Sirke Tursusu - Wikipedia
Asetat turşusu və ya sirkə turşusu (CH3COOH, sistematik adı: etan turşusu) — doymuş birəsaslı karbon turşusudur.
Sirkə turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CH3COOH |
Molyar kütlə | 60,05 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,0492 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 16,75 °S |
Qaynama nöqtəsi | 118,1 °S |
Öz-özünə yanma temperaturu | 427 °C[1] |
Buxarın təzyiqi | 1.466,55 Pa[2], 10 kPa[3], 100 kPa[3] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 4,74[4], 4,756[5] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,372[6] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 64-19-7 |
PubChem | 176 |
SMILES | CC(=O)O |
RTECS | AF1225000 |
ChEBI | 15366 |
BMT nömrəsi | 2789 |
ChemSpider | 171 |
Tarixi
redaktəSirkə haqqında məlumatlar insanlara çox qədimdən məlumdur. Ümumiyyətlə, sirkə şərabın fermentasiya məhsuludur. Sirkə turşusu haqqında ilk məlumatlar e.ə. III əsrdə yaranmışdır. İlk dəfə Sirkə turşusunun metallara təsirini yunan alimi Teofrast izah etmişdir. Sirkə turşusunu ilk dəfə distillə üsulu ilə ərəb alimi Cabir ibn Həyyan sintez etmişdir. 1847-ci ildə isə Alman alimi Adolf Kolbe Sirkə turşusunu qeyri-üzvi birləşmələrdən almışdır. XIX əsrin sonu XX əsrin əvvəlində Sirkə turşusunun əsas istehsalçısı Almaniya ölkəsi idi.
Fiziki xassələri
redaktəSirkə turşusu üzvi turşudur. Doymuş birəsaslı karbon turşuların homoloqları sırasında Qarışqa turşusundan sonra gələn ikinci nümayəndədir. Rəngsiz, hidroskopik, xarakterik kəskin iyli, suda yaxşı həll olan mayedir. Təqribən 16,7 ° С temperaturundan aşağı temperaturda o, buza oxşayan kristallar şəklində bərkidiyindən buzlu sirkə turşusu adını almışdır. su ilə istənilən nibətdə qarışır; 3-9%-li suda məhlulu sirkə (süfrə sirkəsi), 70-80%-li məhlulu isə sirkə essensiyası adı ilə məlumdur. Sirkə turşusu korroziya əmələ gətirir. İnsan orqanizm üçün çox zərərlidir. Onun iyi göz və burun hissəsini qıcıqlandırır. Onun tərkibində su olan zaman kimyəvi xassələrini dəyişir. Müxtəlif məhlullara və qazlara birləşir. HF, HCl, HBr, HI və s. kimi qeyri-üzvi birləşmələrə birləşə bilir. Sirkə turşusu tsiklik və xətti quruluşa malikdir. Sirkənin meydana gətirdiyi turşulu mühit, qidaların pozulmasına səbəb olacaq mikroorqanizmlərin çoxunun böyüməsinin qarşısını alır. Buna görə turşulama tərəvəzlərin ömrünü uzatmaq üçün təsirli bir üsuldur.
Sənaye
redaktəSirkə turşusu kimya sənayesində plastik kütlələr, müxtəlif boyalar (məsələn, indiqo), dərman maddələri (məsələn, aspirin, fenasetin), asetat lifi istehsalında, yanmayan kinoplyonkalar, ultrabənövşəyi şüaları buraxan şüşə alınmasında istifadə olunur. Sirkə turşusundan tərəvəzlərin konservləşdirilməsində, onun efirlərindən isə ətriyyat və qənnadı istehsalında istifadə olunur. Sirkə turşusundan sənayedə geniş istifadə olunur. Əsasən, sirkə turşusundan müxtəlif içkilər üçün hazırlanan şüşələrin istehsalatında, Sellülozanın asetatının istehsalatında istifadə edilir. Asetitk turşu qida sənayesindən tampon xüsusiyyətindən ötəri E260 adıyla bir qatqı maddəsi kimi istifadə edilir. Sirkə turşusunun törəmələrinin də müxtəlif istifadələri vardır. Məsələn: Sodium asetat, toxuma sənayesində və qida qatqı maddəsi olaraq (E262) istifadə edilir. Sellüloza asetat, foto filmi istehsalında istifadə olunur.
Təsiri
redaktəSirkə turşusu dərini yandırır, gözə qalıcı zərər verir və dəridə qabarcıqlar meydana gəlməsinə səbəb olur. Təsirləri bir neçə saat sonra hiss edilir. Bu təsirlərdən qorunmaq üçün nitril qoruma əlcəkləri geyilir. Sirkə turşusunun yandırıcı xüsusiyyəti olduğuna görə laboratoriyada istifadə edilməsi çətindir. Sirkə turşusu insan və heyvanlar üçün zərərlidir. Çünki həzm sisteminə ciddi ziyan verə bilir.
Tətbiqi
redaktəSirkə turşusu qeyd olunduğu kimi, kimya sənayesində plastik kütlələr, müxtəlif boyalar (məsələn, indiqo), dərman preparatları (məsələn, aspirin, fenasetin) asetat lifi istehsalında, yanmayan kinoplyonkalar, ultrabənövşəyi şüaları buraxan şüşə alınmasında istifadə olunur. Sirkə tuşusunun dəmir, alüminium və xrom duzları parçaların boyanmasında, qurğuşun 2-asetat isə qurğuşun ağ boyağı (belil) kimi istifadə olunur. Mis 2-asetat və sirkə turşusunun bəzi törəmələri, məsələn, 2,4-dixlorfenolsirkə turşusu və 2-metil-4-xlorfenoksisirkə turşusunun natrium duzu kənd təsərrüfatında herbisid adı ilə alaq otlara qarşı mübarizədə tətbiq olunur. Sirkə turşusundan tərəvəzlərin konservləşdirilməsində, onun efirlərindən isə ətriyyat və qənnadı istehsalında istifadə olunur.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ http://www.cdc.gov/niosh/ipcsneng/neng0363.html.
- ↑ http://www.cdc.gov/niosh/npg/npgd0002.html.
- ↑ 1 2 CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 95 Boca Raton: CRC Press, 2014. P. 6–95. ISBN 978-1-4822-0868-9
- ↑ Flash P. Small Scale Determination of the pKa Values for Organic Acids (ing.). // J. Chem. Educ. ACS, 1994. Vol. 71, Iss. 1. P. A6. ISSN 0021-9584; 1938-1328 doi:10.1021/ED071PA6
- ↑ CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 95 Boca Raton: CRC Press, 2014. P. 5–94. ISBN 978-1-4822-0868-9
- ↑ CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 95 Boca Raton: CRC Press, 2014. P. 3–4. ISBN 978-1-4822-0868-9