Tovledere - Wikipedia
Tövlədərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zivel kənd Sovetindən Tövlədərə kəndi Çıraq kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.
Tövlədərə | |
---|---|
Ölkə |
Toponimikası
redaktəYaşayış məntəqəsi əvvəllər qonşu Çiraq kəndinin binə yerində salınmişdir. Kəndin yerləşdiyi dərədə mal-qara tövləsi olduğu üçün dərə Tövlədərə adlanmışdır. Sonralar bu ad kəndə də verilmişdir. Oykonim "tövləsi olan dərədə yerləşən kənd" mənasındadır.[2]
Bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sakinləri tövlə tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonralar həmin yerdə yaşayış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyublar. Kəndin bünövrəsini Məmmədalı adlı bir şəxs qoymuşdur. O, kənd camaatının ulu babası sayılır.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd dağlıq ərazidə yerləşir.
Yaylaqları
redaktəKənddə Gamış yurdu, Boyun yurd, Balahasar yurdu, Hasarlı yurd, Bulaqların yurdu, Çalpapaq yurd, Malölən yurd, Gölyurd, Çatım yurd, Ellazın çüxurunun yurdu, Vəlinin çüxurunun yurdu, Şana yurdu, Taxta yurd, Əyri yurd.
Bulaqları
redaktəNovlu bulaq, Yarpızlı bulaq, Hasarlı bulağı, Sarı bulaq, Quru bulaq, Lilpər bulağı, Kərimin bulağı.
Məşhur yerləri
redaktəGüney, Çalpapaq, Məmmədalının yalı, Qayabaşı, Çəvlik, Qayalar, Dəlidağ, Kahalar, Tovləağzı, Manafuçan, Xaç, Baqqalın dərəsi, Təkədərəsi, Hümbətin xırmanı, Qobunun yalı, Şahverdibiçən yal, Sarımsaqlı qaya, İmanın qayası, Attutulan qaya, Oyux yeri, Xırman yerləri, Dovşan yalı, Təkəqayası, Qayabaşının kahaları, Ağnovlar, İsabiçən, Tövlədərə çayı.[3]
= Binələri və qışlaqları
redaktəYuxarı binə.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ Tövlədərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |