Sovet Yapon Muharibesi 1945 - Wikipedia
Sovet-yapon müharibəsi (1945) (ing. Soviet-Japanese War; rus. Советско-японская война; yap. ソビエト戦争) — İkinci dünya müharibəsi ərzində 1945-ci ilin 9 avqustunda yapon kukla dövləti olan Mançjou-qonun SSRİ tərəfindən işğalı ilə başlamışdır. Sovetlər və monqollar Mançjou-qo, Mençzyan (Daxili Monqolustan Muxtar Rayonu), şimali Koreya, Karafuto və Kuril adaları üzərindəki yapon hakimiyyətini sona yetirmişlər. Yaponiyaya məxsus olan Kvantun ordusunun erkən məğlubiyyətləri, Yaponiyanın kapitulyasiyasına və İkinci dünya müharibəsinin bitməsinə rəvac vermişdir.[1][2]
Sovet–yapon müharibəsi | |||
---|---|---|---|
İkinci dünya müharibəsi | |||
Tarix | 9 avqust – 2 sentyabr 1945-ci il | ||
Yeri | Mancuriya/Mançjou-qo, Daxili Monqolustan Muxtar Rayonu/Mençzyan, Saxalin, Kuril adaları və Koreya | ||
Nəticəsi | Antihitler koalisiyasının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktə1943-cü ilin noyabr ayında Tehran konfransı zamanı, Stalin SSRİ-nin Nasist Almaniyası məğlub edildikdən sonra Yaponiyaya müharibə elan edəcəyinə dair söz vermişdi. 1945-ci ilin fevral ayında Yalta konfransı zamanı, Stalin Avropada müharibənin bitimindən sonrakı 3 ay ərzində Sakit okean cəbhəsində antihitler koalisiyası tərkibində iştirak edəcəyini bir daha təsdiqləmişdi. 26 iyulda ABŞ, Böyük Britaniya və Çin Potsdam bəyannaməsini qəbul etdilər. Bu ultimatum Yaponiyanın təslim olmasına qədər məhv edilməsini nəzərdə tuturdu. 8 mayda Almaniya təslim oldu (9 may, 0:43 Moskva vaxtı). Bundan sonrakı 3 ay ərzində Sakit okean cəbhəsində SSRİ-nin hərbi əməliyyatlara başlaması qətiləşdi. 1945-ci ilin 8 avqustunda SSRİ, Yaponiyaya qarşı olan əməliyyatlara qoşuldu.
6 avqustda Xirosima və 9 avqustda Naqasaki şəhərlərinin atom bombası ilə bombardmanından sonra sovet işğalın reallaşması iflasa uğradı. Baxmayaraq ki, antihitler koalisiyası hökumətləri tərəfindən hazırlanmış Qərb blokunun atom bombası proqramı, təfsilatları ilə SSRİ lideri İosif Stalinə bildirilməmişdi. O, bunun mövcudluğu ilə bağlı sovet kəşfiyyatının məlumatları hesabına xəbərdar olmuşdu. Halbuki, Tehranda və Yaltada bağlanılmış müqavilələrin müddəti və sovet qoşunlarının Tehrandan bəri Uzaq Şərqdə uzunmüddətli yüksəlişi ilə aydın idi ki, 2 şəhərə edilmiş hücumlarla bağlı olan xəbərlər sovet işğalının müddətində əsas rolu oynamadı. Belə ki, SSRİ-nin əməliyyatlara başlaması tarixi Yalta konfransı ilə razılaşdırılmışdı. 3 avqustda marşal Aleksandr Vasilevski, Stalinə 5 avqust səhəri hücum edə biləcəyi ilə bağlı məruzə etdi. Stalin, Yaponiyanın atom bombası ilə borbardman ediləcəyinin qaçılmaz olacağını bilirdi. Onun atom bombası ehtimalının olması ilə əlaqədar fikirləri məlum deyildi. Stalin, bu ehtimalın gerçəkləşəcəyi təqdirdə Yaponiyanın erkən təslim olacağını yəqin etmişdi.
1945-ci ilin 8 avqustunda Trans-Baykal vaxtı ilə saat 22:00 radələrində SSRİ xarici işlər naziri Molotov Yaponiyanın SSRİ-dəki səfiri Satoya Sovet İttifaqının Yaponiya imperiyasına müharibə elan etməsi və avqustun 9-dan etibarən sovet hökumətinin Yaponiya ilə müharibədə olacağını bildirdi.[3] 1945-ci ilin 9 avqustunda Trans-Baykal vaxtı ilə gecəyarısından bir dəqiqə keçmişdi ki, Sovet ordusu eyni vaxtda üç istiqamətdən — Mancuriyanın şərq, qərb və şimal hissələrindən hərbi əməliyyatlara başladı. Əməliyyat, kiçik taktiki hissələrə bölünmüşdü:
- Xinqan-Mukden hücum əməliyyatı (9 avqust, 1945-ci il – 2 sentyabr, 1945-ci il)
- Harbin-Kirin hücum əməliyyatı (9 avqust, 1945-ci il – 2 sentyabr, 1945-ci il)
- Sunqari hücum əməliyyatı (9 avqust, 1945-ci il – 2 sentyabr, 1945-ci il)
və sonrakı
- Cənubi Saxalin əməliyyatı (11 avqust, 1945-ci il – 25 avqust, 1945-ci il)
- Seisin desant əməliyyatı (13 avqust, 1945-ci il – 16 avqust, 1945-ci il)
- Kuril desant əməliyyatı (18 avqust, 1945-ci il – 1 sentyabr, 1945-ci il)
Baxmayaraq ki, döyüş mancurların ənənəvi torpaqları olan Mancuriyanın məlum olan sərhədlərindən kənarda baş versə də, Yaponiyanın şimal ərazilərinin işğalı Mancuriya döyüşü kimi tarixə keçmişdir.[4] 1983-cü ildə amerikan hərb tarixçisi Devid Qlantsın bu mövzuda yazdığı məqaləsindən sonra əməliyyat, bəzən Avqust fırtınası əməliyyatı kimi də adlandırılmışdır. Sovet mənbələrində isə Mancuriya strateji hücum əməliyyatı kimi istinad edilir, halbuki bu ad daha çox Mancuriya əməliyyatı olaraq istifadə edilir.
Bu müharibə, 1939-cu ildə Yaponiyanın məğlubiyyəti ilə nəticələnən sovet–yapon sərhəd münaqişələri və sovet–yapon bitərəflik paktı ilə qarışdırılmamalıdır.
Arxa plan
redaktəXX əsrin əvvəllərində baş vermiş rus-yapon müharibəsi yaponların qələbəsi, Mukden hadisəsi və 1931-ci ilin sentyabrında Mancuriyanın yapon işğalı daxil olmaqla, digər sonrakı hadisələrlə bağlı olan Portsmut müqaviləsi ilə nəticələnmişdi. Bununla da, Yaponiya Koreya, Mancuriya və Cənubi Saxalin üzərində nəzarəti ələ keçirmişdi. 1930-cu illərin sonunda çoxlu sayda sovet–yapon sərhəd münaqişələri baş vermişdi. Xasan gölü döyüşü (Çanqkufenq hadisəsi, iyul–avqust 1938-ci il), Xalxin–Qol döyüşü (Nomonhan hadisəsi, may–sentyabr 1939-cu il) və bu döyüşlərin nəticəsində 1941-ci ilin aprel ayında imzalanan sovet–yapon bitərəflik paktı[5][6] sovet–yapon sərhəd münaqişələrinin əsasını təşkil etmişdi. Bitərəflik paktı, sərhəd münaqişələrinə son qoymuş və SSRİ-nin diqqəti Almaniya ilə müharibəyə yönəltməsinə imkan vermişdi. Eləcə də, Yaponiya diqqətini Asiya və Sakit okeandakı hərbi əməliyyatlara yönəldə bilmişdi.
Halbuki, Stalinqradda əldə edilən qələbə və Almaniyanın məğlubiyyətinin labüdləşməsi SSRİ-nin Yaponiyaya olan münasibətini dəyişdi. Bu, Stalinin nitqlərində Yaponiyanı pisləməsi və Uzaq Şərqdə sovet qoşunlarının artımı ilə hiss olunmuşdu. Tehran konfransında (noyabr 1943-cü il) Vinston Çörçill, Franklin Ruzvelt və Stalin, Nasist Almaniyası məğlub edildikdən sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə daxil olacağı ilə bağlı razılaşmışdılar. Halbuki, Stalin iki cəbhədə müharibə aparmaqdan çəkinirdi, eləcə də Uzaq Şərq və Avropada ərazilər əldə etmək istəyirdi. Yeganə yol bu idi ki, Yaponiyadan əvvəl Almaniya məğlub edilməli və beləliklə SSRİ iki cəbhədə müharibə aparmadan Uzaq Şərqdə ərazilər əldə edə bilərdi.
Sovet–yapon bitərəflik paktına əsasən, sovetlər Yaponiyaya qarşı əməliyyatların ardınca sovet ərazisinə enən antihitler koalisiyası hava briqadalarına öz siyasətini tətbiq etdi, baxmayaraq ki paraşütçü əsgərlərin bir müddət sonra qurtarılmalarına "icazə verilsə" də, onlar SSRİ-də tutuldu. Halbuki, hətta Almaniyanın məğlubiyyətindən əvvəl sovet qoşunlarının Uzaq Şərq regionundakı artımı prosesi sürətləndi. 1945-ci ilin əvvəlində, SSRİ-nin Mancuriyanı işğal etmək üçün hazırlıq görməsi yaponlara bəlli olmuşdu, baxmayaraq ki onların Almaniyanı məğlub etmədən hücumları mümkünsüz idi. Sakit okean regionundakı bu problemlərə əlavə olaraq, yaponların SSRİ-nin nə zaman və harada əməliyyatlara başlayacağını müəyyən etməsinə ehtiyacları var idi.
Yalta konfransında (1945-ci ilin fevralı), Stalin digər məsələlər arasında Ruzveltdən Uzaq Şərqdəki ərazi istəkləri ilə bağlı təminat aldı. Bunun müqabilində isə Almaniyanın məğlubiyyətindən sonrakı iki və ya üç ay ərzində Sakit okean cəbhəsinə daxil olacağı ilə bağlı vəd verdi. 1945-ci ilin mart ayının ortalarında Sakit okean cəbhəsində gedən proseslər, yaponlar üçün uğursuz nəticələnirdi və onlar Sakit okeandakı durumlarını nizama salmaq üçün öz elit qoşunlarını Mancuriyadan geri çəkmişdilər. Bu anda, SSRİ Uzaq Şərq regionunda qoşunlarının sayını artırdı. SSRİ, bitərəflik paktını yeniləməməklə bağlı qərara gəlmişdi. Bitərəflik paktının müddəaları tələb edirdi ki, müqavilənin müddətinin bitimindən əvvəlki 12 ay ərzində SSRİ Yaponiyaya xəbərdarlıq etsin. Beləliklə, 1945-ci ilin 5 aprelində onlar müqaviləni yeniləmək fikrində olmadıqları ilə bağlı yaponları məlumatlandırdılar.[7] Bu hal, yaponların narahatlılığına səbəb olmuş,[8][9] lakin SSRİ Yaponiyanı əmin etmək üçün böyük səylər göstərmişdi ki, müqavilə başqa 12 ay üçün qüvvədə qala bilər və bundan sonra isə yaponların qorxusu aradan qalxmışdı.[10]
1945-ci ilin 9 mayında (Moskva vaxtı ilə), Almaniya təslim oldu və bu onu göstərirdi ki, SSRİ artıq Yalta sazişinə əməl etməli idi. Buna əsasən, SSRİ Yaponiya əleyhinə müharibəyə 1945-ci ilin 9 avqustunda daxil olmuşdu. Almaniyanın kapitulyasiyasından sonra vəziyyət, yaponlar üçün pisləşməyə doğru gedirdi və onlar müharibədə qalmış yeganə Berlin-Roma-Tokio oxu tərəfi idilər. Onlar SSRİ ilə sülhdə qalmağa[10] və bitərəflik paktının müddətini artırmağa, eləcə də müharibəni sonlandırmağa çalışırdılar. Yaltadan bəri onlar dəfələrlə bitərəflik paktının müddətini artırmağa yaxınlaşmış və ya SSRİ-ni cəlb etməklə antihitler koalisiyası ilə sülh danışıqlarının başlanmasına cəhd göstərmişdilər. SSRİ, yaponların bu ümidlərini puç etdi və Uzaq Şərq regionundakı qoşunlarının hazırlığını davam etdirdi.[10] 1945-ci ilin aprelində baş nazir seçildikdən sonra admiral Kantaro Sudzukinin rəhbərlik etdiyi hökumətin rollarından biri, danışıqsız kapitulyasiya ilə sülhü təmin etməsinə cəhd göstərməsi idi.[11] İyun ayının sonlarında, onlar SSRİ-yə yaxınlaşmağa başlamış və qarşı tərəfin vasitəçiliyi ilə antihitler koalisiyası ilə sülh danışıqları aparmağa çalışmışdılar. Bunu müqabilində isə onlar SSRİ-yə çox cəlbedici ərazi təklifləri edirdilər. Stalin buna maraq göstərdi və yaponlar isə SSRİ-nin cavabını gözləyirdi. Amma SSRİ cavab verməkdən yayınmağa davam edirdi. 1945-ci ilin 16 iyulundan 2 avqustuna qədər Potsdam konfransı keçirildi. İyulun 24-də SSRİ, bütün səfirlik heyətini ailələri ilə birlikdə Yaponiyadan geri çağırdı. İyulun 26-da konfrans, Çörçill, Trumen və Çan Kayşinin Yaponiyanın qeyd-şərtsiz kapitulyasiyası ilə bağlı tələblərini əks etdirən Potsdam bəyannaməsini qəbul etdi (Həmin vaxt SSRİ Yaponiya ilə müharibədə deyildi). Yaponlar isə SSRİ-nin cavabını gözləməyə davam etmiş və bəyannaməyə cavab verməkdən yayınmışdılar.[10]
Yaponlar, Trans-Sibir dəmiryol xəttindəki hərəkəti və Mancuriyanın şərqində sovet qoşunlarının aktivliyini müşahidə etmişdilər. Bununla da yaponlara aydın olmuşdu ki, SSRİ avqust ayının sonundan əvvəl Mancuriyanın şərqinə hücum etməyə hazır deyil. Lakin onlar əməliyyatların nə zaman və harada baş verə biləcəyini müəyyənləşdirə bilməmişdilər.
1945-ci ilin avqust ayının 8-də gecəyarısından bir saat əvvəl SSRİ, Yaponiyaya müharibə elan edəndə yaponlar təəccüb keçirmişdilər. Avqustun 9-da gecəyarısından sonra eyni vaxtda yalnız üç cəbhədə əməliyyatlar intensiv xarakter aldı.
Döyüşən tərəflər
redaktəSSRİ
redaktəUzaq Şərq komandanlığının Sovet İttifaqı Marşalı Aleksandr Vasilevskinın rəhbərliyi altında Mancuriyanın işğalı ilə bağlı sadə, lakin genişmiqyaslı planı var idi. Bu plan, hilal taktikası ilə hücumun qərbdən Transbaykal cəbhəsi, şərqdən 1-ci Uzaq Şərq cəbhəsi və şimaldan isə 2-ci Uzaq Şərq cəbhəsi ilə başlanmasını nəzərdə tuturdu.
Mancuriyanın qərb cəbhəsi
redaktəTransbaykal cəbhəsi, Sovet İttifaqı Marşalı Rodion Malinovskinin rəhbərliyi altında hilal taktikasının qərb hissəsini əhatə edirdi. Bu hücum, Daxili Monqolustan səhrası və Böyük Xinqan dağları üzərindən keçilərək baş verməli idi. Həmin qüvvələrin hədəfi Mukdenə (indiki Şenyan) çatmaq, sonra isə Mancuriyanın cənubi-mərkəz hissəsində Çançunda 1-ci Uzaq Şərq cəbhəsinin qoşunları ilə görüşmək və hilal taktikasını bitirmək idi.
Mancuriyanın şərq cəbhəsi
redaktə1-ci Uzaq Şərq cəbhəsi, Sovet İttifaqı Marşalı Kirill Meretskovun rəhbərliyi altında hilal taktikasının şərq hissəsini əhatə edirdi. Bu hücum, Mudançzyan şəhərinə hücumu nəzərdə tuturdu və şəhər zəbt olunmuşdu. Sovet qoşunları Qirin, Çançun və Harbin şəhərlərinə doğru irəliləmişdilər. Son məqsəd, Çançun və Qirin şəhərlərində Transbaykal cəbhəsinin qüvvələri birləşmək və hilal taktikasını bitirmək idi.
İkinci məqsəd, 1-ci Uzaq Şərq cəbhəsinin Koreyaya qaçan yapon qoşunlarının qarşısını alması idi. Sovet qoşunları, Koreya yarımadasının 38° şm. enliyinə qədər olan hissəsini işğal etmiş və bu durum sonralar Şimali Koreyanın yaranmasına səbəb olmuşdu.
Mancuriyanın şimal cəbhəsi
redaktə2-ci Uzaq Şərq cəbhəsi, general Maksim Purkayevin rəhbərliyi altında əməliyyatın dayaq rolunu oynayırdı. Əsas hədəflər, Harbin və Çiçikar şəhərləri idi. Xüsusilə də, yapon qoşunlarının cənuba doğru geri çəkilməsinin qarşısını almaq mühüm əhəmiyyət kəsb edirdi.
1-ci Uzaq Şərq cəbhəsi və Trans-Baykal cəbhəsinin qoşunları Çançun şəhərini tutdu, 2-ci Uzaq Şərq cəbhəsi isə Lyaodun yarımadasına hücum etmiş və Port Arturu zəbt etmişdi.
Sovet qoşunları 1.5 milyon nəfər əsgər, 3.704 tank, 1.852 özüyeriyən top, 85.819 zirehli maşın və 3.721 təyyarədən ibarət idi. Təxminən onun gücünün üçdə biri döyüşdə dəstək və xidmətlər idi. Hərbi dəniz qüvvələri 78 sualtı qayıq və digər çoxlu sayda gəmilərdən ibarət idi. Sovet planı, sovet qoşunlarının manevr müharibəsində almanlarla döyüşərkən əldə etdikləri təcrübənin tətbiq edilməsi ilə baş tutmuşdu.
Yaponiya
redaktəGeneral Otodzo Yamadanın rəhbərliyi altında Yaponiya imperiya ordusuna məxsus Kvantun ordusu, Mancuriya və Koreyada yapon qoşunlarının əsas hissəsi idi. Bu qoşunlar, iki cəbhə ordusundan (1-ci cəbhə ordusu (şimal-şərqi Mançjou-qo) və 3-cü cəbhə ordusu (cənub-qərbi Mançjou-qo)) və üç müstəqil ordudan (şimali Mancuriya, Şimali Koreya, Mençzyan, Cənubi Saxalin və Kuril adaları üçün cavabdeh idilər) ibarət idi.
Hər cəbhə ordusunun komandanlıq birliyi və cəbhə ordusuna birbaşa attaşe edilmiş birlikləri var idi. Yapon qoşunlarından əlavə, bir çox birlikləri zəif təchiz edilmiş və təlim görmüş 40.000 nəfərdən ibarət Mançjou-qo imperiya ordusu döyüş vəziyyətində idi.
Kvantun ordusunun 25 diviziyasında və 6 müstəqil qarışıq briqadada 8,000-dən az əsgər var idi. Bu diviziyalar, 1.215 zirehli texnikadan (əsasən zirehli minik vasitələri və yüngül tanklar), 6.700 artilleriya hissəsindən (əsasən yüngül) və 1.800 təyyarədən (əsasən təlim və köhnə tipli) ibarət idi. Yaponiya imperiya donanması, strateji cəhətlərinə görə həmişə qarşı olduğu Mancuriyanın müdafiəsinə yardım etmədi. Bundan əlavə, donanmanın bir sıra qalıqları amerikan qoşunları tərəfindən işğal zamanı Yaponiyanın müdafiəsinə məsul olmuşdu.
İqtisadi cəhətlərinə görə Mancuriya, 1945-ci ildə hələ yaponların nəzarəti altında olan zaman və Yaponiyanın hüdudlarından kənarda faydalı sənaye və xammal ehtiyatları tutumuna malik olandan bəri müdafiə olunması mühüm əhəmiyyət kəsb edirdi. Halbuki, yapon qoşunlarının (Kvantun ordusu) bu vəzifənin öhdəsindən gəlməsi real görünmürdü. Belə ki, onların ağır hərbi texnikalarının və ən yaxşı hərbi birliklərinin çoxu antihitler koalisiyası hərbi qüvvələrinin irəliləməsinin qarşısını almaq məqsədilə üç ildən çox müddət keçmişdi ki, Sakit okean cəbhəsinə köçürülmüşdü. 1945-ci ildə Kvantun ordusu, ümumən çoxlu sayda köhnə, yüngül və ya başqa cür məhdud silah-sursatla təchiz olunmuş, hərbi təlim keçməmiş əsgərlərdən ibarət idi. Nəticə olaraq, bu nizamlı düşmən ordusuna qarşı döyüşmək üçün yetərli olmadı.
Yapon ordusu, çoxlu yanlış ehtimallara və ciddi səhvlərə yol vermişdi. Əsasən də, iki ən mühüm səhvi bunlardır:
- Onlar yanlışlıqla ola biləcək hər hansı bir hücumun qərbdən gələcəyini güman edirdilər, ona görə də həm Haylar şəhəri istiqamətində olan, həm də Monqolustanın şərq hissəsindən Soluna istiqamətlənən köhnə dəmiryol xəttini izləyirdilər. Sovet qoşunları, hücumu bu marşrut boyu etdi, lakin onların qərbdən olan əsas hücumu keçilməz Böyük Xinqan dağları boyu Solunun cənubu və Mancuriyanın mərkəzinə doğru idi.
- Yapon hərbi kəşfiyyatı təbiəti, təbii-coğrafi mövqeni və Uzaq Şərqdə artan sovet təhlükəsinin miqyasını müəyyənləşdirə bilməmişdi. Sovet qoşunları barədə ilkin qiymətləndirmələrə və Trans-Sibir dəmiryol xəttində sovet qoşunlarının hərəkətinin monitorinqinə əsasən, yaponlar avqust ayından öncə həmin yerdə qarşı tərəfin kifayət qədər qüvvələrinin olmayacağına, hücumun isə 1945-ci ilin payızında və ya 1946-cı ilin yazında ola biləcəyinə inanırdılar.
Kvantun ordusunun elit qüvvələrinin Sakit okean cəbhəsinə göndərilməsi, zahirən labüd sovet hücumuna qarşı Mancuriyanın müdafiəsi üçün yeni əməliyyat planları 1945-ci ilin yayında yaponlar tərəfindən hazırlandı. Bunlar, sərhəd bölgələrindən qüvvələrin əksəriyyətinin cəbhə boyu yerləşdirilməsindən ibarət idi. Əsas qüvvənin cənub-şərqi ərazilərin əldə saxlanılmasına yönəldiyi vaxt sərhədlər, zəif formada qorunurdu.
Bundan əlavə, onlar yalnız Trans-Sibir dəmiryol xəttindəki və şərqi Mancuriya cəbhəsi boyu sovet qoşunlarının aktivliyini müşahidə etmişdilər. Beləliklə, şərqdən əməliyyat üçün hazırlıq görülürdü. Yaponlar, hücum qərbdən başlayacağı təqdirdə qoşunların bununla hesablaşa biləcəyinə inanırdılar.
Halbuki, yapon qoşunlarının cəbhəyə göndərilməsinin başlanmasına baxmayaraq, sentyabr ayına qədər tamamlana bilmədi və Sovet ordusu üç cəbhənin hər birindən eyni zamanda hücuma başlayanda, Kvantun ordusu cəbhə boyu yerləşdirilmənin tən yarısında idi.
Kampaniya
redaktəİstinadlar
redaktə- ↑ The Associated Press. "A Soviet Push Helped Force Japan to Surrender". The Moscow Times. 8 August 2005. 12 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
- ↑ Lekic, Slobodan. "How the Soviets helped Allies defeat Japan". San Francisco Chronicle. 22 August 2010. 27 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
- ↑ Soviet Declaration of War on Japan Arxivləşdirilib 2011-05-20 at the Wayback Machine, August 8, 1945. (Avalon Project at Yale University)
- ↑ Maurer, Herrymon, Collision of East and West, Henry Regnery Company, Chicago, 1951, p.238.
- ↑ Soviet-Japanese Neutrality Pact Arxivləşdirilib 2011-11-20 at the Wayback Machine, April 13, 1941. (Avalon Project at Yale University)
- ↑ Declaration Regarding Mongolia Arxivləşdirilib 2017-08-19 at the Wayback Machine, April 13, 1941. (Avalon Project at Yale University)
- ↑ Soviet Denunciation of the Pact with Japan Arxivləşdirilib 2011-05-20 at the Wayback Machine, April 5, 1945. (Avalon Project at Yale University)
- ↑ So sorry, Mr Sato Arxivləşdirilib 2013-08-26 at the Wayback Machine, April 1945, Time magazine.
- ↑ Russia and Japan Arxivləşdirilib 2011-09-13 at the Wayback Machine, declassified CIA report from April 1945.
- ↑ 1 2 3 4 Boris Nikolaevich Slavinskiĭ, The Japanese-Soviet Neutrality Pact: A Diplomatic History 1941–1945, Translated by Geoffrey Jukes, 2004, Routledge. (Extracts on-line Arxivləşdirilib 2022-04-22 at the Wayback Machine)
- ↑ Jones, F. C. "Manchuria since 1931", 1949, Royal Institute of International Affairs, London. pg.221