Stanislav Avqust Panyatovski - Wikipedia
Stanislav II Avqust Ponyatovski (pol. Stanisław August Poniatowski; 17 yanvar 1732[1][2][…], Volçin[d], Reç Pospolita – 12 fevral 1798[1][2][…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[3]) — 1764-1795-ci illərdə hakimiyyətdə olmuş sonuncu Reç Pospolita kralı və Böyük Litva knyazı.
Stanislav Avqust Panyatovski | |
---|---|
pol. Stanisław August Poniatowski | |
Polşa kralı[d] | |
7 sentyabr 1764 – 25 noyabr 1795 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Stanisław Antoni Poniatowski |
Doğum tarixi | 17 yanvar 1732[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 fevral 1798[1][2][…] (66 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Fəaliyyəti | diplomat, hərbi qulluqçu |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tam titulu belədir: “Allahın lütfü və xalqın iradəsi ilə Polşa kralı, Litva, Rus, Pruss, Mazov, Jemayt, Kiyev, Volın, Podolsk, Podlyaş, İnflyant, Smolensk, Severski, Çerniqov və s. böyük knyazı".
Hakimiyyəti
redaktəKral III Avqustun ölümündən sonra o, Çartoryski partiyası tərəfindən Reç Pospolita taxtına namizəd kimi irəli sürülüb. 1764-cü ildə zadəganların kiçik iştirakı və II Yekaterinanın həlledici dəstəyi ilə o, kral seçildi.
Hakimiyyətinin ilk illərində Stanislav Avqust Ponyatovski xəzinədə, pul zərbində, orduda, yeni silah növlərini tətbiq etməklə və süvariləri piyadalarla əvəz etməklə, dövlət mükafatı və qanunvericilik sistemlərində dəyişikliklərə başladı. O, Seymin istənilən üzvünə istənilən qərara qadağa qoymağa imkan verən liberum vetonunu ləğv etməyə çalışırdı.
Stanislav Ponyatovski,Stanislav Leşşinskinin kədərli təcrübəsini bilərək, "əcdadı Boleslavın günahına görə" əfsanəvi sehri zərərsizləşdirməyə çalışdı. 1764-cü ildə Krakovda deyil, Varşavada pozulmuş tacqoyma ənənəsinin əvəzini çıxmaq üçün yeni seçilmiş kral 1765-ci ildə Müqəddəs Stanislav ordenini təsis etməklə Polşanın himayədarı olan Müqəddəs Stanislavdan bağışlanma diləməyə qərar verdi. Bu orden Reç Pospolitanın ən ali dövlət mükafatı - Polşanın dövlət mükafatı olan Ağ Qartal ordenindən sonra ikinci oldu.
1767-ci ildən başlayaraq Ponyatovskinin siyasətindən narazı qalan zadəgan qrupları qonşu Rusiya və Prussiya dövlətlərinin dəstəyi ilə konfederasiyalarda birləşdilər. Repninski seymi adlanan (əslində qərarları diktə edən II Yekaterinanın nümayəndəsi N.V.Repninin şərəfinə adlandırılmışdır) 1767-ci ilin sonu və 1768-ci ilin əvvəllərində qəbilələrin azadlıq və imtiyazlarını təmin edən “kardinal hüquqlar”ı təsdiqləmiş, pravoslav və protestantların katoliklərlə hüquqların bərabərliyini elan etmişdir. Bu postulatlardan və Ponyatovskinin rusiyayönlü oriyentasiyasından narazı olan mühafizəkar ağalar silahlı ittifaqda - Bar Konfederasiyasında birləşdilər. Vətəndaş müharibəsinin başlaması qonşu dövlətlərin müdaxiləsinə səbəb oldu və 1772-ci ildə Reç Pospolitanın ilk dəfə onlar arasında bölünməsinə səbəb oldu.
3 may 1791-ci ildə yeni konstitusiya qəbul edildikdən sonra Tarqovitsa Konfederasiyasının çıxışı və müdaxiləsi ilə konfederasiyaların, rus qoşunlarının tələbi ilə Rusiya-Polşa müharibəsi başladı. 1793-cü ildə sona çatması ilə Reç Pospolitanın Prussiya və Rusiya arasında ikinci bölünməsi başladı.
Polşa kralı, kifayət qədər çətin vəziyyətə baxmayaraq, paytaxtını bəzəmək üçün əlindən gələni etdi. Hətta Varşavada Ermitajdan geri qalmayacaq bir sənət muzeyi yaratmaq istəyirdi. Onun üçün rəsmlərin alınması London qalerestlərinə həvalə edilmişdi və Ponyatovski taxt-tacını itirəndə tam sürətlə gedirdi. Bu kolleksiya London ətrafındakı Daliç Qalereyasının əsasını təşkil etdi. 1767-1780-ci illərdə məşhur rəssam Bernardo Bellotto Stanislav Avqustusun saray rəssamı idi.
1795-ci ildə Tadeuş Kostyuşkonun başçılıq etdiyi üsyan yatırıldıqdan sonra Stanislav Avqust Ponyatovski Varşavanı tərk etdi və 120 rus draqununun müşayiəti ilə rus qubernatorunun himayəsi və nəzarəti altında Qrodnoya gəldi və burada, 25 noyabr 1795-ci ildə rus imperatriçasının ad günündə, Reç Pospolita taxtından imtina aktını imzaladı.
Panyatovski ömrünün son illərini Sankt-Peterburqda keçirib. Mərmər saraydakı iqamətgahında qəflətən dünyasını dəyişin. O, Nevski prospektindəki Müqəddəs Yekaterina İsgəndəriyyə kilsəsində kral şərəfi ilə dəfn edilib, sonradan Polşada yenidən dəfn olunub.
Ədəbiyyat
redaktə- Горяинов С. М. Станислав-Август Понятовский и Великая Княгиня Екатерина Алексеевна По неизданным источникам. Издание: «Вѣстникъ Европы», NoNo 1—3, 1908.
- Кудрявцева С. Краткие выписки моей жизни. Записки Софии Кудрявцевой, дочери короля Станислава Понятовского. Посвящено 10 марта 1829 г. Ольге Трощинской / Сообщ. С. Ц. ЛопатцкаяArxivləşdirilib 2016-03-06 at the Wayback Machine // Русская старина, 1872. — Т. 35. — № 10. — С. 119—130.
- Логунова М. О. Кончина и похороны Станислава Августа Понятовского // Россия — Польша. Два аспекта европейской культуры : материалы XVIII Царскосельской научной конференции : сб. науч. статей : Серебряный век. — СПб., 2012. — 656 с. : ил. — С. 362—375. — 0,6 п.л.
- Понятовский С.-А. Запись бесед с императором Павлом I. / Сообщ. С. ГоряиновArxivləşdirilib 2012-12-15 at the Wayback Machine // Русский архив, 1912. — Кн. 1. — Вып. 1. — С. 21-45. — В ст.: Павел Первый и Станислав-Август.
- Понятовский С.-А. Воспоминания князя Станислава Понятовского, (1776—1809 г.г.) / Сообщ. Н. ШильдерArxivləşdirilib 2021-03-01 at the Wayback Machine // Русская старина, 1898. — Т. 95. — № 9. — С. 565—592.
- Понятовский С.-А. Из записок короля Станислава Августа Понятовского / Извлеч. и пересказ В. Т.Arxivləşdirilib 2019-04-15 at the Wayback Machine // Русская старина, 1915. — Т. 164. — № 12. — С. 364—378; 1916. — Т. 165. — № 2. — С. 271—285. — Публ. не завершена.
- Шор М. Издание указов короля Станислава Августа Понятовского от 1765 г. (1909)
- Jan Sagatyński. Pamiętnik Jana Sagatyńskiego, bylego pazia króla Stanisława Poniatowskiego. — Poznań, 1845.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Stanislaus II August Poniatowski // RKDartists (nid.).
- ↑ 1 2 3 4 Lundy D. R. Stanislas II August Poniatowski, King of Poland // The Peerage (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119095777 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.