Susamurlari - Wikipedia
Susamurları (lat. Lutrinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Altfəsiləyə ümumilikdə 13 növ aiddir.
Susamurları | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Susamurları |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Təsviri
redaktəSusamurları bir qayda olaraq uzun bədənlərə, yumru başa sahib olurlar. Barmaqları arasında pərdə vardır. Quyruqları uzun və güclüdür. Bura daxil olan bəzi növlərin fərdləri 1 metrdən çox uzunluğa və 45 kq çəkiyə sahib olur (Braziliya susamuru, dəniz susamuru). Onların xəzi bir qayda olaraq boz-qəhvəyi rəngdə olur. 1 mm² dəriyə 1000 tük düşür İki tip tükə sahib olurlar. Qulaqları olduqca kiçik olur.
Yayılması
redaktəSusamurları Antarktida, Avstraliya və tənha uzaq adalar intisna olmaqla dünyanın hər yerinmdə rastlanılırlar. Suya alışmışlar. Bəzi fərdləri sahil ərazilərində yayılmışdır. Bir qayda olaraq sudan 500 arallanmırlar. Bəzi növlər sahildəki qayalıqlarin üzərinə belə alışa bilirlər. Ailələrin sayı bir necə olan bilən saxlanc yerlərinə sahil ola bilirlər.
Susamurları adətən öz ərazilərində yaşadıqları əraziləri bölüşdürürlər. Erkəklərin ərazisi dişilərinkindən daha böyükdür. Eyni cinsin nümayəndələri bölgədən çıxarılırlar.
Təsnifat
redaktə- Üst cins Lutrini dörd cinsdən ibarətdir:
- Susamuru (Lutra)
- Adi susamuru (Lutra lutra)
- Ağboğaz susamuru (Hydrictis maculicollis)
- Sumatra susamuru (Lutra sumatrana)
- Hindistan susamuru (Lutrogale)
- Adi Hindistan susamuru (Lutrogale perspicillata)
- Amerika susamuru (Lontra) cinsə Şimali Amerikada yayılmış dörd növ daxildir.
- Braziliya susamuru (Pteronura) Cənubi Amerikada yayılmış növ.
- Adi Braziliya susamuru (Pteronura brasiliensis)
- Susamuru (Lutra)
- altcins Aonychini
- Dırnaqsız susamuru (Aonyx)
- Asiya dırnaqsız susamuru (Aonyx cinerea)
- Kap dırnaqsız susamuru (Aonyx capensis)
- Dırnaqsız susamuru (Aonyx)
- altcins Enhydrini
- Dənizsamuru (Enhydra lutris), hamıdan yaxşı olaraq dəniz mühitinə uyğunlaşmışdır.
Təhlükələr
redaktəBura daxil olan canlılar üçün əsas təhlükələr: yaşayıçş mühitinin korlanması, suyun kirlənməsi, qida azlığı və ovun çətinliyi. Onların ovuna qoyulan qadağaya baxmayaraq insanlar hələ də onları ovlayır. Hazırda bir çox ölkələrdə onalrın arealının bərpası istiqamətində tədbirlər görülsə də, yuxarıda sadalanan təhlükələr hələ də aktuallığını qoruyur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2006.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0