Solquca - Wikipedia
Solquca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Solquca | |
---|---|
41°02′11″ şm. e. 47°40′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəKənd rayon mərkəzindən 25–30 km məsafədə yerləşir. Rayonun ən ucqar kəndlərindən biridir. Solquca dağlar ətəyində qeyri-adi görünüşü olan yerlərdən biridir. Əhalisinin sayı 430 nəfərdir. Kəndin əhalisi dağdan çəkilən bulaq suyundan istifadə edir. Yerli deyimlərə görə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi) adlanan yurd yerinin tarixi ilə bağlı müxtəlif fərziyyələr söylənilir. Ərazidə qaynayan mineral bulaqlar isə möcüzəli sulardan hesab edilir. Xəstəliklərin əlacı hesab edilən və şöhrəti yayılan həmin su mənbələrinə Qəbələnin hər yerindən axın var. Kənddə əsas (2014-2015-ci tədris ilindən) məktəb və tibb məntəqəsi fəaliyyət göstərir. Əhalisi əsasən maldarlıq və əkinçilikə məşğul olur.
İstinadlar
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |