Talis Fiziki Cografi Rayonu - Wikipedia
Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. |
Talış fiziki - coğrafi rayonu - Azərbaycan Respublikasının cənub - şərq hissəsində yerləşib şərqdən, şimal- şərqdən Lənkəran ovalığı ilə, cənubdan, qərbdən və şimal qərbdən İran Respublikası ərazisi ilə sərhədlənir. Relyefin mütləq yüksəkliyi 200 m-lə 2440 m arasında dəyişir. Burada Xəzər dənizi sahilləri yaxınlığında submeredianal istiqamətdə bir- birinə paralel uzanan Talış - Peştəsər və Burovar silsilələri və onların arasında yerləşən çökəkliklər ( Yardımlı, Zuvand və s.) relyefin daxili quruluşunu mürəkkəbləşdirməklə mühüm iqlimyaradıcı rola malikdir. Rayonun alçaq və ortadağlıq hissəsində enliyarpaqlı dağ meşələri inkişaf etmişdir. Bu meşələrdə, xüsusilə alçaqdağlıqda hirkan - relikt ağac növləri (şabalıdyarpaqlı palıd, dəmirağacı, azat, ipək akasiya və s.) inkişaf etmişdir. Ərazinin yüksəkdağlıq hissəsində meşə qurşağından yuxarıda meşə - çöl, çöl, quruçöl və dağ - yarımsəhra landşaftları relyefin xüsusiyyətlərinə münasib olaraq inversiya xarakterinə malik olan xüsusi iqlim şəraitinin mövcudluğu nəticəsində formalaşmışdır. (Şirinov, Süleymanov, 1977). Fiziki - coğrafi rayon ərazisində maldarlıq, əkinçilik, üzümçülük inkişaf etmişdir. Dağ ətəklərində və dağlıq hissədə bir sıra isti və soyuq mineral bulaqlar vardır.[1]
Xarici keçid
redaktəHəmçinin bax
redaktəİstinad
redaktə- ↑ Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm - 1996, I cild