Taal Golu - Wikipedia
Taal — Filippində şirin sulu göl. Göl Luson adasında yerləşir. Batanqas əyalətinə aiddir. Göl əsasən nəhəng Taal kalderinin çuxurunda yerləşir. Taal kalderi 500 000—100 000 il əvvəl baş vermiş nəhəng püskürmə zamanı formalaşmışdır. Taal gölü ölçüsünə görə Filippinin üçüncü gölüdür (Bay və Lanao göllərindən sonra). Gölün mərkəzində eyni adlı vulkan mənşəli Taal adası (Taal vulkanı) yerləşir. Vulkanik adanın kraterində kiçik göl yerləşir. Bu, dünyadakı adada (Luson) yerləşən gölün (Taal gölü) içində olan adanın daxilində qeydə alınan ən böyük göldür[1]. Maraqlıdır ki, bu gölün mərkəzində də çox kiçik ada - Point-vulkanı var.[2] Point-Vulkanı dünyada fəaliyyətdə olan ən kiçik vulkan və ya adada yerləşən gölün daxilindəki adada olan digər göldəki ən böyük adadır[3].
Taal | |
---|---|
taqal タールこ | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5 m |
Eni | 18 km |
Uzunluğu | 26 km |
Sahil uzunluğu | 115 km |
Sahəsi | 234,2 km² |
Dərin yeri | 172 m |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
13°59′05″ şm. e. 123°00′57″ ş. u.HGYO | |
Ölkə | Filippin |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Taal vulkanı
redaktəTaal vulkanı dünyanın ən kiçik aktiv vulkanlarından biri hesab olunur. Ən qədim püskürmə tarixi 100-500 min il əvvəl hesab olunur. Keçmiş vulkan konusu parçalanmış və yerində böyük kalder formalaşmışdır. Kalder tədricən su ilə dolaraq Taal gölü yaranmış. Növbəti püskürmələr nəticəsində gölün ortasında sahəsi 23 km² olan ada - yeni vulkan konusu yaranmışdır. 1572-ci ildə vulkan dəfələrlə püskürmüş və nəticədə yeni kraterdə növbəti göl formalaşmışdır.
1911-ci il 30 yanvar tarixində XX əsrin ən güclü püskürməsi baş vermiş və 1335 nəfərin ölümünə səbəb olmuşdur. 10 dəqiqə müddətin 10 km məsafədə olan bütün canlılar tələf olmuşdur. 400 km-dən tüstünü və külü müşahidə etmək olurdu. Püskürmə pele püskürmə tipinə aid olunur. Püskürmə kraterlə yanaşı yamaclardanda qeydə alınmışdır. Püskürmə zamanı lava yox, kül və qızmar par havaya atılırdı. 1965-ci ildə baş vermiş püskürmədə 200 nəfər həlak olmuşdur[4]. Sonuncu püskürmə 1977-ci ildə qeydə alınmış.[5]
Qorunması
redaktəTaal gölü hövzəsində ilk dəfə olaraq 1967-ci ilin 22 iyulunda, № 235 deklarasiya ilə Taal vulkanı hissəsi milli park elan edilmiş. Milli parkın sahəsi 62 292 hektar idi.[6] 7586 nömrəli respublika qanuna və ya Qorunma Ərazilərin Milli İnteqrasiya Sisteminə (NIPAS) əsasən 1992-ci ildə ərazi xüsusi «Qorunan Taal vulkanı landşaftı» statusunu almış. 16 oktyabr 1996-cı ildən № 906 deklarasiyaya əsasən milli parkın ərazisi genişləndirilmişdir.[7]
Şəkillər
redaktə-
Yüksəklikdən gölün görünüşü
-
Dumanlı havada gölün görünüşü
-
Taal vulkanının görünüşü
-
Ərazinin kosmosdan görünüşü
-
Bölgənin inzibati bölgüsü
İstinadlar
redaktə- ↑ Остров в озере на острове в озере на острове на Филиппинах
- ↑ U.S. Army Corps of Engineer (1954). "Manila (Topographic map)" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. University of Texas in Austin Library. Retrieved on 2014-08-03.
- ↑ "Largest island in a lake on an island in a lake on an island". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-02.
- ↑ Moore J. G., Nakamura K., Alcaraz A. The September 28–30, 1965 eruption of Taal Volcano, Philippines (англ.) // Bulletin Volcanologique : journal. — 1966. — Vol. 29, no. 1. — P. 75—76.DOI:10.1007/BF02597143 Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine
- ↑ "Global Volcanism Program". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-03.
- ↑ "«List of initial components of Nipas Act»". 2013-10-04 tarixində arxivləşdirilib.. Декларация и Бюро дикой природы. Retrieved on 2012-01-13.
- ↑ "«Protected Areas in Region 4-A (CALABARZON)»". 2014-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-21.. Protection and Wildlife Bureau. Retrieved on 2012-01-13.