Tuntul - Wikipedia
Tüntül — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Tüntül | |
---|---|
40°55′08″ şm. e. 47°52′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 595 m |
Saat qurşağı | |
Toponimikası
redaktəOykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir.[1]
Tarixi
redaktəTarixi abidələri
redaktəKənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Dəmiraparançayın sahilində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır.
Kənddə mülayim iqlim hakimdir.
Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.[2]
Tanınmış şəxsləri
redaktə- Muxlis Əhməd oğlu Hacıyev — elmlər doktoru, professor.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, taxılçılıq və heyvandarlıq təşkil edir.
Kənddə içməli su üçün iki artezian quyusu qazılıb.[3]
Mədəniyyəti
redaktəKənddə mədəniyyət evi və 256 nömrəlik elektron ATS mövcuddur.
Təhsil
redaktəKənddə 1 uşaq bağçası və Muşviq Murtuzov adına 240 şagird yerlik orta məktəb fəaliyyət göstərir.
Din
redaktəKənddə 1 məscid mövcuddur.
İstinadlar
redaktə- ↑ Tüntül // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 251. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.
Həmçinin bax
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |