Svetlana Necefova - Wikipedia
Svetlana Hacı qızı Nəcəfova (8 iyul 1938, İrəvan – 16 may 2021, Bakı) — publisist, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), əməkdar jurnalist (1988)[1]
Svetlana Nəcəfova | |
---|---|
Svetlana Hacı qızı Nəcəfova | |
Doğum tarixi | 8 iyul 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 16 may 2021 (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Ramiz Əliyarov |
Uşaqları | Fəridə Səfiyeva; Nərgiz Əliyarova |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktə1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alır. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə "Pioner" jurnalı redaksiyasında texniki redaktor kimi başlamış S. Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində çalışıb. 1973–1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasındaşöbə redaktoru, 1977–1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996–2003-cü illər "Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olmuşdur. Hazırda təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak etmişdir. Ramiz Əliyarov ilə aillə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir. 16.05.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2]
Fəaliyyəti
redaktəUniversal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilmişdir. İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibidir. ABŞ-nin "kim kimdir?" nəşrinin 2008-ci il nominatlarının siyahısına bioqrafiyası daxil edilib. Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerq və hekayələri dövri mətbuatda dərc olunmuşdur.
Kitabları
redaktə- "Qırmızı qalstuklar klubu" (1966);
- "Ömrə sevinc gətirənlər" (1984);
- "Hər ömür nəğmədir" (1988);
- "Biz beynəlmiləlçilərik" (1988);
- "Onun taleyi" (1990);
- "Azərbaycanın qeyri-hökumət qadın təşkilatları" (2002).[3]
Mükafatları
redaktəƏdəbi publisistik fəaliyyəti yüksək qiymətləndirilmiş S. Nəcəfova 1971-ci ildə "Əməkdə fərqlənməyə görə" medalına, 1974-cü ildə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin Fəxri Fərmanına, "Qızıl Qələm", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Vətən", "Humay", "Dan ulduzu", "Araz" ali mediya və s. mükafatlarına layiq görülmüşdür.
Xarici keçidlər
redaktəMənbə
redaktə- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
İstinadlar
redaktə- ↑ "Azərbaycanın maarifçi qadınları". 2019-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
- ↑ Tanınmış jurnalist Svetlana Nəcəfova vəfat edib
- ↑ "Azərbaycan qadınlarının qeyri-hökumət təşkilatları". 2019-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.