Tansan Zelzelesi 1976 - Wikipedia
Tanşan zəlzələsi (əsrin faciəsi) — 1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələ[2].
Tanşan zəlzələsi | |
---|---|
Tarix | |
Maqnituda | 7,4 bal |
Hiposentrin dərinliyi | 7,5 km |
Episentrin yeri | |
Ölənlər |
|
Xəsarət alanlar |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1976-cı il iyul ayının 28-də Çinin Xubey əyalətinin Tanşan şəhərində baş verən zəlzələnin nəticələri çox ağır olmuşdur. Tarixə XX əsr faciəsi kimi düşmüşdür.
Çin rəsmiləri zəlzələnin 242 min nəfərin həyatına son qoyduğu barədə məlumat yaydılar. Ancaq dağıntı yerində xarici ölkə nümayəndələri azı 800 min nəfərin həlak oduğu qənaətinə gəldilər. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Tanşan şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən Pekin və Tyanstzin şəhərində dağıntılar baş verdi. Ümumiyyətlə isə, zəlzələ 5,3 milyon evin dağılmasına yol açdı. Bu zəlzələ tarixdə həcminə görə, Şensi (1556-cı il) və Hind okeanında (2004) baş verən zəlzələlərdən sonra üçüncü ən böyük təbii fəlakət hesab edilir.
İstinadlar
redaktə- ↑ 1 2 Immanuel C.Y. Hsü The Rise of Modern China (ing.). 6 USA: OUP, 2000. P. 766. 1136 p. ISBN 978-0-19-512504-7
- ↑ Dünyanı silkələyən zəlzələlər (2) — zaman.az saytı[ölü keçid]