Spitak Rayonu - Wikipedia
Spitak rayonu,[1] və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon.
Rayon | |
Hamamlı rayonu | |
---|---|
İnzibati mərkəz | Spitak |
İcra başçısı | Qaqik Sahakyan |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 31.12.1937 |
Ləğv edilib | 11 aprel 1995 |
Sahəsi | 57.6 kv.km km² |
Əhalisi | |
Əhalisi | 12,881 nəfər |
Tarixi
redaktəQərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.
1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir.[2]
Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub. Onlardan bəziləri 1918–1920-i illərdə ermənilər tərəfindən məhv edilmiş, digərlərinin isə əhalisi SSRİ dövründə Azərbaycan Respublikasına köçürülmüşdür. Nəticədə 1988-ci ildə artıq yalnız üç kənddə — Qursalı, Saral və Qızılörən kəndlərində azərbaycanlılar yaşayırdılar.
5 dekabr 1988-ci il tarixdə Daşnak terror qrupu heç bir insani əxlaqa, bəşəri davranışa sığmayan terror aktı törətmişdir. Hamamlı (Spitak) şəhərində türk millətinə mənsub olduqlarına görə 17 azyaşlı uşağı iri diametrli boruya (uzunluğu 20 m, diametri 1,5 m) dolduraraq başlarına dəmir lövhələr qaynaq edib uçurumdan yuvarlamışlar. Məsum körpələri diri-diri, vəhşanə tərzdə məhv etmişlər. Ümumiyyətlə bu cür vəhşi üsulla 87 nəfərədək uşaq qətlə yetirilmişdir.[3]
9 iyun 1989-cu ildə Hamamlıya sığorta pulu almağa getmiş dinc sakin Rəhim Daşdəmirov daşnak terrorçuları Sergey Poqosyanla Sergey Mədətyanın hücumuna məruz qalır. O, armatur çubuqla döyülərək qəddarcasına qətlə yetirilmişdir.[3]
Etimologiyası və toponimi
redaktə17-ci əsrdə yaradılan bu yaşayış məskəninin adı əvvəllər bu ərazidə çox sayda tarixi hamam olduğuna görə Hamamlı olmuşdur, lakin 1949-cu ildə rayonun adı Ermənistan SSR tərəfindən dəyişdirilərək Spitak qoyuldu. 1937-ci ilə qədər Hamamlı rayonunun, 1947-ci ildən Spitak rayonu mərkəzinin adıdır. Kəndin adı oradakı "Hamamlı" adlanan müalicə əhəmiyyətli isti sulu mineral bulaqlarla bağlıdır. Azərbaycanın Qax rayonundakı Ilisu kəndində "Xavənə hamam" isti su bulağının adı ilə mə’naca eynidir.[4]
Əhalisi
redaktəXIX əsrin ortalarından kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamış və azərbaycanlılar tədricən çıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə artıq kəndin əhalisi erməni idi.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Bəykənd | Medz Parni | … |
Keşişkənd | Geharot | 03.01.1935 |
Avdıbəy | Tsaxkaşen | 04.05.1939 |
Tsaxkaşen | Tsaxkaber | 21.10.1967 |
Ağbulaq | Lusaxpyur | 26.04.1946 |
Göy Yoxuş | Saralanc | 26.04.1946 |
Goran | Qoqaren | 26.04.1946 |
Qaltaxçı | Artagyuğ | 26.04.1946 |
Qaraboya | Xikoyan | 26.04.1946 |
Qaral | Katnacur | 26.04.1946 |
Qaçağan | Lernavan | 26.04.1946 |
Qızılörən | Şenavan | 26.04.1946 |
Muncuqlu | Tsilkar | 26.04.1946 |
Çotur | Sarameç | 26.04.1946 |
Əfəndi | Karadzor | 26.04.1946 |
Hamamlı | Spitak | 26.04.1946 |
Spitak | Lernantsk | 19.04.1950 |
Güllücə | Saraart | 19.04.1950 |
Nalbənd | Şirakamut | 25.01.1978 |
Tapanlı | Geğasar | 25.01.1978 |
Çikdəməl | Arevşoğ | 25.01.1978 |
Kəndləri
redaktəQursalı, Saral, Qızılörən (indi Şenovan), Qaral, Tapalı, Qotur, Nalbənd, Cacur, Parım, Avdıbəy, Ağbulaq, Sarıhart
İstinadlar
redaktə- ↑ Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
- ↑ "Hamamlı". 2011-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
- ↑ 1 2 Əlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Спитак рајону // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.