Talisli - Wikipedia
Talışlı - Haqqında Məlumat
Talışlı — Azərbaycan Respublikasının Lənkəran rayonundan 10 km şimal-qərbdə Haftoni qəsəbə inzibati ərazi vahidində yerləşən kənd.[1]
Talışlı | |
---|---|
38°42′ şm. e. 48°50′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəHaftoni və həmçinin XX əsrin ortalarından yaşayış məntəqələrinə çevrilmiş digər qonşu ərazilər (Ləj, Haftoni, İstisu (Qamo)) Karpoviç adlı, millətcə polyak və yaxud yəhudi olan şəxsə məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci il inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq, Karpoviç 1910-cu ildə ona məxsus əraziləri Hacı İsaya satır. Səksəninci illərin axırına qədər rəsmi adının olmamasına (ərazi Haftoni qəsəbəsinə aid olub) baxmayaraq, yerli camaat arasında kəndin iki adı işlənmişdir; "Karpoviç" və "Hacıkənd".[2][3]
Coğrafiyası və iqlimi
redaktəTalışlı Talış dağlarının ətəyində yerləşir.
İstinadlar
redaktə- ↑ "Lənkəran – İnzibati-ərazi vahidləri və yaşayış məntəqələri". 2011-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.
- ↑ Yaxın və uzaq keçmişimizdən[ölü keçid]
- ↑ [1][ölü keçid]
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |