yerləşməsi | |
46°54′00″ şm. e. 38°10′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Taqanroq körfəzinə Don, Kalmius, Mius və Eya çayları tökülür. Axınların yaranmasının əsas səbəbi küləklərdir. Axınları fırtınalar zamanı və onun səthinin buz bağlaması zamanı müşahidə etmək olur. Taqanroq və Eysk Rusiyada, Mariupol isə Ukraynada Taqanroq körfəzinin əsas limanlarıdır.
Taqanroq körfəzinin şımalında 25 tullantı ərazisi vardır (Rojok I–III, Levinsadovka, Beqliskaya və s.)[1]. Pojok qəsəbəsi ərazisində, Pojok 1 düşərgəsində müstye dövrünə aid qatda paleontropa aid diş aşkarlanmışdır[2]. Taqanroq körfəzinin cənub-şərqində Semibalki rayonu ərazisində pleystosen dövrünə aid iri və kiçik ölçülü məməlilərin qalıqları aşkarlanmışdır. Bu tapntılar buzlaşmaya məruz qalmış ərazilərdə qeydə alınmışdır. Tapılan tapıntılar bu qalıqları dördübcü dövr çöl ot yeyən canlılarına aidliyi ilə seçildiyindən burada illkin insan məskənlərinin ola bilmədi ehtimalını artırır[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Гвоздовер М. Д., Лазуков Г. И. Гелого-геоморфологическая и археологическая характеристика мустьерских местонахождений // Русская равнина
- ↑ "antropogenez.ru". 2017-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-05.
- ↑ "V. S. Bayquşeva Arxeoloji tapıntılar dördüncü dövrə aid olmasını göstərir" (PDF). 2020-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-02-05.