Tahir Melik - Wikipedia
Tahir Məlik (əsl adı Habilov Tahir Əbduməlikoviç) — tanınmış özbək yazıçısı. Özbək ədəbi fantastikasının yaradıcılarından biri, maarif xadimi. "Dostluq" ordeni və "Özbəkistan xalq yazıçısı" fəxri adının sahibi.
Tahir Məlik | |
---|---|
Doğum tarixi | 27 dekabr 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 2019 (72 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, nasir |
Mükafatları | |
tohirmalik.uz |
Tərcümeyi-halı
redaktə1946-cı ilin 27 dekabrında Daşkənd şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Daşkənd Dövlət Universiteti (indiki Özbəkistan Milli Universiteti)nin jurnalistika fakültəsində təhsil almışdır. 1966-cı ildən etibarən Özbəkistan radiosunda, qəzet və jurnallarda, Özbəkistan yazıçılar ittifaqında, nəşriyyatlarda fəaliyyət göstərmişdir.
İlk hekayəsi 1960-cı ildə Gulxan jurnalında çap olunmuşdur.
Fəaliyyəti
redaktəTahir Məlik ona yaxın radiopyes, film ssenariləri müəllifidir. Bədii tərcümə sahəsində də xidmət göstərmişdir.
Tohir Malik 1966-cı ildən etibarən mətbuat sahəsində işləmişdir. Lenin uchquni (indi Tong yulduzi adlanır), Özbəkistan radiosunda, Qafur Qulam adına və "Choʻlpon" nəşriyyatlarında, "Sharq yulduzi", "Yoshlik" jurnallarında fəaliyyət göstərmişdir. Yazıçının yaratdığı əsərlər əsasında çoxlu telefilm və bədii filmlər çəkilmişdir. Dünya ədəbiyyatı nümayəndələrininayrim əsərlərini özbək dilinə tərcümə etmişdir. 1988–90-cı illərdə Özbəkistan yazıçılar ittifaqının katibi olmuşdur.
Əsərləri
redaktə- Tahir Məlik "Fələk" Elmi-fantastik roman. Daşkənd: "Gənc qvardiya", 1976.
- Tahir Məlik "Son ox" roman, hekayə. Daşkənd: "Gənc qvardiya", 1990.
- "Şeytanat". 4 hissəli. Daşkənd: "Şərq", 1994–2001.