Tepedali - Wikipedia
Təpədalı - Haqqında Məlumat
Təpədalı — Ağsu rayonu Qırlar kəndi yaxınlığında Təpədalı adlı sahədə antik dövr və Orta əsrlərə aid qədim yaşayış məskəni.
Sahəsi 10–12 ha olan abidədən e.ə. II–I və b.e. I əsrinə aid torpaq və küp qəbirlər, saxsı qablar (ağzı novçalı), qayıqvari dən daşları, daş alətlər və bəzək əşyaları tapılıb. Böyük təpənin üstündə Orta əsrlərə aid divar qalıqları və ocaq izləri də aşkarlanıb. Bu tikilidən xanlıqlar dövründə gözətçi məntəqəsi kimi də istifadə olunub.