Soyuqbulaq Gedebey - Wikipedia
Soyuqbulaq (əvvəlki adı: Komintern) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Ərtəpə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Gədəbəy rayonunun Komintern kəndi Soyuqbulaq kəndi adlandırılmışdır.[2]
Soyuqbulaq | |
---|---|
40°35′54″ şm. e. 45°53′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Toponimikası
redaktəYaşayış məntəqəsini 1926-1928-ci illərdə Soyuqbulaq adlı yerdə qonşu Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən gəlmiş ailələr Bünyadzadə adı ilə salmışdılar. 1932-ci ildə burada "Komintern" kolxozu yarandı və kənd kolxozun adı ilə adlanmağa başladı. Kəndin əhalisi miskinli camaatı olduğuna görə el arasında Miskinli adı ilə tanınır. 1992-ci ildən kənd Soyuqbulaq adı ilə rəsmiləşdirilmişdir.[3]
Tarixi
redaktəSoyuqbulaq kəndinin ilk sakinləri Novo Spasovka (indiki Pirbulaq) kəndindən 1925-ci ildə ayrılıb yeni kəndin əsasını qoyublar. Kənddə əvvəlcə 5, sonra isə 12 ev inşa edilib. SSRİ tərkibində olan ölkədə adların dəyişdirilib rus adları ilə əvəz olunması Soyuqbulaq kəndindən də yan kecməyib. Kəndin adı dəyişdirilərək Komintern adlandırılıb. 29 aprel 1992-ci kəndin tarixi adı özünə qaytarılaraq Soyuqbulaq adlandırılıb.
Tarixi abidələri
redaktəMemarlıq abidələrindən (Şəmkir çayının üstündə) Namərdqala (Qız qalası 9-cu əsr), Mehrasa abidəsi kəndin yaxınlığında yerləşir.
Coğrafiyası və iqlimi
redaktəKiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir (1500–1800 m). Ərazisi Şahdağ silsiləsinin şimal yamacını əhatə edir. Soyuqbulaq toponimi də elə bu silsilənin kəndin ərazisinə düşən hissəsində olan Soyuqbulaq bulağının adından götürülmüşdür. Kənd ərazisində bundan başqa qırxbulaq suyunun da gur və xoş tamlı olduğu vurğulanır. Yura, Təbaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Kənd sıx meşə massivi ilə əhatə olunmuşdur. Heyvanat aləmi də olduqca zəngindir: qayakeçisi, cüyür, çöl dovşanı, canavar, qartal və s.
Son 10 il ərzində qlobal temperatur dəyişilməsi ilə əlaqədar regionda yağıntıların miqdarının azalmasından Soyuqbulaq kəndi də əziyyət çəkməkdədir. Bulaqların bir qismi tamamilə qurumuş, gursulu bulaqlar minimuma enmişdir. Dərələrdən axan sular bir çoxusunda 3-4 dəfə azalmış və ya tamamilə qurumuşdur. Otlaq sahələri daimi yüklü olduğundan torpaq qatının erozisiya intensivləşmişdir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 553 nəfər əhali yaşayır.[4] Kənd ərazisində 1 tam orta təhsil məktəbi var.
Görkəmli şəxsləri
redaktə- Mirzə Sadıxov — Akademik.
- İsmayıl Sadıqov — Professor.
- Yusif İsmayılov — Dosent.
- Möysüm Bağırov — Kənd təsərrüfatı elmləri üzrə doktor.
- Bəhrüyyə Bağırova — Kənd təsərrüfatı elmləri üzrə doktor.
- Hasil Bağırov — Kənd təsərrüfatı elmləri üzrə doktor.
- Babək Sadıqov — Tibb elmləri doktoru.
- Vaqif Əliyev — Tibb elmləri doktoru.
- İlkin İsmayılov — Tibb üzrə fəlsəfə doktoru, uzman ümumi cərrah.
- Xanlar Bayramov — Jurnalist.
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ Soyuqbulaq (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |