Sredniy Adasi - Wikipedia
Sredniy adası — Şimal Torpağının tərkib hissəsini təşkil edən Sedov arxipelaqı tərkibinə daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə yuyulur. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Sredniy adası | |
---|---|
rus. Средний | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 32 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
79°31′00″ şm. e. 91°11′49″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Coğrafiyası
redaktəArxipelaqın qərb gissəsində yerləşir. Qərbində yerləşən Qolomyannıy adası ilə burunla birləşir. Burunun uzunluğu təqribi olaran bir kilometrə yaxındır. Adadan cənubda, mərkəzi hissədə 800 metr enə malik Sergey Kamenev boğazı Domaşniy adasından ayırır. 250 metr şimalda Otdelennıy yarımsdasından şərqdə Strela adası, Yakovski burnundan (burun məşhur qütb araşdırmaçısı, hidroqraf S. S. Yakovskinin (1927—1965)[1] şərəfinə adlandırılmışdır) 1,2 kilometr şərqdə Fiqurnıy adası adası yerləşir.
Ümumi məlumat
redaktəAda uzunsov formaya malikdir. Qərbində yerləşən Dvoynoy burnu ilə şərqində yerləşən Yakovski burnu arasında məsafə 24 kilometr, eni isə 0,5 - 1,3 km arasında dəyişir. Şərq hussəsində yerləşən kiçik bir yarımada adaya ensiz bərzəxlə birləşir. Ada əsasən düzən relyefə malikdir. Adanın əsas hisssində hündürlük 13-15 metr, ona birləşən Otdelnıy yarımadasında isə 20-30 meyr təşkil edir. Sahilləri belə alçaq olmasına daxmayaraq şərqində hündürlüyü 6-20 metr olan maillilik vardır. Adada çay və axar yocxdur. Bununla belə burada bir necə elə də böyük olmayan şirinsulu göllər vardır.
Tarixi
redaktəAdada Şimal Torpağı ərazisində yeganə olan aerodrom vardır. Üstəlik yanacaq anbarı, təsərrüfat tikililəri mövcuddur. Burada sərhəd zastavası fəaliyyət göstərir. 1981-ci ildən burada uzun illər hərbi hissə fəaliyyət göstərmişdir. Əsasən Aviasiya bazası rolunu oynayırdı. Burada işləmiş təyyarə mexaniklərinə hətta mahnı qoşulmuşdur ("Sredniy adası" Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine). Uçuş-eniş zolağı adanın mərkəz hissəsindən başlayaraq kiçik bir yüksəklik üzərindən keçir. Hazırda adada elmi və turistik ekspedisiyakar həyata keçirilir.. 2005-ci ildə Rusiya tarixində ilk dəfə olararaq hava şarında şimal qütbünə ekspedisiya təşkil edilmişdir («Svitaya Rus»). Bu səyahət rus səyshətçisi Valentin Efremov tərəfindən həyata keçirilmişdir[2][3]. 18 dekabr 2007-ci ildə ilk dəfə xizəklə Şimal Torpağından Şimal qütbünə səfər təşkil edilmişdir[4]. Adaya ancaq Dikson, Xatanqa və Krasnoyarsk hava limanlarından gəlmək olar[5]. Adanın özünün daimi əhalisi yoxdur. Bircə sayları 20-30 nəfər təşkil edən sərhəd xidmıtinin əməkdaşları vardır[5]
Adanın yeganə görməli yeri muzeydir. Muzeyin binası Qeirqiy Alekseeviç Uşakov]]un Şimal Torpağı ərazisində olan kiçik edidir. Bu muzeyi Arktika və Antarktika elmi-araşdırma muzeyinin əməkdaşları təşkil etmişlər[6].
Xəritə
redaktəİstinadlar
redaktə- ↑ S.V.Popov «Sovet Arktikasında yeni adlar»
- ↑ "Rus qütbü". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
- ↑ "Журнал «Спорт-Экспресс», выпуск от апреля 2005 года". 2019-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
- ↑ "Şimal qütbünə xizək yolu". 2013-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
- ↑ 1 2 "Отчёт о лыжном спортивном походе 5 (пятой) категории сложности по архипелагу Северная Земля". 2009-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
- ↑ "Şimal Torpağı: Açılışdan 90 il sonra". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.