Tin Kilsesi - Wikipedia
Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám, ) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır.
Tın kilsəsi | |
---|---|
Kostel Matky Boží před Týnem | |
50°05′15″ şm. e. 14°25′21″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Stare Mesto |
Aidiyyatı | Roma-Katolik kilsəsinin Praqa arxiyeparxiyası |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Qotika |
Hündürlüyü | 80 m |
Qüllələri | 2 |
Material | Opokalar |
Rəsmi sayt | tyn.cz |
İstinad nöm. | 1-28 |
Kateqoriya | Kilsə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəKeçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür.
Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Daha sonralar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı.
Kafedralın əsasında roman və erkən qotika fundamenti yerləşir. XIII əsrdə əvvəlki roman üslublu kiçik kilsənin yerində yeni qotika üslubunda kilsə inşa etdirilir. Layihənin müəllifliyi Arrasslı Matyöyə və daha gənc və istedalı Peter Parlerjə aid edilir. Parlejin üslubu əsas nefin krujevalı aynalarında və qərb fasadında aydın görünür. Qotika memarlıq üslubu daha sonrakı element və bəzəklərlə mükəmməl harmoniya təşkil edir. İnteryerlərin əhəmiyyətli hissəsi barokko üslubunda bəzədilmişdi[1]. Barokko üslubunda altar 1649-cu ildə rəssam Karel Şkreta tərəfindən hazırlanmışdı. Məbədin tikintisinin final mərhələsi Köhnə Şəhər ratuşasında kral titulunu alan Podebradlı Georginin hakimiyyəti illərinə düşür. Kilsənin şimal qülləsi və əsas nefin frontonu tamamlanır, Husit kralının şərəfinə abidə ucaldılır. Sonralar (1626-cı ildə) bu abidə K.Bextlerin layihəsi ilə hazırlanmış müqəddəs Məryəm ananın barok üslubunda heykəli ilə əvəz olunur.
1511-ci ildə kilsənin cənub qülləsi inşa olunmuşdu. Əvvəllər qüllənin hündürlüyü 80 metr təşkil edirdi, lakin 1679-cu ildə baş vermiş yanğından sonra mərkəzi nef xeyli aşağı oldu. Keçmişdə kilsəni qurmuş ustaların bacarığı hətta bizim günlərdə belə insanları heyran edir. Lakin əvvəl işçilərin şəraiti daha narahat idi: bina hər tərəfdən müvəqqəti platformalarla əhatə olunmuşdu ki, onlar da binanın xaricində də daxilindəki kimi rahat işləməyə imkan verirdi. Həmçinin diqqətlə baxdıqda kilsə qüllələrinin eni müxtəlifdir (eyni şeyi müqəddəs Georgi bazilikasında da görmək olar).
Hazırda Müqəddəs Məryəm ana kostyolu qüllələri qərb fasadında yerləşən üç nefli bazilikadır. Kilsənin ümumi uzunluğu 52 metr, eni 28 metr, orta və künc neflərin hündürlüyü isə müvafiq olaraq 44 və 24 metr təşkil edir. Kafedralda böyük astronom alim Tixo Brahe dəfn olunmuşdu.
Kilsə damının yaranma tarixi
redaktəKilsənin damı olduqca netrivialdır. Çexiyada qarışıqlıq başlayan zaman Strdibralı Yakoubkanın başçılığı altında Hus davamçıları Tın kilsəsini ələ keçirə bilirlər. Bu səbəbdən də, məbəd daha sonralar "çaşniklərin" (papaqçıların) əsas kilsəsinə çevrilmişdi. Husitlər kilsə üçün yeni kahin seçirlər (1427-ci ildə). Bu postu arxiyepiskop Yan Rokitsian əldə edir. Husitlərlə gedən uzun müharibə bitdikdən sonra, sonuncu üsyançılar - Yan Roqaç və onun daha 50 həmkarını edam etmək tələb olunurdu. Ziqmundun əmri ilə kilsə damının tikintisi üçün yığılmış taxtadan Köhnə Şəhər meydanında dar ağacları hazırlanışdı. 20 ildən sonra həmin taxta materiallar yenidən aşkar edilir və o zaman hakimiyyətdə olan Çexiyalı kral Ladislav Poqrebekin fransız şahzadəsi Maqdalena ilə toyun qeyd edilməsi şərəfinə taxtların tribun üçün platforma olaraq xidmət göstərəcəyi təyin olunmuşdu. Lakin kralın ölümü səbəbindən təntənəli toy mərasimi insanların xülyasında elə arzu olaraq qalır. Və beləliklə, taxta materiallar nəhayət ki, uzun bir səyahəti başa vuraraq özünün təyin olunduğu yerə - yəni kilsənin tavanına geri qayıdır.
-
Tın kilsəsinin qotik fasadında müqəddəs Məryəm ananın təsvir olunmuş barokko relyefi.
-
Kilsənin zəng gülləsi
-
Kilsənin əsas giriş hissəsi
Memarlıq
redaktəKilsənin memrlıq üslubu birmənalı deyil. Burada intibah, qotika və erkən barokko elementləri vardır. Plastika baxımından kilsənin XIV əsrin sonuna aid edilən Parlerj sənətinin bariz nümunəsi sayılan şimal portalı diqqəti cəlb edir. Burada İsa Məsihin həyat səhnələrini görmək olar (timpanın orijinalı Milli Qalereyada saxlanılır).
Kilsənin daxilində bir sıra detalları görmək olar:
- Praqanın ən qədim kupeli (1414-cü il)
- Taclı konsollar ilə bəzədilmiş qotik üslublu iki skamya
- Qədim daşlı kafedra (XV əsr)
- F.Çermakın 14 dənə kətan üzərində yağlı boyalarla çəkilmiş böyük rəsmləri
- 1420-ci ilə aid Müqəddəs Məryəm ananın körpə ilə heykəli. Heykəl neoqotika üslublu künc nefin altarında yerləşir.
-
Tın kilsəsinin interyerini Praqanın ən qədim ərğənunu bəzəyir.
-
Kilsənin daxili başqa kilsələrə nisbətən daha sadə və monumental görünüşə malikdir.
-
Tanınmış astronom Tixo Brahenin qəbri məhz Tın kilsəsində yerləşir.
2000-ci ildə kilsədə baş vermiş bərpa işləri zamanı işçilər gözlənilmədən çox dəyərli, XIV əsrə aid qotik fresk aşkar edirlər. Fresk üzərində Müqəddəs İyeronim şir ilə təsvir olunmuşdu.
Həmçinin Tın kilsəsində yerləşən və Praqanın ən qədim ərğənunu (orqanı) diqqəti cəlb edir. Orqan usta Mundt tərəfindən 1673-cü ildə hzırlanmışdı, daha sonralar o Bonnda restavrasiya edilmiş və 2000-ci ildə yenidən kilsəyə qaytarılmışdı.
Maraqlı faktlar
redaktə- Kilsədə bir vaxtlar quraşdırılmış və Reformasiyanın rəmzi sayılan qızıl kasa ilə əlqədar çox maraqlı əfsanə mövcuddur. Qızıl kasa deyilənlərə görə o zamanlar bir leylək ailəsi tərəfindən sevilmişdi. Onlar kasa üzərində özlərinə yuva qururlar. Bütün leyləklər kimi, onlar da öz balalarını yedizdirmək üçün çoxlu qurbağalar gətirirdi. Lakin bu qurbağalar vaxtaşırı leyləyin dimdiyindən yerə düşür. Günlərin birində, qurbağalardan biri təsadüfən mühüm şəxsin başına düşür və ətrafdakılar onu lağ edirlər. Bu hadisədən sonra leyləyin yuvasını yaxınlıqda yerləşən başqa evə köçürürlər, qızıl kasanı isə yığışdırırlar.
- Kilsədəki bir sıra məzar daşları zədələnib və bu təsadüfi deyil: keçmişdə hesab olunurdu ki, ayağını məzar daşına bərk vurmaq diş ağrısından qurtulmağın ən düzgün yoludur və yerli sakinlər bu üsuldan həvəslə və səylə məşğul olurdular.
İstinadlar
redaktə- ↑ Артем Мишин. "Тынский храм" (Храм Девы Марии перед Тыном). 2012-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-29.
Xarici keçidlər
redaktəКаймаков, Антон. "Тынский собор". Радио Прага. 29.01.2005. 2012-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-31.
Голикова, Елена. "Храм Девы Марии перед Тыном". 05.02.2012. 2012-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-05.