Tapdiq Hesenov - Wikipedia
Tapdıq Həsənov Güləhməd oğlu (1937, Təzəkənd, Qarayazı rayonu) — coğrafiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl təhsil işçisi
Tapdıq Həsənov | |
---|---|
Tapdıq Həsənov Güləhməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Təzəkənd, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Güləhməd Həsənov |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsi |
Tanınır | coğrafiyaçı |
Mükafatları |
Həyatı
redaktəTapdıq Həsənov 1937-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Təzəkəndində anadan olmuş, 1961-ci ildə hazırkı Bakı Dövlət Universiteti Geologiya-Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə də çalışmış və həmin institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları Elmi-tədqiqat İnstitutunun aspiranturasını bitirərək “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alır.
Elmi fəaliyyəti
redaktə1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Həsənov T.C. 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüdür.2007-ci ildə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.O, 140-çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T.G. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb.[1]
Elmi əsərləri
redaktə- Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri/ Azərbaycan Coğrafiya Cəmiyyəti, X cild, Bakı 2006 səh. 45-52.
- Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları //Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. 2007 .¹1, səh. 139-146.
- Bakı-Abşeron və ətraf regionlarda təsərrüfatın mütənasib inkişaf problemləri// Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Hüquq, sosial-ictimai, iqtisad, filologiya və pedaqoji elmlər seriyası. 2007, ¹21, s. 48-54.
- Azərbaycanda ətraf mühitin mühafizəsinin iqtisadi-coğrafi problemləri//Hidrometeorologiya və ətraf mühitin monitorinqi. 2007 ¹4, səh. 7-16.
- Azərbaycanın ekoloji-coğrafi mövqeyi və onun yaratdığı problemlər/Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XII cild Bakı, 2008, səh. 318-442.
- “Regionların innovasiyalı sosial-iqtisadi inkişafı : reallıqlar və perspektivləri “ mövzusunda respublika elmi praktiki konfransın materialları. 7 may, 2015, “Avropa “ nəşir s.207-210
- Ümümmilli lider Heydər əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Regional idarəetmə: innovativ yanaşmalar və perspektiv imkanlar. Aprel,2015, Bakı-Azərbaycan, s.219-225
- Azərbaycan regionlarının su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqmətləri.Şərikli.”Coğrafiya və təbii resurslar “ jurnalı № 2 , 2015-il, s. 23-30, Azərbaycan Coğrafiya cəmiyyəti.
- İqtisadi-coğrafi rayonlaşdırma ölkənin sosial-iqtisadi həyatının tənzimlənməsi-nin fəaliyyət vasitəsidir. BDU-nun Coğrafiya fakultəsinin “ Coğrafiya: nəzəriyyə ,praktika və innovasiya” mövzusunda Elmi –praktiki konfransın materialları. 2015-ci il 10 dekabr, s.23-29
- Azərbaycan iqtisadiyatının dayanıqlı ekoinkişaf modeli// “Opto-, nanoelektronika, kondensə olunmuşmühit və yüksək enerji fizikası” mövzusunda respublika –elmi praktiki konfransın materialları. 2015-ci il.[2]
Kitabları
redaktə- Coğrafiya tarixi. Bakı, 2001 (dərslik, həmmüəlliflə). Тяжелые социально-экономические последствия оккупации Арменией территорий Азербайджана. Баку, 2004.
- Pedaqoji təcrübə və onun təşkili. Metodiki vəsait, Bakı 2015.[2]
Mükafatları
redaktə- "Əməkdar müəllim" fəxri adı[3]
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı
- Bakı Dövlət Universitetinin "Fəxri fərmanı"
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ B.Budaqov Azərbaycan coğrafiyaçı alimləri
- ↑ 1 2 "Tapdıq Həsənov". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
- ↑ Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı