Solveyk Qunberq Yakobsen - Wikipedia
Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen; 8 oktyabr 1913 — 25 oktyabr 1996)[1] — milliyyətçə norveçlı olan, 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya[2] adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur. Onun atası Fridzof Yakobsen (1874-1953) 1904-cü ildə Balina ovu üzrə ixtisaslaşmış Qryotvikenə gəlmişdir (qəsəbə salınmış). Bu balina stansiyasında 1914-çü ildən balina stansiyasında menecer köməkçisi işləyirdi. Anası isə Klara Olette Yakobsendir. Solveyk Qunberq Yakobsen Argentinanın Buenos Ayres şəhərində həyatını başa vurmuşdur.
Solveyk Qunberq Yakobsen | |
---|---|
Solveig Gunbjørg Jacobsen | |
Doğum tarixi | |
Doğum yeri | Qryotviken |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Buenos Ayres |
Atası | Fridzof Yakobsen |
Anası | Klara Olette Yakobsen |
Milliyyəti | Norveçli |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Vinson Massivində yerləşən Yakobsen Valleu onun şərəfinə adlandırılmışdır.
Antarktida doğulan ilk şəxs
redaktəSolveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada bəzi hallarda Cənubi Georgiya adası Antarktida qitəsinə daxil edilmir. Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur. Bu günda Cənub qütbünə ən yaxın yerdə doğulan insan kimi tanınır.
İstinadlar
redaktə- ↑ Gravminner i Norge. Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine DIS Norge. Retrieved on 7 November 2008.
- ↑ Robert K. Headland, The Island of South Georgia, Cambridge University Press, 1984.