Tebriz Tibb Elmleri Universiteti - Wikipedia
Təbriz Tibb Elmləri Universiteti (fars. دانشگاه علوم پزشکی تبریز) - İranın Şərqi Azərbaycan ostanının mərkəzi Təbriz şəhərində yerləşən dövlət tibb elmləri universiteti
Təbriz Tibb Elmləri Universiteti TTEU | |
---|---|
دانشگاه علوم پزشکی تبریز | |
38°03′32″ şm. e. 46°19′48″ ş. u.HGYO | |
Əsası qoyulub | 1947 |
Tip | Dövlət universiteti |
Prezident | Bahman Nağıpur |
Rektor | Məhəmməd Hüseyn Sami |
Tələbə sayı | 7492 |
Müəllim sayı | 864 |
Şəhər | Təbriz |
Ölkə | |
Sayt | tbzmed.ac.ir |
Vikianbarda əlaqəli mediafayllar |
5 mindən çox tələbəsi olan universitet ölkənin ən yaxşı tibb təhsili verən təhsil ocaqlarından biridir. Universitetdə 11 fakültə fəaliyyət göstərir. Universitetin rektoru Məhəmməd Hüseyn Samidir. İlk əvvəl 1947-ci ildə qurulan Təbriz Universitetinin fakültəsi kimi fəaliyyətə başlasa da, 1985-ci ildə ölkənin digər tibb fakültələri kimi müstəqil universitetə çevrilmişdir. Bundan başqa TTEU günümüzdə 10-dan çox tədris xəstəxanası ilə Şərqi Azərbaycan vilayəti və ətraf ərazilərə tibb xidməti göstərir.
2021-ci ilin mart ayında Təbriz Tibb Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib. Təbriz Tibb Elmləri Universitetinin Səhiyyənin İnkişafı və İnnovasiyalar Mərkəzinin rəhbəri professor Soodabeh Davaran çıxışında mərkəzin fəaliyyəti haqqında məlumat verib. İlk beynəlxalq vebinarın məhz Azərbaycan Tibb Universiteti ilə keçirilməsindən məmnunluq duyduğunu bildirən professor S.Davaran qeyd edib ki, İranda belə mərkəz ilk dəfə məhz Təbriz Tibb Elmləri Universitetində yaradılıb. Qurumun yaradılmasının əsas məqsədi səhiyyənin inkişafının təmin edilməsi naminə innovativ fikirləri cəlb etməkdir. Xanım S.Davaran gələcəkdə Azərbaycan Tibb Universitetində də belə bir mərkəzin yaradılması üçün əməkdaşlığa hazır olduqlarını da bildirib.[2][2]
Tarixi
redaktə1946-cı il iyunun 12-də Seyid Cəfər Pişəvəri öndərliyindəki Azərbaycan Milli Hökuməti Azərbaycan Universitetinin açılışını etdi. İlk zamanlar bu universitetdə tibb, əczaçılıq, kənd təsərrüfatı və ədəbiyyat fakültələri varidi.[3] Lakin çox keçmədən noyabr ayında hökumətin süqutu ilə universitet də bağlanıldı. 1947-ci il oktyabr ayının 30-da yenidən açılan universitetin rəsmi açılış tarixi də 1947-ci il olaraq təyin edildi. 1979-cu ildə İran İslam İnqilabından sonra universitetin adı dəyişdirilərək Təbriz Universiteti oldu. 1985-ci ildə İslam Şurası tərəfindən qəbul edilən qərarla ölkədəki bütün tibb fakültələri öz universitetlərindən ayrılaraq müstəqil universitetlərə çevrildi. Beləliklə Təbriz Universiteti Tibb fakültəsi isə Təbriz Tibb Elmləri Universiteti adını alaraq müstəqil oldu və Tibb və Tibb Təhsili nazirliyinə tabe edildi.[4] O dövrdə sadəcə Tibb və Əczaçılıq fakültələri olan universitetdı 1986-cı ildə Stomotoligya fakültəsi fəaliyyətə başladı. 1991-ci ildə yaradılan Sağlamlıq və Qidalanma fakültələri isə 2012-ci ildə iki ayrı fakültəyə bölündü. Qidalanma fakültəsi 2015-ci ildən Qidalanma və Qida elmləri adlandırıldı.[5] 1993-cü ildə Reabilitasiya fakültəsi yaradıldı. 1996-cı ildə Tibb bacısı və Mamalıq Fakültəsi,[2] 2013-cü ildə Biznes və Tibbi İnformatika Fakültəsi təhsil həyatına başlamışdır. 2008-ci ildə yaradılmış Ali Tibb Fakültəsi magistratura və doktorantura pilləsi üzrə təhsil verməyə başladı.[6]
Rektorları
redaktəTəbriz Universitetindən ayrıldıqdan sonra Təbriz Tibb Elmləri Universitetinin rektorları:
- Dr. Seyid Kazım Madayen, Uroloq
- Dr. Hüseyn Sadıği Şoja, Fizioloq
- Dr. Məsud Pezeşkian, Kardioloq
- Dr. Məhəmməd Nuri, biokimyaçı
- Dr. Əhməd Rza Jodati, Kardioloq
- Dr. Əhməd Əli Xəlili, Kardioloq
- Dr. Əlirza Yaqubi, Kardioloq
- Dr. Məhəmməd Hüseyn Somi, Qastroenteroloq
Fakültələr
redaktəTəbriz Tibb Elmləri Universiteti bakalavr, magistratura və aspirantura səviyyələri üzrə 10 fakültə fəaliyyət göstərir. Universitetin ən böyük fakültəsi Tibb elmləri fakültəsidir ki, onun daxilində Əsas Elmlər kafedraları ilə birlikdə xəstəxana və poliknikalar var. Əsas elmlər şöbəsinin daxilindəki kafedralar bunlardır: anatomiya , fiziologiya , biokimya və genetika , mikrobiologiya , immunologiya və parazitologiya , tibbi fizika və icma təbabəti. Kliniki şöbələr universitetə bağlı xəstəxanalarda yerləşir. Onlara daxildir: kardiologiya, nevrologiya , yoluxucu xəstəliklər , cərrahiyyə , ürək -torakal cərrahiyyə , uroloji cərrahiyyə , ortopedik cərrahiyyə , dermatologiya , otorinolarinqologiya, pediatriya, psixiatriya, ginekologiya və mamalıq , anesteziologiya və təcili tibbi yardım. Təbriz Əczaçılıq Fakültəsi ölkədə ikinci ən görkəmli əczaçılıq məktəbi kimi tanınır. Burada ümumi əczaçılıq ixtisası üzrə mütəxəssis hazırlanması ilə yanaşı farmakologiya və toksikologiya , farmakoqnoziya , əczaçılıq biotexnologiyası və əczaçılıq kimyası sahələrində də dərslər tədris olunur. TTEU-nin fakültələri aşağıdakılardır:
- Tibb fakültəsi
- Əczaçılıq fakültəsi
- Stomatologiya fakültəsi
- Sağlamlıq fakültəsi [5]
- Qidalanma fakültəsi [7]
- Pediatriya və mamalıq fakültəsi [8]
- Səhiyyənin idarə edilməsi və tibbi informatika fakültəsi
- Paramedikal fakültəsi [9]
- Reabilitasiya fakültəsi [10]
- Ali Tibb Elmləri fakültəsi [10]
- Ənənəvi tibb fakültəsi
- Marağa Pediatriya və mamalıq fakültəsi
- Sərab Tibb Elmləri fakültəsi
Birləşmiş xəstəxanalar
redaktəTəbriz Tibb Elmləri və Tibbi Xidmətlər Universitetində 10-dan çox xəstəxana fəaliyyət göstərir. İmam Xomeyni xəstəxanası 2007-ci ilə qədər universitetin əsas tədris xəstəxanası olub. Daha sonra İmam Rza xəstəxanası universitetin əsas klinik şöbələrini öz üzərinə götürdü və İmam Xomeyni adına xəstəxananın əksər şöbələri də yeni yaradılmış İmam Rza xəstəxanasına köçürüldü. Hazırda İmam Rza xəstəxanası universitetin əsas tədris xəstəxanasıdır və şəhərə o cümlədən bütün Şərqi Azərbaycan bölgəsinə xidmət edir. İmam Rza xəstəxanası universitetin əsas klinik şöbələrini, o cümlədən daxili xəstəliklər (kardiologiya və hematologiya / onkologiya istisna olmaqla), nevrologiya, yoluxucu xəstəliklər, cərrahiyyə, urologiya, neyrocərrahiyyə, otorinolarinqologiya, radiologiya və təcili tibbi yardım şöbələrini də öz üzərinə götürüb.
Şəhid Mədani Xəstəxanası TTEU-nun ürək mərkəzi kimi xidmət edir. Xəstəxana kardiologiya və ürək cərrahiyyə, ürək təcili yardım və koronar baxım şöbələrindən ibarətdir. Mədani Ürək Mərkəzi 1994-cü ildən əvvəl İmam Xomeyni xəstəxanasının bir hissəsi olsa da daha sonra müstəqil ürək cərrahiyyəsi müəssisəsinə çevrildi.
TTEU-na məxsus Bababağı Leprosarium İranın əsas cüzam mərkəzlərindən biridir. Bu mərkəz hələ İslam İnqilabından da əvvəl, yarandığı gündən cüzam xəstələrinə xidmət göstərir.
Təbriz Tibb Elmləri Universitetinə tabe olan xəstəxanalar:
- İmam Rza xəstəxanası
- Şəhid Mədani (İmam Xomeyni) xəstəxanası
- Uşaq Xəstəxanası (Koudakan Xəstəxanası)
- Sina xəstəxanası
- Razi xəstəxanası
- Əlzəhra xəstəxanası
- Şühəda xəstəxanası
- Bababağı xəstəxanası
- Taleğani xəstəxanası
- Nikoukari xəstəxanası
- Ələvi xəstəxanası
- Şəhid Qazi Tibb Mərkəzi
TTEU-nin tədqiqat mərkəzləri
redaktəTəbriz Tibb Elmləri Universiteti akademiklərin və tələbələrin tibbi tədqiqatlar apardığı 10-dan çox tədqiqat mərkəzinə rəhbərlik edir. Tətbiqi Dərman tədqiqatları və Vərəm və Ağciyər Elmi mərkəzləri istisna olmaqla digər mərkəzlər prorektorluq tərəfindən idarə olunur. Prorektorluq isə birbaşa Səhiyyə nazirliyinə tabedir. Tətbiqi Dərman Tədqiqatları mərkəzi ölkənin əsas biotibbi tədqiqat mərkəzlərindən biridir və hər il bu sahədə bir çox məqalələr dərc etdirir.
Tələbə Tədqiqat Komitəsi Prorektorluq Ofisi tərəfindən idarə olunan və tələbələrin tədqiqat layihələrini, seminarlarını və elmi səyahətlərini idarə edən başqa bir qurumdur.
TTEU-nin tədqiqat mərkəzləri:
- Nevrologiya Tədqiqat Mərkəzi (NSRC)
- İmmunologiya Tədqiqat Mərkəzi (IRC)
- Tətbiqi Dərman Tədqiqatları Mərkəzi (DARC)
- Vərəm və Ağciyər Tədqiqatları Mərkəzi
- Əczaçılıq Nanotexnologiyaları Tədqiqat Mərkəzi (RCPN)
- Qaraciyər və Mədə-bağırsaq Xəstəlikləri Elmi Mərkəzi
- Qidalanma Tədqiqat Mərkəzi
- Ürək-damar Xəstəlikləri Araşdırma Mərkəzi
- Yoluxucu Xəstəliklər və Tropik Təbabət üzrə Tədqiqat Mərkəzi
- Əlzəhra Ginekologiya və Doğum Xəstəxanasının Klinik Tədqiqat Mərkəzi
- Biotexnologiya Tədqiqat Mərkəzi
- Hematologiya və Onkologiya Elmi-Tədqiqat Mərkəzi
- Milli İctimai Səhiyyə İdarəetmə Mərkəzi (NPMC)
- Əczaçılıq Texnologiyası İnkubator Mərkəzi
- Tələbə Tədqiqat Komitəsi
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ 1 2 3 AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ. "Cəmiyyət/ Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri Universiteti arasında yeni əməkdaşlığa dair yeni sənəd hazırlanıb". azertag.az (az.). 17 mart 2021.
- ↑ Abul H. K., 1962. səh. 18
- ↑ "History" (ingilis). TTEU. 24 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
- ↑ 1 2 TTEU Sağlamlıq fakültəsi. "History" (ingilis). 25 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
- ↑ "About Us" (ingilis). 2020-08-08 tarixində arxivləşdirilib.
- ↑ TTEU Qidalanma fakültəsi. "About Us" (ingilis). 29 setnyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
- ↑ TTEU Pediatriya və mamalıq fakültəsi. "History of Faculty" (ingilis).[ölü keçid]
- ↑ TTEU Paramedikal fakültəsi. "About Us" (ingilis). 8 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.
- ↑ 1 2 TTEU Ali Tibb Elmləri fakültəsi. "Faculty of Advanced Biomedical Sciences". adv-fac-en.tbzmed.ac.ir (ingilis). 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2020.