Tepekend Amasiya - Wikipedia
Təpəkənd (erm. Բերդաշեն) — Azərbaycanlı əhalidən ibarət olmuş kənd. Hal-hazırda Ermənistan ərazisindədir.
kənd | |
Berdaşen | |
---|---|
Təpəkənd | |
41°03′13″ şm. e. 43°40′08″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tabesində | Şirak mərzi |
Region | Ağbaba mahalı |
Rayon | Amasiya rayonu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları | Təpəkənd, Təpəköy |
Sahəsi | 19.7 km² |
Mərkəzin hündürlüyü | 2.020 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 219[1] nəfər (2018) |
Sıxlığı | 11.12 nəf./km² |
Rəsmi dili | |
Tarix
redaktəTəpəkənd kəndi tarixən iki kənddən Böyük və Kiçik Təpəkənddən ibarət olub. Daha sonra kəndlər SSRİ dönəmində birləşdirilib.
Bəzi mənbələrə görə kənd tarixən Osmanlı Dövlətinin Qars vilayətinə daxil olub. I Dünya Müharibəsindən sonra Çar Rusiyası və Osmanlı Dövləti arasında imzalanan Qars Müqaviləsinə əsasən kənd Çar Rusiyası tərkibinə verilib.
1988-ci ildə Ermənistandan Azərbaycanlıların deportasiyası nəticəsində kənddə yaşayan bütün Azərbaycanlılar köç etmək məcburiyyətində qalıb.
2000-ci illərdə Ermənistan inzibati bölgüsü dəyişdirilib.Nəticədə tarixi Ağbaba mahalı Şirak mərzinə daxil edilib, Amasya rayonunun adı dəyişdirilməyib, lakin Təpəkənd kəndi (Berdaşen) qonşu Sultanabad (Paxakn) kəndi ilə bir inzibati kənd vahidində birləşdirilib.
Əhalisi
redaktəİl | 1886 | 1897 | 1926 | 1939 | 1964 | 1970 | 1979 | 1989 | 2001 | 2004 | 2010 | 2012 | 2018 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Əhali | 363 | 509 | 269 | 414 | 558 | 772 | 871 | 180 | 218 | 252 | 269 | 275 | 219[1] |
Şəxsiyyətləri
redaktə- Nəriman Rəsulov — Texniki elmlər doktoru, professor
İstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). 2022-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-20.