Sultan Qiyaseddin Balaban - Wikipedia
Sultan Qiyasəddin Balaban (1201 – 13 yanvar 1287[1], Dehli) —Dehli sultanı.
Sultan Qıyasəddin Balaban | |
---|---|
ərəb. غیاث الدین بلبن | |
Dehli sultanı[d] | |
18 fevral 1266 – 13 yanvar 1287 | |
Sonrakı | Sultan Müəzzəddin Keyqubad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1201 |
Vəfat tarixi | 13 yanvar 1287[1] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Ailəsi | Müəzzilər dövləti |
Dini | sünni islam |
Həyatı
redaktəSultan Raziyyə və əri öldürüldü. Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq, mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi. Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi. 1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə, Hindistan Türk dövlətində yenə türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu.
Balaban qüdrətli bir hökmdar idi. Monqol axınlarının qarşısını aldı. Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi. Ordunun komandanlığında daima türkləri saxlayır və "7-8 min türk atlısı 100 min hindli əsgərindən üstündür" deyirdi. Orduda daha çox Xələc türkləri yer tuturdu.