Tekdam Kelbecer - Wikipedia
Təkdam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Təkdam kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ilin noyabr ayında üçtərəfli razılaşmaya görə işğaldan azad olunub.
Təkdam | |
---|---|
40°05′25″ şm. e. 45°59′56″ ş. u.HGYO | |
Ölkə | |
Toponimikası
redaktəYaşayış məntəqəsini qonşu Keşdək kəndindən köçüb gəlmiş ailələr qədim dövrdə daşdan tikilmiş, indi də yaxşı saxlanmış kiçik bir binanın (yerli əhali bu binaya dam deyir) ətrafında saldığına görə belə adlandırılmışdır.[2] Kənd ərazisində tək bir ev, tikili olan ərazidə salındığına görə belə adlanır. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilir.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd dağətəyi ərazidə yerləşir.
Yaylaqları
redaktəƏyir yaylaqları, Keçəltəpə yurdu.
Bulaqları
redaktəÇınqıllı bulaq, Sarı bulaq, Turşlu bulaq, Axac bulağı, Gözəllər bulağı.
Məşhur yerləri
redaktəYamacpay, Şişdağ, Həsənin yalı, Xallar, Arxac biçənəyi, Cəmilin yalı, İldırımvuran yarğan, Kartof yerləri, Böyükpay, Dongüney, Səngər qayaları, Pəhləvan Nəbibiçən, Turşlubulaq biçənəyi, Yal mərəyi, Acıarmud, Xırman daşları, Cərgəqayalar, Topdaş.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-11.
- ↑ Təkdam (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |