Skande - Wikipedia
Skande (gürc. სკანდე) və ya digər adı ilə Skanda (gürc. სკა asა) — Gürcüstanın İmereti bölgəsindəki Terjola bələdiyyəsində yerləşən kənd. Skande ölkənin qərb bölgəsində, Kvirila çay sisteminin bir hissəsi olan Çxari adlı kiçik çay vadisində yerləşir. Kənd Terjola şəhərindən təxminən 15 km şimal-qərbdə yerləşir. Əhalisi 2014-cü ilin siyahıyaalınmasına görə 434 nəfərdir.
Skande | |
---|---|
სკანდე | |
42°15′50″ şm. e. 43°02′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 400 m |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəSon antik dövr
redaktəSkandedan Bizans mənbələrində də bəhs edilmişdir. Bizans imperatoru I Yustinianın Novellae əsəri və Menander Protektorun əsərləri də bu qəbildəndir.[1] Mənbələrdə Skandenın Lazika bölgəsinin daxili hissələrində olması və bölgədə Bizans və Sasani imperiyaları arasında qarşıdurmaların olduğu qeyd edilmişdir. Yaxşı müdafiə olunan və strateji cəhətdən yaxşı qorunan Skande qalası Sarapanis qalası ilə birlikdə ölkənin şərqində olan İberiya sərhədindən gələ biləcək hücumlara qarşı ölkəni qorumuşdur.[1] Təxminən 522-ci ildə Lazikanın Bizans hökmranlığını qəbul etməsindən sonra, laz qarnizonları bu iki sərhəd qalasından çıxdılar və onları Bizans qoşunları əvəz etdi. Çox keçmədi ki, Bizans qoşunları lojistik çətinliklər səbəbindən qalaları tərk etdilər. Bununla birlikdə Sasani qoşunları 532-ci ildə imzalanan "Daimi Sülh" müqaviləsinə qədər qalaları öz əllərində saxladılar. Lazlar Sasani ordusunun qalaları gələcəkdə istifadə etməsinə mane olmaq üçün Skande və Sarapanis qalalarını məhv etdilər. Ancaq Lazikada döyüşlər yenidən başladığında Sasanilər 551-ci ildə Skande qalasını bərpa etdilər və təxminən 25 il döyüşlərdə istifadə etdilər.[2][1]
Orta əsrlər və erkən müasir dövr
redaktəKeçmiş Lazika və İberiyanın XI əsrdə birləşməsi ilə Gürcüstan çarlığı yaranmışdır. Bu hadisədən sonra Skande qalasının strateji əhəmiyyətini azaltdı. XV əsrin ortalarında İmereti çarlığının yaranması ilə Skandenın strateji əhəmiyyəti yenidən artdı. Skande XVI və XVIII əsrlərdə ölkədə baş verən qarşıdurmalar zamanı istifadə edilmişdir.[2][3]
Rus səfirləri Toloçanov və Yevlyev 1650-ci illərdə İmeretidə olmuş və çar III Aleksandrın ən sevimli yay yeri olan Skandeyə getmişlər. 1745-ci ildə Gürcüstan coğrafiyasını tərtib edən gürcü tarixçisi knyaz Vaxuşti çar sarayının Skandedə yerləşdiyini qeyd edir. 1810-cu ildə Çar Rusiyasının İmeretini fəth etməsindən sonra Skande qalası tərk edildi və zaman keçdikcə xarabalığa çevrildi.[4]
Skande qalası
redaktəSkande qalası eyniadlı kəndin şimalındakı xarabalıqlarda, iki çay arasındakı təpədə yerləşir. Ümumi sahəsi 7.000 m2, hündürlüyü isə 120 metrdir. Qalanın nisbətən daha yaxşı qorunan hissələri çar sarayının şərq fasadı və gürcü yazıları olan kilsənin divarıdır. 1949 və 1995-ci illərdə qalada arxeoloji tədqiqatlar aparılmışdır. Əldə olunan materialın əksəriyyəti orta əsrlərin sonuna aiddir. Skandenın tədqiqatçısı Lekvinadze qalanın ən qədim tikililərinin 4-cü əsrə aid olduğunu qeyd edir. Skande kompleksi Gürcüstan hökuməti tərəfindən Milli Əhəmiyyətli Abidələr siyahısına əlavə edilmişdir. [2]
Əhalisi
redaktə2014-cü il yerli əhalinin siyahıyaalınmasına görə Skandenin əhalisi 434 nəfərdir. Əhalinin böyük əksəriyyəti (99%) gürcülərdir.[5]
Əhali | 2002 | 2014 |
---|---|---|
Ümumi | 561[5] | 434[5] |
İstinadlar
redaktə- ↑ 1 2 3 Braund, 1994
- ↑ 1 2 3 Gamkrelidze və b. 2013
- ↑ Rayfield, 2012
- ↑ Allen, 1950
- ↑ 1 2 3 "საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები, ტომი II [Results of the first national census of the population of Georgia in 2002, volume II]" (PDF) (Georgian). National Statistics Office of Georgia. 2003. 28 September 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 October 2016.
Ədəbiyyat
redaktə- Allen, William Edward David (1950). "Two Georgian Maps of the First Half of the Eighteenth Century". Imago Mundi. Cilt 10. ss. 99–121. doi:10.1080/03085695308592037.
- Braund, David (1994). Georgia in Antiquity: A History of Colchis and Transcaucasian Iberia, 550 BC–AD 562. Oxford: Oxford University Press. ISBN 0-19-814473-3.
- Gamkrelidze, Gela; Mindorashvili, Davit; Bragvadze, Zurab; Kvatsadze, Marine, (Edl.) (2013). "სკანდა [Skande]". Arşivlenmiş kopya ქართლის ცხოვრების ტოპოარქეოლოგიური ლექსიკონი [Topoarchaeological dictionary of Kartlis tskhovreba (The history of Georgia)] (PDF) (Gürcüce) (1st bas.). Tiflis: Georgian National Museum. ss. 488–483. ISBN 978-9941-15-896-4. 29 Eylül 2018 tarihinde kaynağından (PDF) arşivlendi. Erişim tarihi: 3 Temmuz 2019.
- Rayfield, Donald (2012). Edge of Empires: A History of Georgia. Londra: Reaktion Books. ISBN 1780230303.