Tirniauz - Wikipedia
Tırnıauz (kab.-çərk. Тырныауз[2], qaraç.-balk. Тырныаууз[3]) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir.
Tırnıauz | |
---|---|
Тырныауз Тырныаууз | |
43°24′ şm. e. 42°55′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1934 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.307 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86638 |
Poçt indeksi | 361621–361624 |
Digər | |
admtyrnyauz.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəŞəhər respublikanın cənub-qərb hissəsində, Baksan çayının hər iki sahilində, Nalçik şəhərindən 90 km cənub-qərbdə və Elbrus dağından 40 km şimal-şərqdə yerləşir. Tırnıauz yolu Baksan çayı vadisi boyunca Baksan-Elbrus magistralı ilə Elbrus dağının ətəyinə gedir.
Şəhərin sahəsi - 61.80 km². Aşağıdakı şayış məntəqələri ilə həmsərhəddir: şimalda Bılım və cənubda Yuxarı Baksan.
Tarix
redaktəŞəhər 1934-cü ildə Tırnıauz volfram-molibden yatağının kəşf edildiyi ərazidə Qirxojan kəndi kimi qurulmuşdur[4]..
1937-ci ildə Baksan dərəsində ilk zavodların inşasına başlanılmışdır. Elə həmin il Qirxojan kəndi Aşağı Baksan adını alır və fəhlə qəsəbəsinə çevrilir.
1955-ci ildə Aşağı Baksan qəsəbəsi şəhər statusunu alır və Tırnıauz adlandırılır. 1963-cü ildə Tırnauz respublika tabeliyində olan bir şəhər statusu alır.
1994-cü ildə Tırnıauz regional tabeçiliyə verilir və yeni təşkil olunan Elbrus rayonunun inzibati mərkəzinə çevrilir.
SSRİ-nin dağılması və Tırnıauz molibden zavodunun bağlanması ilə sakinlərin sayı sürətlə azalmağa başladı. 1989-cu ildən 2002-ci ilədək siyahıyaalmalar zamanı şəhər əhalisinin üçdə birini itirdiyini göstərir. Şəhər əhalisinin sürətlə azalmasına 2000-ci ildə baş verən bir sıra selhadisələridə böyük təsir göstərmişdir.
Hal-hazırda şəhər əhalisi yavaş-yavaş azalmaqda davam edir. Şəhərin əvvəlki gücünü özünə qaytarmaqdan ötrü volfram-molibden zavodunun bərpası planlaşdırılır. Soldatskaya stansiyasından 95 km uzunluğunda dəmir yolu xəttinin inşası planı vardır.
Əhali
redaktə- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 658-ci yerdədir. Əhalisinin sıxlığı — 331.93 nəf./km².
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
balkarlar | 10 941 | 52,1 % |
ruslar | 4 863 | 23,2 % |
kabardinlər | 3 175 | 15,1 % |
tatarlar | 333 | 1,6 % |
ləzgilər | 212 | 1,0 % |
ukraynalılar | 212 | 1,0 % |
digərləri | 1 264 | 6,0 % |
ümumi | 21 000 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş. | Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
0 — 14 yaş | 3 785 | 18,0 % |
15 — 59 yaş | 14 465 | 68,9 % |
60 yaşdan yuxarı | 2 750 | 13,1 % |
ümumi | 21000 | 100 % |
Kişilər — 9 374 nəf. (44,6 %). Qadınlar — 11 626 nəf. (55,4 %).
Əhalinin orta yaşı — 36,1 yaş.
Təhsil
redaktə- «Xüsusi Uşaq» Reabilitasiya Mərkəzi - Eneeva k., 11
- 1 nömrəli uşaq bağçası - Eneeva k., 12
- 4 nömrəli uşaq bağçası - Elbrus prospekti., 24
- 6 nömrəli uşaq bağçası - Elbrus prospekti., 80
- 10 nömrəli uşaq bağçası - Michurina k., 1
- 5 nömrəli gimnaziya - Baksanskaya k., 15
- 1 nömrəli lisey - Eneeva k., 27
- 2 nömrəli orta məktəb - Mir k., 11
- 3 nömrəli orta məktəb - Elbrus prospekti., 23
- 6 nömrəli orta məktəb - Zavodskaya k., 1
Səhiyyə
redaktə- Rayon xəstəxanası
- Rayon poliklinikası
- Rayon stomatoloji klinikası
Din
redaktəİslam
- Mərkəzi şəhər məscidi
Pravoslavlıq
- Müqəddəs Qeorqe Pobedonos məbədi
Mənbə
redaktə- Тырныауз. Фоторепортаж Arxivləşdirilib 2019-10-22 at the Wayback Machine
- Администрация городского поселения Тырныауз Arxivləşdirilib 2014-10-18 at the Wayback Machine
- Совет местного самоуправления городского поселения Тырныауз Arxivləşdirilib 2019-10-22 at the Wayback Machine
- Сайт жителей Тырныауза и Эльбрусского района
- Коды ОКАТО — Тырныауз
- Код ОКТМО
İstinadlar
redaktə- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ Кабардинско-русский словарь. 20 000 слов / Под ред. Б. М. Карданова. М.: Государственное издательство иностранных и национальных словарей, 1957. С. 487.
- ↑ Суюнчев Х. И., Урусбиев И. Х. Русско-карачаево-балкарский словарь. Около 35 000 слов. М.: «Советская Энциклопедия», 1965. С. 744.
- ↑ "Тырныауз. Общие сведения". 2014-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.