Sovet Yapon Deklarasiyasi 1956 - Wikipedia
Sovet-yapon deklarasiyası (1956) — 19 oktyabr 1956-cı ildə Moskvada imzalanmış və 12 dekabr 1956-cı ildə qüvvəyə minmişdir.
Şərtləri
redaktəDeklarasiyaya görə 1945-ci ilin 9 avqustunda başlamış müharibə rəsmən bitmiş elan edilir. İki ölkə arasında sülh və dostluq şəraitində diplomatik əlaqələrin qurulmasını üzərinə götürür. Deklarasiyaya görə SSRİ və Yaponiya[1][2] ticarət və dəniz ticarəti, balıqçılıq və dənizdə baş verə biləcək bədbəxt hadisələr zamanı qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulurdu.
Üstəlik ölkələr BMT prinsipləri cərcivəsində fəaliyyət göstərməyi üzərlərinə götürürlər. Ölkələr bir-biirinin daxili işələrinə qarışmırlar. Üstəli SSRİ Yaponiyanın BMT təşkilatına üsvlüyünə yardım göstərməcəyini bildirir. SSRİ bütün Yaponiya vətəndsşlarını Yaponiyaya qaytarmağı öhtəsinə götürür.
Deklarasiyanın nəticəsinə hörə hər iki ölkə bir-birinə olan iddialardan imtina edirlər.
Sülh anlaşmasının önəmli şərti Sovet tərəfindən Şikotan və Habomay adalarının Yaponiyaya qaytarılmasını nəzərdə tuturdu.
Anlaşma sonrası
redaktəNikita Xruşşov anlsşmaya uyğun olaraq adaları (iki adanı) Yaponiyaya qaytarmağı düşünürdü. O, Yaponiyanı birtərəf ölkə kimi görmək istəyirdi. Düşünülürdü ki, Yaponiya İsveçrə və Avstriya timallı bir ölkə olacaqdır. ABŞ bu anlaşmanı özü üçün təhlükə hesab edirdi. Bu səbəbdən Yaponiyaya təzyiq göstərməyə başlayır[3][4]. ABŞ Yaponiyaya açıq şəkildə bildirir ki, əgər Yaponiya Kunaşir və İturup adalarına olan iddiadan əl çəksə o xaman San-Fransisko sülh müqaviləsinın üçüncü bəndinə əsasən Ryukyu adalarını və Okinava adasını öz idarəçiliyinə alaraq ərazisinə qatacaqdır.
19 yanvar 1960 Yaponiya ilə ABŞ arasında qarşılıqlı anlaşma və təhlükəsizlıq haqqında müqaviləyə görəyə amerikanlar Yaponiyaya məxsus adalarda 10 il müddətində öz bazalarını saxlaya bilərdilər. 27 yanvar 1960 ildə SSRİ bu anlaşmanın ona və Çinə qarşı yönəldiyini bildirərək adaları Yaponiyaya qaytarmaqdan imtina edir. Səbəb kimi adalarda ABŞ-yə məxsus bazaların yerləşdirilə biləcəyi göstərilir.
Rusiyanın diplomatik mövqeyi
redaktə14 noyabr 2004 Rusiyanın xariçi işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinnin Yaponiyaya səfəri zamanı SSRİ-nin varisi olaraq Rusiya 1956-cı il deklarasiyasına uyğun şəkildə ərazi mübahusəsini həll etməyin mümkünlüyünü bildirmişdir[5].
İstinadlar
redaktə- ↑ Texts of Soviet–Japanese Statements; Peace Declaration Trade Protocol. New York Times, page 2, October 20, 1956. Subtitle: "Moscow, October 19. (UP) – Following are the texts of a Soviet–Japanese peace declaration and of a trade protocol between the two countries, signed here today, in unofficial translation from the Russian". Quote:"The state of war between the U. S. S. R. and Japan ends on the day the present declaration enters into force
- ↑ "Compendium of Documents". 2016-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-23.
- ↑ Александр Сабов. "За Курилы". Российская газета. 28 октября 2005. 2011-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-14.
- ↑ "Россия и проблема курильских островов. Тактика отстаивания или стратегия сдачи". 2008-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-23.
- ↑ Yaponiyaya Rusiyaya öz etirazını bildirir