Sonun Baslangici Film 2012 - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sonun başlanğıcı | |
---|---|
Janr | dram filmi |
Rejissor | |
Ssenarist | |
Bəstəkar | |
İstehsalçı ölkə | |
Dil | Azərbaycan dili |
Məzmun
redaktəHəyat sürprizlərlə doludur. Atdığımız hər bir addımın bizi haraya apardığını tam olaraq bilmirik. Əlbəttə, qarşımıza hədəflər qoyuruq, özümüz üçün müəyyən məqsədlər müəyyənləşdiririk və sonra da addım-addım bu hədəf və məqsədlərə doğru irəliləməyə başlayırıq. Ancaq hər zaman əvvəlcədən müəyyənləşdirdiyimiz məqsədə nail ola bilmirik. Axı həyat sürprizlərlə doludur… Bəzən üzümüzə gülən həyat, bəzən də bizi ağladır, içimizi sızladır. Bunlar qaçılmazdır. Yetər ki, biz başımıza gələnlərdən dərs çıxaraq, ibrət götürək. "Sonun başlanğıcı" çoxseriyalı bədii filminin qəhrəmanı Mənsur da tipaj olaraq həyatın həm güldürdüyü, həm ağlatdığı, həm də sonradan bir daha güldürdüyü obrazdır. Bu baxımdan serialdakı Mənsur obrazının yaşadığı həyatı üç mərhələyə bölmək olar. Birinci mərhələdə Mənsur həyatın məqsədini yeyib-içməkdə, dostları ilə birgə eyş-işrət məclisləri qurmaqda, qısacası, böyük iş adamı olan atası Məcidin qazandığı pulları göyə sovurmaqda görür. Bu məqamda Mənsur onun günahı ucbatından ömrünün qalan hissəsini şikəst yaşamağa məcbur qalan qardaşı Səidə (Mənsurun avtomobili yüksək sürətlə idarə etməsindən doğan qəza nəticəsində Səid hər iki ayağını itirmişdi) qarşı da laqeyddir. Belə ki, o, dostlarını evə dəvət edəndə Səidə onların gözünə görünməyi qadağan etmişdi. İkinci mərhələdə isə Mənsur yavan çörəyə belə möhtac olan və küçələrdə bomj həyatı yaşayan obrazdır. Atası Məcidin proqnozları özünü doğrultmuşdu: xərçəng xəstəsi olan Məcid öldükdən qısa müddət sonra Mənsur atasından qalma restoranları, otelləri və zavodları yarıtmaz fəaliyyət nəticəsində itirir; bu qurumların müdirləri Mənsurun boşluqlarından istifadə edib, onu müflisləşdirirlər. Nəticədə Mənsur evini belə itirir. Pulsuz Mənsur "dostlarına" belə lazım deyil artıq. Üçüncü mərhələdə Mənsur səfil həyatdan xilas olur. Bunda onun atasının uzaqgörənliyi böyük rol oynayır. Belə ki, Məcid hələ sağ olarkən, Bakı kəndlərinin birində köhnə bir ev alır və bir gün Mənsuru bu evin yanına gətirib deyir: "Nə vaxtsa bir tikə çörəyə, səmimi bir dosta möhtac qalacaqsan. Həyatdan bezib yaşamaq istəməyəcəksən. Bax onda bu evə gəlib ikinci mərtəbəyə qalxarsan. Tavandan asdığım kəndirdən özünü asarsan". İllər keçir, bütün bunlar baş verir: həyat Mənsurun boğazını kəndirə keçirir. Bu məqamda Mənsuru böyük bir sürpriz gözləyir. Tavan köhnə olduğu üçün uçub dağılır. Mənsur üçün gözlənilməz olan isə atası Məcidin tavanda gizlətdiyi "sürpriz" idi. Bu sürpriz Mənsuru köhnə günlərinə qaytarır… Artıq Mənsur həminki Mənsur deyil. O, səhvlərinin cəzasını çəkmiş və bu səhvlərdən ibrət götürmüş bir insandır. Mənsurun SON kimi gördüyü yol, əslində onun üçün yeni bir BAŞLANĞIC olmuşdu…
Filmin heyəti
redaktəFilmin yekun son seriyasında Soundtrack ifası: ("Mənim mənim" kompozisiyası): Flora Kərimova
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi, quruluşçu rejissor və quruluşçu operator: Samir Qulamov
Montaj: Zamir Əlioğlu
Səs rejissoru: Əli Əliyev
Rejissor asistenti: Nəriman Süleymanov, Ruslan Bağırov, Ümman Budaqov
Operator asistenti: Əli Səfərov
Prodüserlər: Rafael Məmmədov&Nicat Cəlilov
Rəssam: Sakit Məmmədov
Bəstəkar: Əli Əliyev
Filmin yekun son seriyasında Soundtrack ifası: ("Mənim mənim" kompozisiyası) : Flora Kərimova