Tantal Mifologiya - Wikipedia
Tantal (yun. Τάντᾰλος) yunan mifologiyasında Zevs və okeanida Plutonun oğlu, Friqiyada yerləşən Sipilin çarı.[1]
Tantal haqqında miflər
redaktəZevslə Friqiya çariçası Plutonun oğlu[2], Lidiyalı Ksanfa görə isə Himeneyin oğludur[3]), onun arvadı Diona[4] və ya Steropa[5] və ya Evrianassadır. Pelop, Nioba və Broteyin atasıdır.
İlahların sevimlisi kimi Tantal onların şuralarına və yemək məclislərinə çağrılırdı.[6] Belə yüksək vəziyyət onun qürurlanmasına səbəb oldu və ilahları təhqir etdiksən sonra onu cəza olaraq Aidə, cəhənnəmə atdılar.[7]
Əfsanənin bir versiyasına görə, o Zevsin gizli qərarlarını açıqlamış[4] və ya insanlara ilahların sirrlərini açmışdı, digər versiyaya görə, o dostlarını qonaq etmək üçün ilahların stolundan nektar və ambroziya oğurlamışdı.[8] Üçüncü versiyaya görə, Tantal onun üçün Zevsin məbədindən oğurlanmış qızıl itə sahib olmaq məqsədilə yalandan and içərək söyləmişdi ki, o Pandareydən Zevsin qızıl itini götürməmişdir və buna görə də, Zevs onu ildırımla vurmuş və Sipil dağını Tantalın başına uçurmuşdu.[9]
Nəhayət, başqa bir mifə görə, Tantal ilahların hər şeyi görüb görmədiklərini sınamaq üçün öz oğlu Pelopu öldürmüş, onun ətindən yemək hazırlamış və ilahları bu yeməyə qonaq etmişdi. Lakin onlar hər şeyi başa düşmüş və Pelopu diriltmişdilər.[10]
Tantal əzabları
redaktəPavsaniy yazır ki, o Sipildə, Tantal gölü yaxınlığında Tantalın qəbrini görmüşdür.[11]
Homerin yazdığına görə, ölülər dünyasında Tantal aclıq və susuzluğun olmaz əzabını çəkir. Boğazınacan suda dursa da, o su içə bilmir, yaxınlığında meyvələr görsə də, yeyə bilmir: o ağzını kimi su axıb gedir, o meyvəni dərmək üçün əlini uzadan kimi meyvə olan budaq ondan uzaqlaşır. "Tantalın əzabları" ifadəsi bir məsələ çevrilmişdir və sonsuz, dözülməz əzabları bildirir.
Tantal mədəniyyətdə
redaktəTantal Frinixin "Tantal", Pratinin "Tantal", Esxilin "Nioba", Sofoklun "Tantal" faciələrinin personajıdır. Senekanın "Fiest" faciəsində Tantalın kölgəsi personajı var.
İstinadlar
redaktə- ↑ Псевдо-Аполлодор. Мифологическая библиотека III 5, 6
- ↑ Николай Дамасский. История, фр.10 Якоби
- ↑ Стефан Византийский. Этника // Комментарий Д. О. Торшилова в кн. Гигин. Мифы. СПб, 2000. С.102, 286; Николай Дамасский. История, фр.18 Якоби
- ↑ 1 2 Гигин. Мифы 82
- ↑ Первый Ватиканский мифограф III 1, 24
- ↑ Е. Г. Рабинович. Мерное бремя Arxivləşdirilib 2012-05-04 at the Wayback Machine // Ноосфера и художественное творчество. М.: Наука, 1991, с. 139—153
- ↑ Гомер. Одиссея XI 582—592
- ↑ Псевдо-Аполлодор. Мифологическая библиотека Э II 1
- ↑ Антонин Либерал. Метаморфозы 36, 3
- ↑ Сенека. Фиест 144—152
- ↑ Павсаний. Описание Эллады II 22, 3; V 13, 7
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.493-494.
- Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.3. С.356-357.