Tao Okamoto - Wikipedia
Tao Okamoto (岡本 多緒?, 22 may 1985, Çiba) və ya sadəcə Tao[1][2] – Yaponiya aktrisası və modeli.[3] 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur.[4] 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir.[5] 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir.[6] "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır.
Tao Okamoto | |
---|---|
Doğum tarixi | 22 may 1985 (39 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | model[d], aktrisa, fotomodel[d], kinorejissor |
Fəaliyyət illəri | 1999-cu ildən |
taookamoto.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəTao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır.
Karyerası
redaktəModellik
redaktə2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.[7]
Tao müxtəlif reklam layihələrində işləmişdir. Mario Testino ilə birlikdə Dolce & Gabbana, Alasdeyr Maklellan ilə birlikdə Emporia Armani, Mario Sorrenti ilə birlikdə Kenzo kampaniyalarında iştirak etmişdir. "i-D Magazine", "V Magazine", "W Magazine" jurnalları, "Harper's Bazaar" və "Vogue" jurnallarının beynəlxalq buraxılışları üçün fotomodellik etmişdir.
Okamoto Alexander McQueen, Alexander Wang, Burberry Prorsum, Bottega Veneta, Chanel, Dolce & Gabbana, Donna Karan, Emanuel Ungaro, Fendi, Giorgio Armani, Givenchy, Hermès, Jean-Paul Gaultier, Kenzo, Louis Vuitton, Marc Jacobs, Maison Martin Margiela, Max Mara, Miu Miu, Moschino, Paul Smith, Phillip Lim, Ralph Lauren, Salvatore Ferragamo, Tommy Hilfiger, Vivienne Westwood, Yves Saint Laurent və bir çox brend üçün modellik etmişdir.[8][9]
"Vogue Nippon" jurnalının 2009-cu il noyabr buraxılışı Taoya həsr olunmuşdur. Yaponiya Dəb Redaktorları Klubu tərəfindən "İlin modeli", "Vogue Nippon" jurnalı tərəfindən "2010-cu ilin qadını" seçilmişdir.
Aktrisa
redaktə2013-cü ildə Hyu Cekman ilə birlikdə "Şimal porsuğu: Ölməzlik" filmində əsas rollardan birini canlandırmışdır. 2014-cü ilin okyabrında "Hannibal" serialında Çiyo rolunu oynayacağı açıqlanmışdır.[10]
2015-ci ilin yanvarında Alodiya Cosinfiao ilə birlikdə "Yolayırıcıları" filmində yer alacağı anons edilmişdir.[11] 2015-ci ildə "Hündür qəsrdəki adam" serialında vəkil Pol Kasouranın arvadı və Robet Çildanın müştərisi olan Betti Kasouranı canlandırmışdır.[12] 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda görünmüşdür.[6]
Şəxsi həyatı
redaktə2015-ci ildə "The Last Magazine" jurnalının redaktoru olan Tenzin Vild ilə evlənmişdir.[13]
Filmoqrafiya
redaktəİl | Başlıq | Rol | Qeydlər |
---|---|---|---|
2013 | Şimal porsuğu: Ölməzlik | Mariko Yaşida | aktrisa kimi debüt |
2014 | Qan yolu | Toko Sakaqami | yapon miniserialı[14][15] |
2015 | Hannibal | Çiyo | 4 seriya |
2015 | Hündür qəsrdəki adam | Betti | 4 seriya |
2016 | Betmen Supermenə qarşı: Ədalətin şəfəqi | Mersi Qreyvz | |
2016 | Yolayırıcıları | ||
2017 | İnsan ovu | Kiko Tanaka | |
2018 | Laplas cadugəri | Rey Kirimiya | |
2018-2020 | Vest dünyası | Hanaryo | 5 seriya |
2019 | İtmiş transmissiyalar | Vendi |
İstinadlar
redaktə- ↑ "TAO-Official site - May 2013". 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
- ↑ "J-C interview - 2012". 2013-04-15 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Tao Okamoto - Model Profile - Photos & latest news". Models.com. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
- ↑ "Tao Okamoto - Fashion Model - Profile on New York Magazine". Nymag.com. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
- ↑ Kessler, Max. "Tao Okamoto, beautiful people 2013 by Max Kessler". Paper Mag. 2013-03-18. 2013-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
- ↑ 1 2 "Superman/Batman: Holly Hunter, Callan Mulvey, Tao Okamoto join cast". Entertainment Weekly. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-03.
- ↑ Betker, Ally. "Tao Okamoto on 15 Years of Modeling and her New Superhero-Film Roles". Vogue (ingilis). 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
- ↑ "Tao Okamoto Photos on". Style.com. 2013-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-05.
- ↑ "Homepage of supermodel Tao Okamoto. Fashion and modeling pictures, movies, scans, photos, shows, model agencies and a biography". Supermodels.nl. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
- ↑ The Deadline Team. "Tao Okamoto Cast In 'Hannibal'; 'Complications' Adds 2". Deadline. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
- ↑ "Alodia Gosiengfiao".
- ↑ Patrick Hipes. "Mary Lynn Rajskub Joins 'Highston'; Tao Okamoto In 'Man In The High Castle' - Deadline". Deadline. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
- ↑ "Model and 'Batman' Actress Tao Okamoto is Married". WWD Women's Wear Daily. May 4, 2016. January 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2016.
- ↑ "Tao Okamoto - IMDb". 2014-04-03. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-03.
- ↑ "WOWOW Japanese site". 2014-04-03. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-03.
Xarici keçidlər
redaktə- Tao Okamoto — IMDb səhifəsi