Su Ve Meliorasiya Kompleksinin Layihelendirilmesi Institutu - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 17 noyabr 2023 |
Tabelik | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi |
Baş qərargah | Bakı |
Ünvan | Moskva prospekti 73, AZ1012 |
Rəhbərlik | |
İdarə Heyətinin sədri | Elbrus Paşayev |
İdarə Heyəti sədrinin müavinləri | Adil Qafarlı, Vüqar Mirzəyev |
Baş mühəndis | Məmməd Əsədov |
|
|
Rəsmi saytı | sukanal.az |
Tarixi
redaktəAzərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" Publik hüquqi şəxs yaradılıb.
“Azdövsutəslayihə” Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əsası 1930-cu ildə qoyulmuşdur. İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.
"Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində 1961-ci ildə yaradılmış keçmiş "VODGEO" Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş "AzərbSETLİ" Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 6 avqust 1997-ci il tarixdə təşkil olunmuşdur.
Haqqında
redaktəSu və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir.
Rəhbərlik
redaktəSu və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun İdarə Heyətinin sədri Elbrus Paşayevir.
İdarə Heyətinin sədr müavinləri: Adil Qafarlı, Vüqar Mirzəyev
Baş mühəndis: Məmməd Əsədov
Fəaliyyəti
redaktəİnstitutun əsas fəaliyyət istiqamətləri Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi (ADSEA) tərəfindən tabeliyində olan qurumların təsdiq edilmiş smetaları və digər dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə hüquqi və fiziki şəxslərin sifarişləri əsasında su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər obyektlərin layihələndirilməsini həyata keçirməkdən ibarətdir.
Nailiyyətləri
redaktəSu və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır. İnstitutda gənc mütəxəssislərin xüsusi çəkisi böyük yer tutur və onların bilik bacarığının artırılmasına xüsusi diqqət yetirilir.
Su təchizatı sahəsində xidmətlərinə görə İnstitutun 1 əməkdaşı 3-cü dərəcəli Əmək ordeni, 4 əməkdaşı Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adı, 4 əməkdaşı isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Struktur
redaktə- Rəhbərlik
- Hüquq və insan resursları sektoru
- Maliyyə, iqtisadiyyat və mühasibat uçotu şöbəsi
- Sənəd dövriyyəsinin təşkili sektoru
- Beynəlxalq əməkdaşlıq, informasiya və innovativ texnologiyaların tətbiqi sektoru
- Texniki təchizat, təsərrüfat, mülkü müdafiə və SƏTƏM şöbəsi
- Strategiya və layihələrin idarə edilməsi şöbəsi
- -Strategiya və layihələrin planlaşdırma sektoru
- -Müqavilələr və satınalmaların təşkili sektoru
- -Layihələrin tərtibi və buraxılışı sektoru
- Mühəndis axtarış işləri şöbəsi
- -Mühəndis geologiyası sektoru
- -Geotexnika və suyun analizi laboratoriyası
- Geodeziya və torpaqayırma şöbəsi
- Ekologiya və hidrologiya şöbəsi
- Suvarma sistemlərinin və meliorativ tədbirlərin layihələndirilməsi şöbəsi
- Tikintinin təşkilinin layihələndirilməsi və smeta şöbəsi
- Qaynaq işləri testi, texniki şərtlərin və təmir-bərpa obyektlərinin təmiri şöbəsi
- -Obyektlərin təmir-bərpa sektoru
- Su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin layihələndirilməsi şöbəsi
- Yerüstü tikili və qurğuların layihələndirilməsi şöbəsi
- Elektrotexnika, mexanika və avtomatika sistemlərinin layihələndirilməsi şöbəsi
- Kitabxana və arxiv sektoru
- Poliqrafiya sektoru