Tel Ebyez - Wikipedia
Təl-Əbyəz[1] (bəzi mənbələrdə Təll-Abyad[2] Tell-Abyad[3] və ya Tel Abyad;[4] ərəb. تل أبيض, hərf. 'ağ təpə', kürd. Girê Spî, türk. Tellebyad,[5] klass. süry. ܬܠ ܐܒܝܕ) — Suriyanın Raqqa mühafəzəsinin Təl-Əbyəz rayonunda şəhər, eyniadlı rayonun inzibati mərkəzi. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir.
Təl-Əbyəz | |
---|---|
تل أبيض | |
36°41′51″ şm. e. 38°57′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 350 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | C5792 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər 16 iyun 2015-ci il tarixində Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. Şəhər 2019-cu ilin axırlarına qədər Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olmuşdur.[6] Türkiyə Silahlı Qüvvələri və suriyalı üsyançılar şəhəri 13 oktyabr 2019-cu il tarixində, Sülh Bulağı əməliyyatı çərçivəsində ələ keçirmişdir.[7]
Tarix
redaktəTəl-Əbyəz və ətraf əraziləri qədim dövrlərdə Assuriya imperiyasının idarə altında idi. Burada aramilər məskən salmışdı. Təl-Əbyəz e.ə. 814-cü ildə qeyd edilmiş Yeni Assuriya dövrü arami yaşayış məntəqəsi olan Baliḫu ola bilər.[8] Ərazini növbəti illərdə Roma, Bizans, Sasanilər, Əməvilər, Abbasilər və Osmanlı kimi müxtəlif imperiyalar idarə etmişdir. Təl-Əbyəz Birinci Dünya müharibəsinin axırlarına kimi Osmanlı imperiyasının suverenliyi altında qalmışdır. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, şəhər iki yerə bölünmüş, şimal hissəsi Türkiyənin Ağcaqala şəhərinə çevrilmişdir.
Hökumət
redaktəDemokratik Birlik Partiyası (PYD) Təl-Əbyəz şəhərində ağsaqqallar şurası təsis etmişdir, hansı ki, ərazinin idarəetmə orqanı kimi fəaliyyət göstərir. Əldə edilən məlumatlara görə, bu şura şəhərinin etnik tərkibinə uyğun olaraq qurulmuşdur. Şura 15 nəfərdən ibarətdir, onlardan 10-u ərəb, 3-ü kürd, 1-i Suriya türkmanı, digər 1-i isə ermənidir.[9]
Əhali
redaktə2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 14.825 nəfərdir.[10]
Müxtəlif mənbələrə görə, Təl-Əbyəz şəhərinin əhalisinin əksəriyyətini ərəblər təşkil edir.[11] Əlavə olaraq, şəhərdə kürd,[12] Suriya türkmanı[13] və erməni[14][15] azlıqları da yaşayır.
Almaniyada əsaslanmış "Kurdwatch" internet portalının verdiyi məlumata görə, Təl-Əbyəz əhalisinin əksəriyyətini ərəblər təşkil edir. Onların verdiyi məlumata görə, ərazi əhalisinin 15%-i Suriya türkmanı, 10%-i kürd, qalan hissəsi isə ərəblərdən təşkil olunmuşdur.[9] Digər mənbələrə görə, Təl-Əbyəz əhalisinin kürd qismi ümumi əhalinin 30%[16] ilə 55%[12][17] arası olduğunu qeyd edir.
Türkiyənin Şanlıurfa ilinin hesablamalarına görə, Təl-Əbyəz əhalisinin 98%-i ərəb və Suriya türkmanlarından təşkil olunmuşdur.[13] Əlavə olaraq, şəhər mərkəzində çoxlu Suriya türkmanı olan ailələr yaşayır.[5]
İstinadlar
redaktə- ↑ "İŞİD nəzarət etdiyi ərazilərin 14 faizini itirib". azerbaijan-news.az (az.). "Azərbaycan". December 22, 2012. September 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2021.
- ↑ "Ərdoğan: Türkiyə Suriyada yeni antiterror əməliyyatlarına hazırdır". trend.az (az.). Trend News Agency. March 24, 2018. March 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ "Türkiyə ordusu Suriyanın şimalındakı Tell-Abyad şəhərinə daxil olub" (az.). October 10, 2019. Archived from the original on October 16, 2019. İstifadə tarixi: October 16, 2019.
- ↑ "Tel Abyad qәsәbәsi nәzarәt altına alınıb". trt.net.tr (az.). TRT Azərbaycan. October 14, 2019. October 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ 1 2 "Suriye'de Değişimin Ortaya Çıkardığı Toplum: Suriye Türkmenleri" (PDF). ORSAM – Ortadoğu Türkmenleri Programı Rapor (türk). Ankara (№ 83): 20. November 2011. Archived from the original on 2015-10-05. İstifadə tarixi: 2019-10-16.
- ↑ Master. "YPG and rebels take full control on Tal Abiad city". syriahr.com (ingilis). Syrian Observatory For Human Rights. October 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ "Turkish army liberates Tel Abyad's Suluk village from terrorists". dailysabah.com (ingilis). Daily Sabah. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ Lipinski, Edward. The Aramaeans: Their Ancient History, Culture, Religion (ingilis). Peeters Publishers. 2000. 122–. ISBN 978-90-429-0859-8. 2019-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
- ↑ 1 2 "Ethnic cleansing in Tall Abyad?" (PDF). kurdwatch.org (ingilis). Kurdwatch. January 2016. October 17, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 16, 2019.
- ↑ "General Census of Population and Housing 2004: Tell Abyad nahiyah". cbssyr.sy (ərəb). Suriya Mərkəzi Statistika Bürösu. October 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.[ölü keçid]
- ↑ "Arab Tribes Split Between Kurds And Jihadists". carnegieendowment.org (ingilis). Carnegie Endowment for International Peace. 2015. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ 1 2 "Kurds eye new corridor to Mediterranean". al-monitor.com (ingilis). Al-Monitor. December 12, 2018 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "US Expresses Concerns About PYD Human Rights". basnews.com (ingilis). BasNews. August 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ "Armenian church in Syria's Tell Abyad town turned into prison". panarmenian.net (ingilis). Pan Armenian. July 7, 2015. October 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ "Surviving Aleppo: An Interview with Nerses Sarkissian". armenianweekly.com (ingilis). Armenian Weekly. December 29, 2015. November 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ "YPG's greatest challenge: Kurdish-Arab relations in Syria". middleeasteye.net (ingilis). Middle East Eye. November 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.
- ↑ "Violation Documentation Centre – 2013" (PDF). vdc-sy.info (ingilis). Violation Documentation Center in Syria. July 1, 2013. January 19, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 16, 2019.
Xarici keçidlər
redaktə- Vikianbarda Təl-Əbyəz ilə əlaqəli mediafayllar var.