Spekulyasiya - Wikipedia
Spekulyasiya - Haqqında Məlumat
Spekulyasiya (lat. specio sözündən) — iz ilə gedib tapma, izinə düşmə, baxıb tapmaq [1], aşağıdakı mənaları ifadə edə bilər[2]:
- İqtisadi lüğətdə – alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Mahiyyət etibarı ilə, istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar. İqtisadi ədəbiyyatlarda tez-tez spekulyasiya və investisiyanı bir-birindən fərqləndirmək cəhdlərinə rast gəlirik
- Ümum humanitar xarakterli, fəlsəfi, həmçinin ümum elmi ədəbiyyatda və publisistikada – mücərrəd, abstrakt mühakimələr deməkdir.
- Məcazi mənada isə – hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planların naminə istifadə etmək (məsələn siyasi çətinliklər üzərində spekulyasiya etmək)[3].
Spekulyant — nəyisə şəxsi istifadə və istehlak məqsədilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədilə alan şəxs[4].
İqtisadiyyatda spekulyasiyaya dair nümunələr
redaktə- Alış və satış qiymətləri arasındakı fərq nəticəsində gəlir (və ya zərər) əldə etmək. Bu zaman spekulyasiya obyektinə dair hər-hansı bir tədbirlərin görülməsi nəzərdə tutulmur. Qiymət fərqləri müxtəlif bazarlarda eyni anda (məkan arbitrajı) və ya eyni bir bazarda müxtəlif zamanlarda (zaman arbitrajı) yarana bilər.
- Səhm, istiqraz, xammal, valyuta, kolleksiya predmetləri, daşınmaz əmlak, törəmə qiymətli kağızların, həmçinin digər dəyərlərin onların qiymət fərqindən yaranan dəyişiklik sayəsində mənfəət qazanmaq məqsədilə alqı-satqısı;
- Eyni obyektlərin şəxsi, istehsal məqsədləri, həmçinin digər üsullarla gəlir əldə edilməsi (məsələn dividentlər qazanmaq və ya qərarların qəbul edilməsində öz mövqeyini qorumaq mexanizmindən istifadə, insayder maraqları və s), həmçinin qiymət sirklərini hec (hedge) edilməsi, risklərin diversifikasiyası və faiz arbitrajı əməliyyatları məqsədilə alınması spekulyasiya hesab edilmir. Amma bunları yalnız ticarətçinin daxili hədəfləri ilə müəyyən etmək olar və əksər hallarda bütün bu sövdələşmələr spekulyasiya hesab olunur.
- Azad ticarətə hər hansı bir məhdudiyyət qoyulması hallarında (məsələn müharibə, blokada, embarqo, təbii fəlakətlər zamanı) defisit məhsulların qapalı bazarlardan alınması və açıq bazarlarda satışı, həmçinin resursların obyektiv səbəbdən məhdudluğuna görə (idman yarışları, konsertlər, tamaşalar və s.) belə fəaliyyət növləri bəzən inzibati qaydada, bəzən də cinayət məcəlləsi ilə cəzalandırılır, o cümlədən bazar iqtisadiyyatı hökm sürən ölkələrdə, çünki “kölgə iqtisadiyyatının bir hissəsi” hesab olunur[5].
İstinadlar
redaktə- ↑ "«The Vocabularist: Speculation doesn't have to be 'mere'», BBC, 5 April 2016". 9 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2020.
- ↑ Вестник Московского университета: Право. Серия XI. Изд-во Московского университета, 1993. Стр. 16.
- ↑ Спекуляция Arxivləşdirilib 2009-09-22 at the Wayback Machine Толковый словарь русского языка Ушаковa
- ↑ "Spekulyasiya" (az.). banker.az. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
- ↑ "Статья 154 «Спекуляция» УК РСФСР от 27.10.1960 г." 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-18.