Solmaz Amanova - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı.
Solmaz Amanova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Salyan rayonu, Qaraçala kəndi |
Milliyyəti | Azərbaycanlı |
Atası | Bayramqulu |
Fəaliyyəti | Uşaq Ədəbiyyatı Yazarı |
Həyatı
redaktəSolmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir. "Xanəgah əczaxanası" kitabı əfsanə və əsatirlər əsasında yazılmış nağıl və tamaşalardan ibarətdir. "Gəncə xəzinəsi" kitabı Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin süjet xəttinə əsaslanır və Ziya Bünyadovun "Azərbaycan VII–IX əsrlərdə" kitabında təsvir edilən əfsanənin mahiyyətini açır.
2009-cu ildə "İrs" və "Anatomik teatr" kitabları Moskvada keçirilən XXII "Kitab sənəti" sərgi-müsabiqəsində ikinci və üçüncü yerləri tutmuşdur. Uşaq tibb ədəbiyyatına verdiyi töhfələrinə görə Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki fəxri adlarına layiq görülmüşdür. Hal-hazırda həmin Akademiyanın "İrs" bölməsinin vitse-prezidentidir.
"Xanəgah əczaxanası" Moldovada Beynəlxalq Kitab Sərgisində 2014-cü ildə
I yerə layiq görülmüşdür.
Təhsil Nazirliyi "İlmənin macəraları" kitabı və cizgifilmlərinin kontentini alıb (ibtidai siniflər üçün).
"İRS" fənninin müəllifidir. 160 saylı Klassik Gimnaziyada tədris edilir. Respublikanın pilot məktəblərinin kitabxanalarına Solmaz Amanovanın əsərləri daxil edilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən bütün beynəlxalq kitab sərgilərində "İRS" Mədəni-Təhsil mərkəzi adı ilə iştirak edib və mükafatlandırılıb.
Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, "Robert Kox", Avropanın Şərəf ordeni, Dostluq ordeni, "İohan Voltqanq Gete"nin, "Fridrix Şiller" və "Qrimm Qardaşları" medalları ilə təltif olunub.
İstinadlar
redaktəKitablar
redaktə- "Heydar Əliyev-90"-elektron tamaşa. — kitab
- "İnsan iz qoyur" kitabı bədii albomdur. Tanınmış rəssamların çəkdikləri şəkillərin və tabloların sujetinə uyğun şerlər, nağıllar və pyeslər yazılıb. Kitaba Azərbaycan xalqının zəngin mədəni irsi daxil edilib. Kitaba əlavələr var 1–4 siniflər üçün "İRS"müəllimlər üçün vəsait, və şagirdlər üçün iş dəftərləri . Elektron fleş kitab. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə "İRS" və "İnsan iz qoyur" kitabları ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir.
- "Hanəğah əczaxanəsi"-kitabda nağıl və olmuş əhvalatlar əsasında farmakalogiya, həmçinin xalqımızın tarixi açıqlanır. Nağıl yalnız əyləndirici macəra deyil. Bu, həm də nəsillərdən nəsillərə keçən xalq müdrikliyidir. Nağıl , tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Kitab üç hissədən ibarətdir:iş dəftəri4–6 siniflər, müəllimlər üçün metodik vəsait və disk. Moldaviyada Beynalxalq sərgisində birinci yerə layiq görülüb (3. 04.2014)
- "Anatomiçeskiy teatr"- kitabda anatomiya terminologiyası incəsənətdə- nağıl və olmuş əhvalatlar əsasında anatomiyanın tarixi , həmçinin xalqımızın tarixi və dünya xalqlarının tarixi açıqlanır. Elektron fleş kitab. "Anatomik teatr", kitabı 2009-cu ilin sentyabrında Moskvada keçirilən "Kitab sənəti" sərgi- müsabiqəsində üçüncü yeri tutub. "Anatomik teatr" kitabı Fransada kitab sərgisində tibb kitabları nominasiyasında birinci yeri tutmuşdur.
- "İrs", "Naslediye kitabları 2009-cu ilin sentyabrında Moskvada keçirilən "Kitab sənəti" sərgi- müsabiqəsində ikinci yeri tutub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə "İRS" kitabı ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Elektron fleş kitab."İRS" fənni bir neçə məktəbdə keçirilir. Bu kitaba uyğun 1–2-ci sinif üçün "lrs" iş dəftərləri nəzərdə tutulub. Azərbaycanın tarixi, keçmişini və bu günü, incəsənət və mədəniyyəti, adət-ənənələrini, əxlaqi-mənəvi keyfiyyətləri haqqında anlayışlarını müəllimə çatdırır.
- ."Gəncə xəzinəsi" kitabı Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin süjet xəttinə əsasən işlənmişdir."Gəncə xəzinəsi" adlı nağıl tarix elmləri doktoru Ziya Bünyadovun "Azərbaycan VII–IX əsrlərdə" kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. Kitabın iş dəftəri və iki diski var.4 sinif üçün nəzərdə tutulub, müəllimlər üçün metodik vəsait var. Elektron fleş kitab və əlavə iş dəftəri üçün disk.
- Hacı Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı haqqinda cizgi film və electron dərs(Ana dili kitabında 3–4 sin. bu mövzu keçirilir).
- "Turac"- Nağıl , tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Elektron fleş kitab, cizgi film.-Bakının bir çox məktəblərində bu tamaşa səhnələşdirilib. Türkiyada"Kitab sənəti" sərgi- müsabiqəsində üçüncü yeri tutub. (04.2014).
- "Xurcun"-komplekt 2 disk-audio-video kitab və electron fleş disk-müəllimlər üçün vəsait, iş dəftəri 3 sinif üçün və nağıl kitabı. Nağıl , tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Bu kitab Robert Koxun medalına Almaniyada "Evromedika-Gannover"konqressində layiq görülüb.(2010-cu ildə). Hələ Azərbaycan təhsilində kurikulum modelinin tətbiqinə başlanmazdan öncə bu vəsaitlər mütərəqqi təcrübə kimi diqqət mərkəzində dayanmış, qabaqcıl müəllimlərin marağını cəlb etmişdir.
- Azərbaycan əlifbasındakı 32 hərfin hər birinə həsr etdiyim, belə demək mümkünsə, dərs-kompozisiyasıdır Yeni təlim texnologiyalarının, multimedia vasitələrinin geniş istifadə olunduğu bu komplekt 32 cizgi filmindən, müxtəlif oyunlardan, müəllim vəsaitindən ibarətdir.(1-ci sinif dərslərini əhatə edir).2 iş dəftərindən,4 diskdən , Oxu "İlmənin məcaraları"nağıllanndan ibarətdir.
- "Gəncə haqqında hekayət" nağılı tarix elmləri doktoru Ziya Bünyadovun "Azərbaycan VII–IX əsrlərdə" kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. Elektron fleş kitab.
- Ümumiyyətlə mənim yaradıcı işlərim Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və bütün vəsaitlərin standartları var. -Müasir müəllimin müasir biliklərlə, onları tətbiq etmək üçün multimedia vasitələri ilə "silahlanması" dövrün qarşıya qoyduğu tələbdir. -"İrs" uşaqların qarşısında yeni bir dünya açır. Nağıl, əfsanə, şeir, musiqi, teatr dünyanı yenicə dərk etməyə başlayan uşaq üçün bir möcüzədir. "İrs" bu möcüzəni həqiqətə çevirir. Müəllimin bəhs etdikləri, hələ uşaq üçün qaranlıq olanlar elektron lövhədə canlandıqca uşaqların öyrənmək istəyini gözlərindən aydın oxumaq olar. Öyrətmək üçün bu, mühüm şərtdir. "İrs" uşağın əlindən tutub onu irəli aparır. Uşaq özünü nağıllar aləmində hiss edir. Şübhəsiz ki, bu, yalnız yaxşı müəllim sayəsində əldə olunur.
- "İrs" bunu təlqin edir: yalnız yaradıcı işləməklə şagird nailiyyətlərinin sırasını genişləndirmək mümkündür.
Solmaz Amanova — List of the books to read E-BOOKS
redaktə- "Man leaves traces" – in 2 languages.(Azerbaijan and Russian) 272 p –(book, CD, setka
- "Ilma's adventures" – 72 pages (32 cartoon films audio-video book) az, rus, german, eng lang. book, cd setka)
- "Heritage" – in 2 languages – az and rus 115 p (collection of book CD and setka)
- "Anatomical theatre" – 135 p 20 m (in 2 languages CD and book)
- "Khanagah pharmacy" – in 2 lang az and rus 119 p collection of CD, book, package, setka)
- Alphabet −1 Alphabet −2 in 2 lang rus and az – package of workbooks-2, CD-2, different games, daily plan for teachers, package of 1st form textbook)
- "Holiday of the century" – CD – in 2 languages
- "Flower clock" – in 2 langugaes azerbaijani and russian
- "Saddle-bag" – audio-video book – (az , russian, german, English French) package of workbook, CD audio video, book-CD
- "Treasure of Ganja" –(audio-video book and workbook) in 2 languages rus and az , package – 2 CD and book, workbook
- "Story about Ganja" in 2 languages rus and az
- "Story of fish" — cartoon about Zeynalabdin Tagiyev (in az, rus, german, English, French languages)
- "Partridge" – in 4 languages az, rus, german, english and french- book package, setka, CD-audio and cartoon e-decoration for electronic plays
- "Anatomical bouquet "- tales are in Azerbaijani, Russian, german, English and French languages- book, CD , audio-video
- "Cil-cil" -tales are in Azerbaijani, Russian audio-e-book, CD 10 m
- Different games