Stortinq - Wikipedia
Stortinq (norv. Stortinget; azərb. “böyük məclis”) Norveçin birpalatalı parlamentidir[1]. 4 il müddətinə seçilən 169 deputatdan (Stortings nümayəndəsi) ibarətdir. 1814-cü ildə qəbul edilmiş olan konstitusiyaya əsasən parlament fəaliyyət göstərir. Əvvəllər Stortinq iki palatadan - Odelstinq və Laqtinqdən ibarət idi[2]. Lakin 2007-ci ildə qəbul edilmiş olan qərara əsasən, 2009-cu ildəki növbəti seçkilərdən sonra, Norveç parlamenti birpalatalı olmuşdur[3].
Stortinq | |
---|---|
Stortinget | |
2021 | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 1814 |
Quruluşu | |
Üzvlərin sayı | 169 |
Müxalifət (93)
|
|
Məclis binası | |
Sayt | |
stortinget.no | |
Vikianbarda əlaqəli mediafayllar |
Səlahiyyətləri
redaktəStortinqin əsas vəzifələri bunlardan ibarətdir:
- Qanunların nəşr edilməsi
- Büdcənin qəbul edilməsi
- Dövlət işlərinə nəzarət etmək
Deputatların statusu
redaktəHər bir deputat səlahiyyət müddəti ərzində şəxsi toxunulmazlıq hüququna malikdir. 2002-ci ildəki məlumata əsasən bir Stortinq üzvünün illik maaşı təxminən 70 min avro olmuşdur. Deputatların könüllü olaraq mandatlarından imtina etmək hüquqları yoxdur. İstisna bir hal olaraq yalnız hər hansısa bir millət vəkili nazir postuna təyin edildiyi halda mandatından məhrum edilir. İstənilən bir vətəndaş Stortinqdə baş verən müzakirənin gedişini xüsusi qalereyada izləyə bilər və eyni zamanda da müzakirənin “əleyhinə” səs verən deputat müvafiq düyməni sıxmaqla bərabər, həm də baş verənlərlə razılaşmadığını nümayiş etdirmək üçün yerindən qalxaraq zalı tərk edə də bilər[4].
İstinadlar
redaktə- ↑ Stortingsrepresentant ulovlig pågrepet Arxiv surəti 19 sentyabr 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 19 sentyabr 2016 at the Wayback Machine, NTB, Dagens Næringsliv, 18 August 2016
- ↑ Scandinavian Politics Today Arxiv surəti 4 iyun 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 4 iyun 2020 at the Wayback Machine, David Arter, Manchester University Press, 1999, page 31
- ↑ A Europe of Rights: The Impact of the ECHR on National Legal Systems Arxiv surəti 10 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 10 mart 2016 at the Wayback Machine, Helen Keller, Alec Stone Sweet, Oxford University Press, 2008, page 210
- ↑ Сычёва Л. Уроки Норвегии Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine