Suat Dervis - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Suat Dərviş (əsl adı Xədicə Səadət Baraner) — (1905[1], Konstantinopol – 23 iyul 1972, İstanbul)
Suat Dərviş | |
---|---|
türk. Suat Derviş | |
Doğum tarixi | 1905[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1972 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, jurnalist, qadın hüquqları fəalı[d], romançı, siyasi fəal[d] |
Tanınmış əsəri |
Həyatı
redaktəTibb professoru İsmayıl Dərviş bəyin qızı Suat Dərviş bir müddət yazıçı Rəşad Fuad Baraner ilə evli olub. Xüsusi təhsil alıb. Bir müddət Almaniyada Berlin Konservatoriyası və Ədəbiyyat Fakültəsində oxuyub. 1932-ci ildə Türkiyəyə qayıtdıqdan sonra "Son məktub", "Vətən", "Cümhuriyyət", "Gecə məktubu" kimi qəzetlərdə reportajları və romanları çap olundu. Rəşad Fuad Baranerlə birlikdə Türkiyədə ictimai cərəyanın ilk yayın orqanlarından biri hesab edilən "Yeni Ədəbiyyat Dərgisi"ni 15 oktyabr 1940 – 15 noyabr 1941-ci illər arasında yayınladı. Bu dərgidə qısa hekayələr, lətifə və tənqidlər dərc olunurdu. 1944-cü il həbsləri zamanı əri Rəşad Fuad Baraneri gizlətdiyi və qanunsuz Türkiyə Komunist Partiyasına qoşulduğu ittihamı ilə mühakimə olundu və bir il həbs cəzasına məhkum edildi. Parisə getdi və 1953–1963-cü illər arasında orada yaşadı. 1963-cü ildə Türkiyəyə qayıtdıqdan sonra romanlarını yazmaq və çap etməklə məşğul oldu, İnqilabçı Qadınlar Birliyini yaratdı. Ədəbiyyata şeirlə gəlmişdir. Ədəbiyyatın inkişafında müstəsna xidmətləri olan yazıçı kimi şöhrət qazandı.
Əsərləri
redaktəRomanları
redaktəQara kitab (1921)
Nə bir səs, nə bir nəfəs (1923)
Heç biri (1923)
Əhməd Fərdi (1923)
Bəhirənin elçiləri (1923)
Fatmanın günahı (1924)
Mənmi? (1924)
Böhran gecəsi (1924)
Könül kimi (1928)
Əminə (1931)
Heç (1939)
Çılğın kimi (1934)
Fosforlu Cevriyə (1968)
Ankara məhbusu (1968, ilk dəfə 1957-ci ildə Parisdə fransızca)
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.