Soltan Mirzeyev - Wikipedia
Sultan Abbas oğlu Mirzəyev (1912, Nardaran, Bakı qəzası – 1993, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, professor, Azərbaycan Dövlət Aqrar Universiteti 7-ci direktoru (1942–1944).[1]
Soltan Mirzəyev | |
---|---|
9 dekabr 1953 – 26 mart 1955 | |
Əvvəlki | qurum yenidən yaradılıb |
Sonrakı | Nemət Novruzov |
20 iyul 1950 – 11 fevral 1953 | |
Əvvəlki | Möhsün Poladov |
Sonrakı | İbrahim Səfərov |
11 fevral 1953 – 26 mart 1953 | |
Əvvəlki | Əhməd Xəlilov |
Sonrakı | qurum ləğv edilib |
17 iyun 1948 – 20 iyul 1950 | |
Əvvəlki | Zeynəb Əlizadə |
10 iyun 1947 – 17 sentyabr 1948 | |
Əvvəlki | qurum yaradılıb |
Sonrakı | Mehdi Mustafayev |
28 mart 1946 – 22 mart 1947 | |
Əvvəlki | qurumun adı dəyişdirilib |
Sonrakı | qurum ləğv edilib |
31 yanvar 1946 – 28 mart 1946 | |
Əvvəlki | qurum yaradılıb |
Sonrakı | qurumun adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 1993 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | alim |
Həyatı
redaktəSoltan Abbas oğlu Mirzəyev 1912-ci ildə Bakının Nardaran kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra mühasibat uçotu kursunda oxumuşdur. Bir müddət Kürdəmir rayonunda mühasib işləyən S. Mirzəyev Politexnik İnstitutunun "Kənd təsərrüfatı" şöbəsinə daxil olmuş, Kənd təsərrüfatı institutunun yaranması ilə əlaqədar təhsilini Kirovobad (indiki Gəncə) şəhərində fərqlənmə diplomu ilə başa vurmuşdur. İnstitutu qurtardığı ildə S. A. Mirzəyev Kənd təsərrüfatı institutuna direktor təyin edilmişdir. Həmin institutda müvəffəqiyyətlə işləyən S. Mirzəyev bacarığı, təşkilatçılıq qabiliyyəti, prinsipiallığı nəzərə alınaraq respublikanın mühüm idarə orqanlarında pillə-pillə yüksəlmiş, Torpaq Nazirliyində idarə rəisi, nazir müavini, nazir, sovxozlar naziri və s. vəzifələrdə böyük müvəffəqiyyətlə işləmişdir. Soltan Mirzəyev Böyük Vətən müharibəsində iştirak etmiş, həmin dövrdə göstərdiyi şücaətə görə bir sıra orden və medallarla təltif olunmuşdur. Soltan Mirzəyev Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aspirantı olmuş və orada dissertasiya müdafiə edərək respublikamızda ilk iqtisad elmləri namizədi alimlik dərəcəsi alanlardan biri olmuşdur. Soltan Mirzəyev 1950–1962-ci illərdə sovxozlar naziri, Azərbaycan Kommunist Partiyası MK şöbə müdiri və Azərbaycan KP MK katibi vəzifələrində çalışmışdır. Həmin dövr iki çağırış Azərbaycan SSR Ali Sovetinin və bir çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Soltan Mirzəyev yüksək dövlət və partiya vəzifələrində işləyərkən həmişə aqrar iqtisad elminin inkişafı yollarını müəyyənləşdirməyə çalışmış, aqrar iqtisad elminin inkişafı üçün ciddi əmək sərf etmişdir. Soltan Mirzəyev Azərbaycan KP MK katibi işləyərkən öz nüfuzundan və səlahiyyətindən istifadə edərək, Kənd Təsərrüfatı Nazirliyinin iqtisad bazasında 1962-ci ilin may ayında xüsusi qərarla Az. ETKTİ və Tİ-nin yaranmasına nail olmuşdur. 1963-cü ildə Azərbaycan KP MK katibi vəzifəsindən azad edilən S. A. Mirzəyev Az. ETKTİ və Tİ-yə direktor təyin edilmiş və 10 il həmin vəzifədə çalışmışdır. O, institutun inkişafı üçün çox zəhmət çəkmişdir. Moskvanın nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə işgüzar əlaqələr yaradan S. Mirzəyev gənc alimlərin yetişdirilməsinə böyük diqqət yetirirdi. Az. ETKTİ və Tİ-də direktor işlədiyi 10 ildə S. A. Mirzəyevin gərgin əməyi nəticəsində 100 nəfərə qədər yüksək ixtisaslı elmi kadrların yetişdirilməsini təmin etmişdir. S. Mirzəyev 1964-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. Onun çoxsaylı elmi məqalələri, kitablarında kənd təsərrüfatı istehsalının aktual problemlərinin tədqiqi öz əksini tapmışdır. S. Mirzəyev Azərbaycanın kənd təsərrüfatının ixtisaslaşmasının nəzəri-metodoloji problemlərini öyrənən ilk iqtisadçı alimlərdəndir. Onu həmçinin Azərbaycanın kənd təsərrüfatının aparılması sisteminin hazırlanmasında aparıcı müəlliflərindən saymaq olar.
S. Mirzəyev 1993-cü ildə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
Ədəbiyyat
redaktə- "AQRAR İQTİSADÇI ALİMLƏR", Kitab, Bakı-2012, Bakı, 320 səh, səhifə 72–73. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun 50 illik yubileyinə həsr olunur