Suleyhiler - Wikipedia
Suleyhilər — Misirdə Fatimilər xilafətinə bağlı müsəlman xanədan (1047–1138). Yəməndə ismaililər məzhəbinin hökmran olmasına şərait yaratmışdır.
Tarixi dövlət | |
Suleyhilər | |
---|---|
|
Tarixi
redaktəAilənin Yəməndəki hökmranlığı, Fatimi dailərinin işbirliyinə dayanan Əli bin Məhəmmədlə (hökmdarlığı 1047-1067) başladı. Öncə dağlıq bölgəni ələ keçirən Əli bin Məhəmməd, daha sonra Tihamə sahil bölgəsində oturan Necahiləri, Sənadakı Zeydiləri (1063) və Ədəndəki Maaniləri (1064) yerlərindən etdi. Ayrıca Hicazdakı Musavi şəriflərin yerinə Haşimi şəriflərin keçmesinə şərait yaratdı (1063).
Əli əs-Suleyhinin ölümünün ardından yerinə oğlu əl-Məlikül-Mükərrəm Əhməd əs-Suleyhi keçti.[1] Amma əl-Mükərrəm Əhməd əs-Suleyhi dönəmində (1067-1084) Suleyhi torpaqları azalmağa başladı. Şimalda Necahilər yenidən güc-qüvvə qazandılar. Cənubda isə Ədən, İsmailiyyə məzhəbindən başqa bir xanədan olan Zurayilərə verildi. Əhməd hökmdarlığının son illərində feili hakimiyyəti böyük ölçüdə arvadı əs-Seyyidə Ərvaya buraxdı. Ervanın ölümündə (1138) sonra Yəmənin idarəsi Zurayiləre keçdi. Suleyhi məlikləri XII əsrin sonuna kimi Yəməndəki bəzi qalaları əllərində tutdular.
Hökmdarları
redaktə- Əli bin Məhəmməd əs-Suleyhi (1047—1067 və ya 1081)
- əl-Mükərrəm Əhməd əs-Suleyhi (1067 или 1081–1086)
- Ərva bint Əhməd (1086–1138)
İstinadlar
redaktə- ↑ Suleyhiler Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine, Diyanet Islam Ansiklopedisi 37. Cilt 480..
Həmçinin bax
redaktə Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |