Tebrizin Muhasiresi 1391 - Wikipedia
Təbrizin mühasirəsi — 1391-ci ildə Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermiş mühasirə.
Təbrizin mühasirəsi | |||
---|---|---|---|
Tarix | 1391 | ||
Yeri | Təbriz | ||
Nəticəsi | Qaraqoyunluların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Arxa plan
redaktəTəbrizi fəth edən Qara Məhəmmədin çəkilməsi və Pir Həsən tərəfindən öldürülməsindən sonra qarışıqlıq baş verdi.Təbrizdəki qarmaqarışıqlıq o yerə çatmışdı ki, Təbriz şəhəri bir neçə gündən bir hansısa Cəlair əmiri Təbriz şəhərini ələ keçirirdi.[1] Bu əmirlərdən Şeyx əli Məhəmməd ərəb və Məhəmməd xəlil Cahanşahi birləşərək Qara Məhəmmədin təyin etdiyi Qaraqoyunlu əmiri Qara Bistamı öldürdülər. Əmir Çəliyi isə ələ keçirdilər. Daha sonra isə Əlincə qalası hakimi Cövhər Xocanı çağırdılar. Cövhər Xoca şəhərə gələrək Əmir Çəliyi mənimsədi və Məlik İzədddini şəhərə buraxaraq Əlincə qalasına getdi.[2] Cövhər Xoca əmirlərindən Altuna Çobanlı oymağını talan etməyini əmr etdi. Ancaq talan etdikdən sonra Xalxali əmiri Mahmud hərşeyə əl qoydu. Ancaq 1389-cu ildə Cəlayiri Əmiri Şah Əli Mahmud Xalxaliyi ələ keçirdi. Mahmudun Satılmış, Məlik Nizamüddin, Ömər Qəzvini adlı əmirləri şəhərdə qalmışdı.[3] Lakin 1391-ci ildə Cövhər Xocanın ölümünün ardından Əlincə qalasına hakim təyin edilən Altun, Sultan Əhməd Cəlayırin əmriylə Təbriz şəhərini ələ keçirməyə cəhd etsədə Təbriz yaxınlığında Mahmud Xalxali Altuna hücum etdi və məğlub etdi. 6 ay Təbrizdə qalan Mahmud Xalxali Xalxala geri döndü və buraya əmirlərini buraxdı.[4]
Təbrizin alınması
redaktəİş belə olduqda daxili çəkişmələri bitirərək hakimiyyətini sağlamlaşdıraraq iç istiqrarı sağlayan Qara Yusif ilk iş olaraq Təbriz şəhərini mühasirəyə aldı.Sultan Əhməd Cəlayırın bu olanlar qarşısındaki acizliyi Qara Yusifi dahada cəsarətləndirdi.[5] Qara Yusif qısa sürədə Təbriz şəhərinə girdi və ən mirlərindən Əmir Satılmış və Xəlili bir miqdar orduyla buraxaraq Aladağa getdi.[6]