Sust Yasayis Yeri - Wikipedia
Sust_yaşayış_yeri - Haqqında Məlumat
Bu məqalə Naxçıvan MR-nın Sust yaşayış yeri haqqındadır. Digər mənalar üçün Sust səhifəsinə baxın. |
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçmiş eyniadlı kəndinin şimal-qərbində orta əsrlərə aid yaşayış yeri.[1]
Tarixi
redaktə1979-cu ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən tədqiq edilmişdir. Sahəsi təqribən 6 ha-dır. Mədəni təbəqənin qalınlığı 2 m-dən çoxdur. Təbəqə kül qarışıq torpaq laylarından ibarət olub, əsasən, çiy kərpic (bişmiş kərpicə də təsadüf edilmişdir), qalıqları, şirli və şirsiz gil qab məmulatı ilə zəngindir. Şüşə məmulatı fraqmentlərinə də rast gəlinmişdir. Sust yaşayış yerinin XV-XVII əsrlərə aid olduğu ehtimal edilir. Sust yaxınlığında "Qaş" adlı yerdə çox güman ki, IX-XVII əsrlərə aid duzdağ mədəni qeydə alınmışdır. Yaşayış yeri hazırda duz karxanası tərəfindən dağıdılmışdır.
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 281. ISBN 5-8066-1468-9.