Sumqayit Dovlet Universiteti - Wikipedia
Sumqayıt Dövlət Universiteti və ya qısaca SDU — Azərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Sumqayıt Dövlət Universiteti SDU | |
---|---|
Əvvəlki adları |
Azərbaycan Neft və Kimya İnstitutunun filialı (1962–1975) Ali Texniki Təhsil Məktəbi (1975–1992) Azərbaycan Sənaye İnstitutu (1992–2000) |
Əsası qoyulub | 1962 |
Tip | Ali məktəb |
Rektor | Rüfət Əzizov |
Tələbə sayı | 8000 |
Şəhər | Sumqayıt |
Ölkə | |
Sayt | sdu.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUniversitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır.
AMİ Sumqayıt filialı
redaktəAzərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır.
Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır.
Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[1] Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.[2]
Fakültələri
redaktəUniversitetdə 7 fakültə mövcuddur:
- İqtisadiyyat və idarəetmə;
- Fizika və elektroenergetika;
- Tarix və coğrafiya;
- Filologiya;
- Mühəndislik;
- Riyaziyyat;
- Kimya və biologiya.
Maddi-texniki bazası
redaktəSDU-nun 3 tədris korpusu, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, idman kompleksi və yeməkxanası vardır.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının təhsil nazirinin sərəncamına əsasən bundan sonra bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.
Tələbə yataqxanası
redaktəSumqayıt Dövlət Universitetinin arxasında – şəhərin 44-cü məhəlləsindəki Ağa Quliyev küçəsində universitetin tələbə yataqxanası yerləşir. Amma Qarabağ müharibəsi səbəbindən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşdığı üçün tələbə yaşamır.
Xatirə bağçası
redaktə2011-ci ildə — 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində universitetdə Xatirə Bağçasının açılışı olmuşdur. Şəhərdəki bu yeganə ali məktəbin yenidən abadlaşdırılmış həyətində universitetin tələbələri olmuş beş şəhidin (Mehdi Mehdiyev, Fuad Əhmədov, Namiq Hüseynov, Həmzə Adıyev və İbrahim Tağıyevin) şərəfinə Xatirə Parkı salınmış, parkda abidə qoyulmuşdur.
Təşkilatlar
redaktəTələbə təşkilatları
redaktə- Tələbə gənclər təşkilatı;
- Tələbə həmkarlar ittifaqı;
- Tələbə elmi cəmiyyəti.
Digər təşkilatlar
redaktə2014-cü il noyabrın 12-də Sumqayıt şəhər Veteranlar Şurasının müraciətinə əsasən SDU-da Veteranlar təşkilatının ilk özəyi yaradılmışdır.[3]
Rektor
redaktəSumqayıt Dövlət Universitetinin ilk rektoru 30 iyun 2000-ci ildən2013-cü ilin dekabrına qədər Nadir Fərrux oğlu Qəhrəmanov olmuşdur.
2013-cü ilin dekabr ayında SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq Elxan Bahadur oğlu Hüseynova həvalə edilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir[4]
O, Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilmişdir.[5]
R. E. Əzizov Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib.[6]
Beynəlxalq əlaqələri
redaktəQafqaz Universitetlər Birliyinin üzvüdür.[7]
Universitetin alimləri MDB ölkələrinin aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə, Fransanın Nitse, Sorbonna Universitetləri, Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Pakistanın Sidh və Mehran universitetləri və Ukrayna Milli Texniki Universiteti[8] ilə qarşılıqlı əməkdaşlıq edirlər.
“Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində UNEC ilə tərəfdaşdır.[9]
İstinadlar
redaktə- ↑ "Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı. 24.07.2015, president.az (az.)
- ↑ Müəllimlər İnstitutunun ləğv olunan filialı Sumqayıt Dövlət Universitetinə birləşdirildi Arxivləşdirilib 2018-07-12 at the Wayback Machine. apa.tv (az.)
- ↑ SDU-da Veteranlar Təşkilatı yaradıldı. sdu.edu.az, 12.11.2014 (az.)
- ↑ "E. B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında" Arxivləşdirilib 2021-03-07 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli Sərəncamı. president.az (az.)
- ↑ E. B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ R. E. Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com
- ↑ SDU Ukrayna Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək. sdu.edu.az, 09.06.2015 (az.)
- ↑ ""REFRESH" layihəsi çərçivəsində yerli tərəfdaş universitetlər təlimlər keçirilib". news.unec.edu.az (az.). 2024-05-21. İstifadə tarixi: 2024-12-13.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- sdu.edu.az — Rəsmi saytı
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |