Tanaat Mebedi - Wikipedia
Tanaat məbədi — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində Ərəfsə (3 iyul 1968-ci ildən Arevis) və Andranikin başçılığı ilə ermənilərin 1918-ci ildə əhalisini bütünlüklə qırıb, özünü dağıtdıqları Hortuyüz kəndi ilə Təzəkənd (3 iyul 1968-ci ildən Tasik) kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim monastır qalığı.[1]
Tanaat kilsəsi | |
---|---|
Ölkə | Ermənistan |
Yerləşir | Sünik mərzi, Tasik kəndi |
Aidiyyatı | EQK |
Tikilmə tarixi | IV-V əsrlər |
|
Haqqında
redaktəBölgədə xristianlığın ilk dövrlərinə (IV–V əsrlərə) aid olan məbəd yarımdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qızıl kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur.[2] "Sünik tarixi" əsərinin müəllifi Stepan Orbeliana (XIII yüzil) görə isə məbəd 491-ci ildə tikilmişdir. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır.
Tarixi
redaktəTanaat məbədi Tatev monastırından sonra bölgədə ikinci ruhani mərkəzi olmuşdur. 1975-ci ildə məbəd ermənilər tərəfindən bərpa olunarkən köhnə məbəd xarabalıqları arasından Urartu çarı I Argiştiyə məxsus daş kitabənn tapılması haqqında xəbər yayılmışdır. Məbədin ətrafında XIII–XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır. Məbədin yerləşdiyi ərazi qədimdən türk-oğuz boylarının vətəni olmuş, bura, bütövlükdə Zəngəzur mahalına ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.[3]
Memarlıq xüsusiyyətləri
redaktəStepan Orbelianın "Siyuni tarixi" kitabında məbədin Abaqa xanın padşahlığında, Gögobanm katolikosluğunda, Siyuni hakimi Proşun və onun övladları Papak, Qazan və gənc Atçının vaxtında tikildiyi göstərilmişdir. Məbədin divarları qaramtıl bazalt daşlardan hörüldüyündən camaat onu Qaravəng adlandırmışdır. Bütün tarixi mənbələrdə isə Tanaqatı, Tanaat kimi yazıya alınmışdır. Məbədin girəcəyinin üst hissəsində qartal fiquru, qartaldan bir metr yuxarıda isə at fiquru həkk olunmuşdur ki, bu da məbədin Tanaat adının yerli camaat arasında "Tənha at" kimi yozulmasına haqq verir. 1920-ci illərdə kənd ləğv olunana qədər burada ancaq Azərbaycan türkləri yaşamışlar.[4]
İstinadlar
redaktə- ↑ "Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
- ↑ М. Арутунян, С. А. Сафарян – Памятники армянского зодчества, Москва, 1951, ст. 38
- ↑ "Qərbi Zəngəzurda ən qədim xristian məbədləri". www.azerbaijan-news.az. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
- ↑ "Arxivlənmiş surət" (PDF). files.preslib.az. 2023-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 sentyabr 2023.
Mənbə
redaktə- Сисиан (справочник-путоводитель), Ереван, 1987, стр.113–114;
- Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan" В., 1994, səh. 77–82.