T 90 - Wikipedia
T-90 — Rusiya istehsalı 3-cü nəsil əsas döyüş tankı.
T-90 | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1995- davam |
İstismara başlanması | 1991 |
İstismar edənlər | İstifadəçilər |
İstifadə edilən döyüşlər |
Dağıstanın işğal olunması Suriya vətəndaş müharibəsi İkinci Qarabağ Müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Kartsev-Venediktov |
İstehsalçı | Uralvaqonzavod |
Xüsusiyyətləri | |
Ağırlığı | 46,5 - 50 ton |
Şose sürəti | 65 km/s (yolda) |
Əsas silah | 9M119M Refleks-M mərmisi ata bilən 125 mm-lik 2А46М-5 yivsiz topu |
Köməkçi silah | 7,62 mm-lik Pkt pulemyotu, 12,7 mmlik NSVT hava müdafiə pulemyotu |
Uzunluğu |
9,53 m (qüllə ilə birlikdə) 6,86m (sadəcə olaraq gövdə) |
Eni | 3,37 m |
Hündürlüyü | 2,23 m |
Ekipaj | 3 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Xüsusiyyətləri
redaktəT-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz müharibəsində T-72-lərin ABŞ-nin M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. Bu tanklar, T-80 tankından alınan 1G46 nişangah, termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdirlər.Rusiya Silahlı Qüvvələrində istifadə edilən bu tank Hindistanda da istehsal və istifadə edilməkdədir. Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən T-90 tanklarının Bişma adıyla Hindistanda ortaq istehsalına başlanmışdır. Hindistan 1000 ədəddən çox tank istehsal etməyi planlaşdırır.
T-90 Rusiya istehsalı 3-cü nəsil döyüş tankıdır. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, aşağı surətlərdə hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayırdedicisi ilə təchiz olunub, kondisioneri var(istehsalçının sifarişinə əsasən). Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəş açmaq üçün elektron qurğuya malikdir.
T-90 istənilən hava şəraitində və sutkanın istənilən vaxtında hədəfi dəqiq vurmağa imkan verən elektron sistemlərlə təchiz olunub. PNK-4S müşahidə sistemi ilə gecə vaxtı tank ölçüsündə olan hədəfləri 1100 m məsafədə müəyyən edir. Bu parametrdə Qərb analoqlarından geri qalması ruslar tərəfindən ciddi cəhdlə gizlədilir.
Tankın əsas silahı 125 millimetrlik avtomatik doldurulan 2A46M topudur. Dörd tip mərmidən atəş aça bilir. T-90 tankları eyni zamanda tank əleyhinə idarəolunan raketlərlə də atəş açmaq qabiliyyətindədir. 2A46M topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan mərmilər də ata bilir. Tank 25 km/saat sürətlə hərəkət edərkən 54 saniyə müddətində 2500 m məsafədəki 7 müxtəlif zirehli hədəfləri vura bilir. Əlavə silahlanmasına 12,7 mm Kord və 7,62 mm PKMT pulemyotları daxildir.
T-90-nın güclü zirehi var. Zirehindən əlavə tankın müdafiəsinə Ştora-1 infraqırmızı və lazer şüalarını pozucu sistem, Kontakt-5 reaktiv zireh daxildir. Əgər düşmən tankın yerini lazer şüalanması ilə aşkar etsə, erkən xəbərdarlıq sistemi işə düşür və ekipaja bu barədə siqnal verir. Eyni zamanda avtomatik olaraq qoruyucu sistem işə düşür, tankın ətrafında tüstü buludu yaratmaq üçün aerozol qumbaraları atılır.
T-90 950 at güclü V-92 mühərriki istifadə edir. Ağırlığı 47 ton, maksimal sürəti 60 km/saat təşkil edir. Azərbaycan, Rusiya, Hindistan, Əlcəzair və.s ölkələr tərəfindən istifadə olunur.
İstehsalı
redaktəT-90 tankları Rusiyanın “Uralvaqonzavod” Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. T-90 tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 km uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı vermir. Belə ki qərbdəki hədəflər daimi analizlər səbəbilə inkişaf etdirilərkən T-90S bu inkişafa ayaq uydura bilmir. Bu səbəbdən də tankın sahib olduğu İnvar-M raketləri artıq əvvəlki kimi 5 km məsafədəki hədəfləri tamamilə məhv edə bilmir(max 3 km). T-90S-in malik olduğu avtomatik dolub-boşalan 2A46M-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və s. xüsüsiyyətə malik standart mərmilər ata bilir. Gecə-gündüz görüntü imkanına malik optik lazer-nişangah tank aşağı sürətlə hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan “Kord” pulemyotu isə silahsız və yaxın məsafədə aşağı sürətlə hərəkət edən hava hədəflərinin məhv edilməsində effektivdir.[1]
T-90S tankı
redaktəT-90 Rusiyanın 3-cü nəsil əsas döyüş tankıdır. 1995-ci ildən aktiv xidmətə başlayıb. T-90S modelləri isə 2001-ci ildən yaradılıb.
Tankın ekipajı 3 nəfərdən (sürücü, tuşlayıcı, tank komandiri) ibarətdir. Bu tanklarda T-80 tankından alınan 1G46 nişangahı, hava hədəfləri üçün “PZU-7” teleskopik nişangahı, “ESSA” termal atəş nişahgahı, “Buran-PA” gecə atəş nişangahı, infraqırmızı və lazer nişangahları, “T01-K04” və ya “PNA-4C-01” komandir üçün nişanalma və müşahidə sistemləri, “Kontakt-5” partlayıcıya həssas dinamik zirehi, “Kalina” adlı avtomatik hədəf izləmə sistemi, NBC qoruma və daha güclü mühərrikə sahib olub, digər Rusiya tankları kimi alçaq bir profilə malikdir. Tanka 1 kVt-lık “AB-1-P28” generatoruda quraşdırılıb.Tankın ön zirehi 450 mm dir.Bu zireh 60° əyimliliyə sahib olduğu üçün dirənci 2 qat artır.
Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün rəqəmsal ballistik hesablayıcı ilə təchiz olunub. Tankın topunun şaqüli və üfüqi vəziyyətdə sabitləyicisi, eləcədə atəşə nəzarət və nişan alma sistemi təkminləşdirilərək tankın hərəkətdə atış dəqiqliyi artırılıb. Sabitləyici sistemi, top hədəfə kilitləndiyi zaman hərəkət halında olsa belə lüləni hədəfə doğrultulmuş olaraq tutar. Bu xüsusiyyət T-90 kimi hərəkət qabiliyyətləri yüksək olan tanklarda daha böyük əhəmiyyət kəsb edir. Tankın topu dəqiqədə avtomatik doldurma ilə 8 mərmi, əl ilə doldurulduqda 2 mərmi atəşləyə bilir. Mərminin başlanğıc sürəti 1800 m/s təşkil edir. Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəşi izləmək üçün elektron qurğuya malikdir. T-90S tankları istənilən hava şəraitində və sutkanın istənilən vaxtında hədəfi dəqiq vurmağa imkan verən məsafə ölçən lazer elektron sistemlərlə təchiz olunub. Tankın əsas silahı avtomatik və manual dolub-boşalan 125 millimetrlik 2A46M-5 topudur.Bu tank 750 mm qədər olan hər cür zirehi deşə bilir. T-90S tankları eyni zamanda tank əleyhinə idarəolunan raketlərlə də atəş açmaq qabiliyyətindədir. Tankın mərmi çeşidlərinə gəldikdə, bura tank əleyhinə idarə olunan raket, fuqaslı tank əleyhinə idarə olunan raket, zirehdələn mərmi, kumulyativ–zirehdələn mərmi, qəlpəli-fuqaslı mərmi, beton istehkamları dağıdan xüsüsiyyətə malik müasir mərmilər və “asılı vəziyyətdə” dayanan vertolyota atəş açmaq imkanı verən mərmi də daxildir. Tankın qülləsində 12.7x108 millimetrlik “NSVT” pulemyotu quraşdırılır. “NSVT” pulemyotları isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahlardır. Bundan əlavə tankda 7.62 millimetrlik “PKTM” pulemyotu quraşdırılıb. 12.7 mm-lik “NSVT” pulemyotunun hava hədəflərinə qarşı atəş məsafəsi 1500 metr, yer hədəflərinə qarşı 2000 metr və maksimal atəş məsafəsi 6000 metrdir. 7.62 mm-lik “PKTM” pulemyotunun atəş məsafəsi 1500 metr və maksimal atəş məsafəsi 4000 metr təşkil edir. T-90S tanklarına məxsus olduğu AT-11 Sniper (Refleks-M) tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi yaxın keçmişə qədər 5 km uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. Lakin günümüz həqiqətlərində 5 km-də istənilən müasir tankı məhv etmək rus silah satışı propaqandasından o tərəfə keçə bilmir. Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tankın göstəricilərinə saatda 60 km/saat sürətlə hərəkət edən hədəfi 5 km-dən dayanmış, yaxud 30 km/saat sürətlə hərəkət edərkən vurmaq da daxildir. Gecə döyüşlərində isə 3 km-dən hədəfini məhv edə bilir. Tankın 125 millimetrlik 2A47M-5 topunun maksimal atış məsafəsi üfüqi sabitləmə ilə 10 kilometrdir. Əlavə olaraq tankda tank ekipajının AK avtomatı, siqnal tapancası və 10 ədəd F-1 əl qumbarası yerləşdirilir.
Zirehinin qoruma qabiliyyətinə görə bu tanklar yaxın keçmişə (“Ərəb baharı”-na qədər) qədər etibarlı sayılırdılar. Tank 3-cü nəsil kompozit zirehə malikdir. T-90 tankının yalnız gövdəsinin ön hissəsində zirehi 830 mm-lik homogen polad ekvivalenti ilə eyni dayanıqlılığa sahibdir və dinamik zirehidə nəzərə alsaq, zireh qalınlığı 1250–1300 mm-ə qədər çıxmaqdadır. Yanlarda və arxada zireh qalınlığı daha azdır. “T-90” tankları ənənəvi qalın zireh qatı ilə yanaşı rəqibin tank əleyhinə mərmilərini neytrallaşdırmaq üçün korpusuna düzülmüş “Kontakt-5” dinamik zireh ilə də təchiz edilib. Onun müdafiəsinə lazer şüalarını müəyyənləşdirən və infraqırmızı lazer şüalarını pozucu sistemi ”Ştora-1/7M” yerləşdirilib. Bundan əlavə 82 mm-lik 902B sis bombaları quraşdırılıb.
Əgər düşmən tankın yerini lazer şüalanması ilə aşkar etsə, erkən xəbərdarlıq sistemi işə düşür və ekipaja bu barədə siqnal verir. Eyni zamanda avtomatik olaraq qoruyucu sistem işə düşür, 82 mm-lik 902B sis bombası ataraq tankın ətrafında tüstü buludu yaradır. Tankın aktiv və passiv zirehləri gücləndirilmiş, bu da ağırlığın artmasına səbəb olmuşdur. T-90-ın sürətlənmə ve manevr qabiliyyəti T-72 tanklarından daha aşağıdır. Lakin, tank yenə də soyuq müharibə dövrünün qərb tanklarının bir çoxundan sürətlidir. Müasir tanklarla müqayisədə tank T-90S sürət baxımından da geri qalır.
“Hindistanda keçirilən təlimlərdə T-90 tankı ilə təcrübəli tuşlayıcı tank 25 km/saat sürətlə hərəkət edərkən 54 saniyə müddətində 2500 m məsafədəki 7 müxtəlif zirehli hədəfləri vura bilib. Bu göstərici Alman istehsalı Leopard 2A6 tankında 6 hədəf, ABŞ istehsalı M1A2 Abrams tankında 5 hədəf olub. Testlərdə T-90-ların özlərindən 20 ton daha ağır olan qərb tankları ilə eyni zirehə sahib olduqları görsənmişdir” şəklində qeyd edilmiş köhnə məlumat isə etibarlı mənbələr tərəfindən təsdiqini tapmadığından yenə də rus silah propaqandasından o tərəfə keçə bilmir. Əksinə sovet tanklarının dayanarkən və hərəkətdə olarkən atəş dəqiqliyinin aşağı olma faktı Avropanın tank biatlonuna qatılan, Ukrayna ordusunun istifadə etdiyi, əslən sovet tankı olan Oplot-M-in müsabiqədə sonuncu yeri tutması ilə bir daha sübut olundu.
İxracı
redaktə2001-ci ildə Hindistan Rusiyadan 310 ədəd T-90S tankı aldı. Hindistan hökuməti bu tankları alaraq özünün istehsal edəcəyi Arjun tanklarının istehsalını bir müddət təxirə saldı.
Bu T-90S-lər Rusiyada Uralvaqonzavod tərəfindən, mühərriki isə Çelyabinsk Traktor Zavodu tərəfindən istehsal edilirdi. Hindistana satılacaq tanklar Ştora-1 infraqırmızı və lazer şüaları pozucu sistemlə də təchiz edilmişdi.
26 oktyabr 2006-cı ildə Hindistanla Rusiya arasında dəyəri 800 mln ABŞ dolları olan müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə, Rusiyadan alınacaq digər 330 ədəd T-90 tankı T-90M "Bişma" adı ilə Hindistanın Tamil Nadu şəhərindəki Ağır Texnika Zavodunda istehsal olunmalı idi.
T-90M Bişma T-90S tankının daha müasirləşdirilmiş versiyasıdır. Bu tankların modernizasiya olunmasında Hindistana Rusiya və Fransa kömək etmişdir. Tanklar Fransanın Thales şirkətinin istehsalı olan Catherine-FC termal görüntü kamerası və Rusiya istehsalı Kontakt-5 K-5 reaktiv partlayıcı zirehlə təchiz olunub.
2008-ci ilin aprelində Hindistan T-90M Bişma tankına aktiv müdafiə sistemi üçün bir çox xarici şirkətə təklif göndərdi və sonda, 2009-cu ilin yanvarında Saab şirkəti ilə 270 mln USD dəyərində müqavilə imzalandı.
Lisenziya altında istehsal olunan ilk T-90M Bişma tankları 24 avqust 2009-cu ildə silahlanmaya qəbul olundu.
2011-ci ildə dəyəri 1.5 mlrd USD olan növbəti müqaviləyə əsasən 354 ədəd T-90MS tankı ölkənin Çinlə sərhədini qorumaq üçün alındı. Bununla da, 2011-ci ildə Hindistan ordusunda xidmətini davam etdirən tankların sayı 4500-ə çatdı və tankların sayına görə dünyada 3-cü yerə çıxdı.
Hindistan 2020-ci ilə qədər T-90 tankından ibarət 21 tank alayına sahib olmağı planlaşdırır ki, bu alayların da hər birində 45 döyüş, 17 təlim və əvəzedici tank olmaqla, ümumilikdə 62 ədəd T-90 olacaq.
Digər ölkələr
redaktə2005-ci ildə Əlcəzair 185 ədəd T-90S tankının satın alınması barədə müqavilə imzaladı.
2008-ci ilin oktyabr ayında Venesuela prezidenti Uqo Çavesin ordunun arsenalında olan bütün AMX-30 tanklarını Rusiya istehsalı 50-100 arası T-90 tankları ilə əvəz etmək istədiyi deyilirdi. Yalnız, 2009-cu ildə 92 ədəd T-72 tankının alınması üçün müqavilə imzalandığı bildirildi. 2008-ci ilin iyulunda Səudiyyə Ərəbistanı rəsmiləri 150 ədəd T-90 tankının alınması üçün Rusiya ilə danışıqların getdiyini bildirdi.
2010-cu ilin fevral ayında Liviya ilə Rusiya arasında silah müqviləsi imzalandı. Müqavilənin şərtləri açıqlanmasa da, rusiyalı diplomatın dediyinə əsasən, Rusiya Liviyaya 20 döyüş təyyarəsi, hava hücumundan müdafiə sistemləri, 140-a yaxın modernizasiya olunmuş T-72, həmçinin, bir neçə ədəd T-90 tankı verməli idi. Lakin, 2011-ci ilin əvvəllərində Liviyada vətəndaş müharibəsi başlandığına görə, BMT-nin Liviyaya silah satışına embarqo qoyması nəticəsində Rusiya bu müqaviləni yerinə yetirə bilmədi.
2015-ci ilin dekabrında İran ordusu Quru Qoşunları komandirinin verdiyi məlumata əsasən İran Rusiyadan T-90 tanklarını almağı planlaşdırırdı. Lakin, 2 aydan sonra İran Rusiyadan bu tankları almaqdan imtina etdi və T-90-nın oxşarı olan Karrar tankını istehsal etməyə qərar verdi. 2016-cı ilin iyul ayında təqdim olunan qısa videodan sonra "Karrar"ın T-90MS tankının oxşarı olduğu dəqiqləşdi.
Texniki göstəriciləri
redaktəFiziki xüsusiyyətləri
redaktə- Çəkisi: 46,5 - 50 ton
- Uzunluğu: 9,53 m (lülə daxil olmaqla); 6,86 m (yalnız gövdə)
- Eni: 3,37 m
- Yüksəklik: 2,23 m
Daxili həcm: 11,04 m³ (ümumi), 1,85 m³ (qüllə)
- Zəminə təzyiq: 0,938 kq/sm ²
- Heyət: sürücü, nişançı, tank komandiri
- Mühərrik: 840 AG V-84MS dizel mühərrik
- 1000 AG V-84KD turbo dizel mühərriki
- 1000 AG V-85 dizel mühərrik
- 1 KW'lık AB-1-P28 generator
- Sürət: 65 km/s (yolda)
- Dalış dərinliyi: 1,8 m (şnorkelsiz), 5 m (şnorkellə)
- Mənzil: 375 km, əlavə yanacaq ehtiyatı ilə 550-650 km
- Güc/Ağırlıq nisbəti 18-20 AG / ton
- Dayandırılması: burulma bar
Müdafiə xüsusiyyətləri
redaktə- Zireh: 830 mm
- Müdafiə sistemləri: Ştora-1 infraqırmızı və lazer şüalarını pozucu sistem
- Kontakt-5 dinamik zireh
- 82 mm-lik 902B tüstü bombası
Atəş gücü
redaktə- Əsas döyüş silahı: 9M119M Refleks-M mərmisi də ata bilən 125 mm-lik yivsiz top
- Köməkçi müharibə silahı: 7,62 mm-lik Pkt pulemyotu
- 12,7 mm-lik NSVT hava müdafiə pulemyotu
İstifadə edən ölkələr
redaktəCari istifadəçilər
redaktə- Azərbaycan: 200 ədəd T-90S.[2]
- Ermənistan: 1 ədəd T-90S. 2014-cü ildə Rusiyada keçirilən "Tank biatlonu" müsabiqəsində əldə olunub.
- Əlcəzair: 572 ədəd T-90SA[3]
- Hindistan: 310 ədəd T-90S, 464 ədəd T-90MS, 1000 + ədəd T-90M Bişma adıyla Hindistanda istehsal ediləcək.[4]
- Rusiya: 550 ədəd T-90A və T-90S[5]
- Suriya: 30 ədəd T-90S və T-90SA[6]
- Türkmənistan: 10 ədəd T-90S çatdırılıb. Daha 30 ədəd planlaşdırılır.[7]
- Uqanda: 44 ədəd T-90S[8]
Gələcək istifadəçilər
redaktə- Misir: 400 və ya 500 ədəd T-90S tankı. Razılaşmaya əsasən bu tankların bir hissəsi Misirdə istehsal oluna bilər.[9][10]
- İraq: 73 ədəd T-90S/SK.[11] Tankların çatdırılmasına 2017-ci ilin noyabr ayından etibarən başlana bilər.[12]
- Küveyt: Silahlanmada olan Yuqoslaviya istehsalı M-84 tanklarının 146 ədəd T-90MS tankı ilə əvəz ediləcəyi gözlənilir.[13]
- Vyetnam: 64 ədəd T-90S/SK tankı sifariş olunub. Tankların ilk partiyasının 2017-ci ilin noyabr ayında Rusiya tərəfindən təhvil veriləcəyi gözlənilir.[14]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Rusiyadan T-90 tnkları alırıq
- ↑ Алексей Никольский. "Россия вооружает Азербайджан". Газета «Ведомости». 2013-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "ВЕДОМОСТИ - Заключен контракт по лицензионному производству танков Т-90 в Алжире". 2016-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
- ↑ "Army to acquire nearly 1000 additional T-90 tanks by 2020". 4 oktyabr 2006. 2008-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ Вадим, Смирнов. "Модернизация танка Т-90 будет завершена до конца 2010 года". Военное обозрение. 2016-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "Т-90 доказали свою выживаемость в Сирии". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
- ↑ "Algeria, Turkmenistan To Buy Russian Tanks: Report". 14 fevral 2012. 2013-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "Trade Registers". Armstrade.sipri.org. 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "Russia's T-90 tanks to be assembled under license in Egypt". TASS. Moscow. 6 iyul 2017. 26 iyul 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "Russia hopes to sign mega deal with Egypt to supply T-90 main battle tanks". Defence Blog. 14 iyun 2017. 26 iyul 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "Russia confirms deal to supply T-90 tanks to Iraq". Defence Blog. 20 iyul 2017. 2017-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
- ↑ "Russia starts T-90S main battle tank deliveries to Iraq". TASS Russian News Agency. Dubai. 15 noyabr 2017. 15 noyabr 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "Contract with Kuwait to supply T-90MS tanks can be signed before yearend". Tass. 12 sentyabr 2017.[ölü keçid]
- ↑ "Russia's Uralvagonzavod to supply Vietnam with 64 T-90 main battle tanks". Defence Blog. 8 iyul 2017. 26 iyul 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.