Tahir Alxazov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tahir İsa oğlu Alxazov (28 dekabr 1952, Bakı) — azərbaycanlı alim, kimya üzrə fəlsəfə doktoru, dosent AMEA Polimer Materialları İnstitutunun baş mühəndisi.
Tahir Alxazov | |
---|---|
Tahir İsa oğlu Alxazov | |
Doğum tarixi | 28 dekabr 1952 (71 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
İş yeri | AMEA-nın Polimer Materialları İnstitutu |
Həyatı
redaktəAlxazov Tahir İsa oğlu 28 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhərindəki 89 №-li orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitunun kimya-texnologiya fakültəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt şəhərində "Üzvi Sintez" zavodunda 1974–1981-ci illərdə əməliyyatçı, növbə rəisi, texnoloq, istehsalat rəisi vəzifələrində çalışmışdır. 1983-cü illərdə Sumqayıt ş. Şüşə zavodunda baş mühəndis, 1983–1986-cı illərdə Sumqayıt ş. "Üzvi Sintez" zavodunda divinil istehsalatının rəisi, 1986–1990-cı illərdə SSRİ Dövlət Standartlar Komitəsinin baş nümayəndəsi, 1990–1993-cü illərdə "Anhidrid" müəssisəsinin direktoru vəzifəsində işləmişdir. 1993–1995-ci illərdə Respublika Prezidentinin sərəncamı ilə "Azərikimya" Dövlət Şirkətinin prezidentinin müavini təyin edilmişdir. 1995–1998-ci illərdə "Üzvi Sintez" zavodunun direktoru, 1998–2001-ci illərdə Azərbaycan OET "Olefinlər" institutunda baş mühəndis vəzifəsində işləmişdir.
Elmi fəaliyyəti
redaktə2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitunda böyük elmi işçi, 2015-ci ildən isə baş mühəndis vəzifəsində işləyir. Tahir Alxazov 1997-ci ildə "Yüksək molekullu birləşmələr kimyası" (01.00.06) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Kimya sənayesinin elmi-texniki problemlərinin həllində fəal iştirak edir. 35 elmi əsərin, o cümlədən 3 müəlliflik şəhadətnaməsi, 2 ixtiranın müəllifidir. "Propilen oksidinin alınma üsulu" ixtirası 1996-cı ildə sənaye miqyasında tətbiq olunmuşdur.2019-cu ildə "Makromolekullar" ixtisası üzrə Dosent elmi adı almışdır.
T. İ. Alxazov işlədiyi müddətdə özünü ixtisasına uyğun sahənin problemlərini bilən mühəndis kimi göstərmişdir. O, institutunun elmi-tədqiqat planlarının və təsərrüfat müqavilələrinin, qrant layihələrinin yerinə yetirilməsində aktiv iştirak edir, prinsipiallığı, işgüzarlığı, müstəqil elmi-işçi, təcrübəli mühəndis və məsuliyyətli mütəxəssisidir.